Previous Next
Bağla

ABŞ səfirliyi günəş panelləri quraşdırır

11-08-2022 16:42
ABŞ səfirliyi günəş panelləri quraşdırır

ABŞ-nın Azərbaycandakı səfirliyi Bakıdakı Landmark Biznes Kompleksi ilə əməkdaşlıq edərək binanın damında bir sıra günəş panelləri quraşdırıb.

Xeberler.az bildirir ki, bu barədə ABŞ-nın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, 5 iyul 2022-ci il tarixindən etibarən Landmarkdakı ofis əsasən günəş enerjisi ilə təchiz olunur. 2022-ci ilin avqustunda səfirliyin əsas binasında da günəş panelləri quraşdırılıb. Bu günəş panellərinin binanın enerji ehtiyacının 20 faizindən çoxunu ödəyəcəyi təxmin edilir.

Landmark binasında günəş panelləri iyun ayında quraşdırılıb və iyulun əvvəlində qoşulub. Ümumilikdə, bu panellər səfirlik tərəfindən karbon dioksid emissiyalarını ildə təxminən 195 ton azaldacaq. Bu, ildə 275 min kilovat-saatdan çox elektrik enerjisinə qənaət deməkdir. Günəş enerjisi ilə istehsal olunan elektrik enerjisi iqlim dəyişikliyinə səbəb olan hidrokarbon yanacaqların yandırılması nəticəsində istehsal olunan elektrik enerjisindən asılılığımızı azaltmaq üçün də çox vacibdir.

Müvəqqəti işlər vəkili Hüqo Gevara deyib: “Bu günəş panellərinin quraşdırılması səfirliyin ekoloji davamlılıq layihələri silsiləsində ən yeni təşəbbüsdür. Biz fevral ayında qarajımıza elektrikli avtomobil əlavə etdik və aprel ayında havanın keyfiyyətinin monitorinqi proqramına başladıq. Bu təşəbbüslər birlikdə təbiətin mühafizəsi, çirklənmənin azaldılması və iqlim dəyişikliyinin azaldılmasına dəstək verir”.

Landmarkın İdarəedici direktoru Eran Müdüroğlu  qeyd edib: “Landmark davamlı enerji sahəsində lider olmaq üçün ABŞ səfirliyi ilə əməkdaşlıq etməkdən qürur duyur”.

Günəş panelləri Bayden Administrasiyasının 2030-cu ilə qədər ABŞ-də istixana qazı emissiyalarını ən azı 50 faiz azaltmaq məqsədinə töhfə verəcək. Elektrik evləri, biznesləri və sənayeni gücləndirən müasir həyatın vacib hissəsidir. Xəstəxanalar, məktəblər, ictimai nəqliyyat sistemləri və müdafiə sənayesi bazası da daxil olmaqla iqtisadiyyatın əsas sektorlarının fəaliyyəti üçün çox vacibdir.

Günəş enerjisi ABŞ-də elektrik istehsalının ən sürətlə böyüyən yeni mənbələrindən biridir. Günəş enerjisinin 2022 və 2023-cü illərdə yeni elektrik sektoru imkanlarının yarısından çoxunu təşkil edəcəyi gözlənilir. Biz Azərbaycanda da bu dəyişikliyin bir hissəsi olmaqdan qürur duyuruq.

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Dünyanın ən böyük günəş enerjisi stansiyası açıldı-Video

Dünyanın ən böyük günəş enerjisi stansiyası açıldı-Video

22-12-2016
Türkiyədə Avropanın ən böyük günəş elektrik stansiyası istifadəyə veriləcək

Türkiyədə Avropanın ən böyük günəş elektrik stansiyası istifadəyə veriləcək

02-05-2023
Günəş enerjisi ilə işləyən qatar hazırlanır

Günəş enerjisi ilə işləyən qatar hazırlanır

06-07-2015
Braziliyada günəş elektrostansiyası tikiləcək

Braziliyada günəş elektrostansiyası tikiləcək

20-06-2015
Gəncədə bərpa olunan enerjidən istifadə üzrə layihə tətbiq edilir

Gəncədə bərpa olunan enerjidən istifadə üzrə layihə tətbiq edilir

02-05-2015
Ev üçün elektrik batareyalarının istehsalına başlanılır

Ev üçün elektrik batareyalarının istehsalına başlanılır

02-05-2015
Günəş elektrik stansiyası milyonlarla istehlakçını enerji ilə təmin edəcək

Günəş elektrik stansiyası milyonlarla istehlakçını enerji ilə təmin edəcək

25-11-2015
Ağıllı günəş elektrik stansiyası hazırlanıb

Ağıllı günəş elektrik stansiyası hazırlanıb

29-08-2019
Naxçıvanda 400 MVt gücündə günəş elektrik stansiyası tikiləcək

Naxçıvanda 400 MVt gücündə günəş elektrik stansiyası tikiləcək

05-06-2023
Azərbaycanda yeni Günəş Elektrik stansiyaları inşa ediləcək

Azərbaycanda yeni Günəş Elektrik stansiyaları inşa ediləcək

23-01-2023
Azercell-in günəş enerjisi ilə çalışan baza stansiyaları Qarabağda!

Azercell-in günəş enerjisi ilə çalışan baza stansiyaları Qarabağda!

14-10-2022
Apple-dan Çinə böyük dəstək

Apple-dan Çinə böyük dəstək

18-04-2015
Günəş batareyaları ilə örtülmüş yollar salınacaq

Günəş batareyaları ilə örtülmüş yollar salınacaq

12-01-2017
Azərbaycan istehsalı olan günəş panelləri Almaniyada istifadə olunacaq

Azərbaycan istehsalı olan günəş panelləri Almaniyada istifadə olunacaq

17-12-2015
Bakıda Böyükşor gölü üzərində üzən günəş panelləri quraşdırılacaq

Bakıda Böyükşor gölü üzərində üzən günəş panelləri quraşdırılacaq

03-04-2023
Üzən günəş panelləri sisteminin pilot layihəsi həyata keçiriləcək

Üzən günəş panelləri sisteminin pilot layihəsi həyata keçiriləcək

18-07-2018
Prezident: "Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparırıq"

Prezident: "Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparırıq"

03-02-2023
Azərbaycanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verildi

Azərbaycanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verildi

23-02-2019
Üzən elektrik stansiyası  işə salınıb

Üzən elektrik stansiyası işə salınıb

02-02-2016
Avqustda tam Günəş tutulması baş verəcək

Avqustda tam Günəş tutulması baş verəcək

01-08-2017
“Aztelekom” Günəş enerjisi ilə işləyən stansiyalarını istismara verib

“Aztelekom” Günəş enerjisi ilə işləyən stansiyalarını istismara verib

12-03-2026
Ölkədə külək və günəş elektrik stansiyalarının istehsal gücü azalıb

Ölkədə külək və günəş elektrik stansiyalarının istehsal gücü azalıb

04-08-2017
Azercell enerji səmərəliliyi və ətraf mühit təşəbbüslərini genişləndirir

Azercell enerji səmərəliliyi və ətraf mühit təşəbbüslərini genişləndirir

21-08-2025
Azərbaycanda günəş elektrik enerjisinin istehsalı 6 % artıb

Azərbaycanda günəş elektrik enerjisinin istehsalı 6 % artıb

15-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə