Sosial media nəhəngi və aparıcı texnologiya şirkəti Facebook öz işçiləri üçün yeni bir göydələn tikir.
Forbes dərgisi 181 Fremonta adlı bina haqda geniş məqalə dərc edərək, binanı ABŞ-ın qərb sahilində yerləşən ən lüks göydələn adlandırıb.
Xeberler.az webtekno-ya istinadən göydələn haqda maraqlı məlumatları təqdim edir.
Qeyd edək ki, hazırda Facebook Silikon Vadisinin ən böyük startaplarıdan biridir və bununla da San Francisco-da 3-cü mərkəzini açacaq.
70 mərtəbəli bir göydələn olacaq layihə digər texnoloji şirkətlərin lüks anlayışını qısqandıracaq kimi görünür. Çünki minlərlə işçi bu yeni binada işə başlayacaq.
Məlumata görə, bura 2012-ci ildə Facebook tərəfindən satın alınan Instagram və Facebook qərargahı olacaq.
Dizayneri Orlando Diaz-Azcuy və memarlıq firması Heller Manus Architects bu göydələni lüks bir mərkəz halına gətirməyi məqsəd qoyub.
Tamamlanmaq üzrə olan bina 665 milyon dollara başa gəlib.
Qala San Francisco-nın Maliyyə Bölgəsində yerləşir. Bina 70 mərtəbədən və 132.000 metrdən ibarətdir. Bundan əlavə, göydələn 2000-dən 3000-ə qədər işçinin çalışacağı yer olacaq.
Binanın yuxarı mərtəbəsində 2000 kvadrat metrlik bir çardaq da var. Bu, ABŞ-da ən bahalı penthouse-lardan biridir. Çünki dəyəri tam olaraq 42 milyon dollardır.
Hər detal çox dəbdəbəli məhsullar ilə təchiz edilib.
Daxilində şöminə, bar kimi yerlər də var.
Çardaqda bir ailə otağı, səhər yeməyi üçün yer və böyük bir yeməkxana var. Mətbəxdə isə sıfırın altında işləyən soyuducu var. Həmçinin, iki qabyuyan maşın, iki soba və Braziliyanın nadir mərmərlərindən kuarsit ilə hazırlanmış dəzgah da var.
Buludlar üzərində seyir etmək imkanı təqdim edən yerdə vanna otağı da var. Bununla yanaşı, beş yataq otağı və altı vanna otağı var.
181 Fremont-u hazırlayanlar binanı “Mühəndislik möcüzəsi" kimi təsvir edir.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri