Previous Next
Bağla

Yaşıl göydələnlər havanı təmizləyəcək

16-02-2017 16:25
Yaşıl göydələnlər havanı təmizləyəcək

Yaxın gələcəkdə Çinin bəzi şəhərlərində yaşıllıqla örtülmüş bir neçə göydələn inşa ediləcək. Adi göydələnlərdə olduğu kimi, onların da daxilində ofislər, restoranlar, ticarət mərkəzləri və s. olacaq, lakin xaricdən böyük yaşıl qala kimi görünəcək.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki, tikinti yalnız boz meqapolisləri bəzəmək üçün deyil, həm də havanın təmizlənməsinə kömək etmək üçün nəzərdə tutulmuş Vertical Forest layihəsi çərçivəsində həyata keçiriləcək.

Layihə müəlliflərinin planlarına əsasən, bu il 200 və 108 m hündürlükdə ilk 2 qüllənin tikintisi üçün bünövrə qoyulacaq.

 Hər iki bina özündə təxminən 900 böyük ağacın, mindən çox kol və gülün olduğu yerli bitki aləminin 23 növünü birləşdirən “şaquli meşə” olacaq. Bütün bitkilər hər gün 25 ton karbon qazı istehlak edəcək və təxminən 60 kq oksigen istehsal edəcək.

Çin hakimiyyətini şəhərlərin qeyri-ənənəvi yaşıllaşdırılması layihəsinin hazırlanmasına sahələrin çatışmazlığı vadar edib.

Bu səbəbdən tikinti xərclərinin yüksək olmasına baxmayaraq, bu yanaşma gələcəkdə yerli sakinlərin sağlamlığı baxımından özünü doğruldacaq. Bundan başqa, artıq yüksək hündürlükdə şəxsi meşə sahəsini almaq istəyənlərin sayı da az deyil.

Vertical Forest layihəsini maliyyələşdirən Nanjing Yang Zi dövlət korporasiyasının nümayəndələri bildiriblər ki, 2018-ci ildə tikintinin başa çatdırılması və binaların istismara verilməsi nəzərdə tutulur.

İlk 2 göydələn Nankin şəhərində tikiləcək. Şiszyaçjuan, Quyçjou, Şanxay və Çunsin şəhərlərini də eyni qayda ilə yaşıllaşdırmaq şirkət rəhbərliyinin planlarına daxildir.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək

Yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək

20-11-2024
Robot printer bina inşa edəcək

Robot printer bina inşa edəcək

28-04-2017
Göydələn formasında məlumatların emalı mərkəzi tikiləcək

Göydələn formasında məlumatların emalı mərkəzi tikiləcək

17-09-2016
3D printer insanları evlə təmin edəcək

3D printer insanları evlə təmin edəcək

16-03-2018
Facebook külək elektrostansiyası tikəcək

Facebook külək elektrostansiyası tikəcək

26-10-2017
Facebook-un yeni göydələni- Foto

Facebook-un yeni göydələni- Foto

25-09-2017
Apple şirkətinə tikinti üçün icazə verilib

Apple şirkətinə tikinti üçün icazə verilib

16-09-2015
Pirallahı YTP-da Nümayiş zalının tikintisi yekunlaşıb

Pirallahı YTP-da Nümayiş zalının tikintisi yekunlaşıb

25-12-2015
Uçan taksi nümayiş edilib

Uçan taksi nümayiş edilib

11-05-2018
Bakı Teleqüllə Kompleksinin istismara verilməsindən 25 il ötür

Bakı Teleqüllə Kompleksinin istismara verilməsindən 25 il ötür

06-07-2021
Kiberidmançılar Asiya oyunlarında iştirak edəcək

Kiberidmançılar Asiya oyunlarında iştirak edəcək

21-04-2017
Dünyada ilk bioyanacaqla təchiz edilən bina tikilib

Dünyada ilk bioyanacaqla təchiz edilən bina tikilib

18-05-2016
Azərbaycanda yeni Günəş Elektrik stansiyaları inşa ediləcək

Azərbaycanda yeni Günəş Elektrik stansiyaları inşa ediləcək

23-01-2023
Azərbaycanın ikinci peyki nə vaxt hazır olacaq?

Azərbaycanın ikinci peyki nə vaxt hazır olacaq?

25-10-2017
Yaponiyada bambukla işləyən unikal elektrostansiya tikiləcək

Yaponiyada bambukla işləyən unikal elektrostansiya tikiləcək

25-07-2015
Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq

Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq

23-04-2019
Dünyada ən uzun kvant rabitə xətti istifadəyə verilib

Dünyada ən uzun kvant rabitə xətti istifadəyə verilib

22-11-2016
Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi keçiriləcək

Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi keçiriləcək

18-09-2023
Regionun ən böyük günəş elektrik stansiyası - “Qaradağ” yaxın günlərdə istifadəyə veriləcək

Regionun ən böyük günəş elektrik stansiyası - “Qaradağ” yaxın günlərdə istifadəyə veriləcək

21-10-2023
Naxçıvanda 400 MVt gücündə günəş elektrik stansiyası tikiləcək

Naxçıvanda 400 MVt gücündə günəş elektrik stansiyası tikiləcək

05-06-2023
NEQSOL Holding Qarabağa 200 mln manatadək sərmayə yatıracaq

NEQSOL Holding Qarabağa 200 mln manatadək sərmayə yatıracaq

06-02-2024
Süni ağaclar elektrik enerjisi istehsal edir

Süni ağaclar elektrik enerjisi istehsal edir

14-10-2016
SİMA minlərlə ağacın qorunmasına töhfə verir

SİMA minlərlə ağacın qorunmasına töhfə verir

22-11-2024
Prezident Davosda "Fortescue Future Industries" şirkətinin sədri ilə görüşüb

Prezident Davosda "Fortescue Future Industries" şirkətinin sədri ilə görüşüb

18-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə