Dünyanın on iri smartfon istehsalçısının adı açıqlanıb

30-06-2015 / 11:06

IDC analitik şirkəti 2015-ci ilin birinci rübünün yekunları üzrə dünyanın on iri smartfon istehsalçısının adını açıqlayıb. Məlumatda söhbət mobil qurğuların yığılmasını kənar istehsalçılara sifariş verənlərdən deyil, şəxsi zavodlara malik şirkətlərdən gedir.

İlk onluğa Tayvanın Foxconn, Pegatron və Inventec, Çinin Huaqin, Oppo, Coolpad və Wingtech, Sinqapurun Flextronics, eləcə də Cənubi Koreyanın Samsung və LG şirkətləri daxildir. Qeyd olunan şirkətlərin siyahıda hansı yer tutması, həmçinin istehsal həcminin rəqəmləri barədə məlumat verilmir.

Bildirilir ki, Foxconn və Pegatron ilk onluğa Apple şirkəti ilə tərəfdaşlıq, Inventec-in isə Xiaomi tərəfindən sifarişlər sayəsində düşüb. Bununla yanaşı, Tayvanın Compal, Arima və Wistron kimi məşhur kontraktlı istehsalçıları reytinqə daxil ola bilməyib.

Bundan əlavə, Çin istehsalçılarının mövqeyi xeyli möhkəmlənib və onlarla təkcə yerli şirkətlər deyil, həm də Hindistan, Rusiya Cənubi Amerika, Afrika və Avropa şirkətləri sıx əməkdaşlıq etməyə başlayıb.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə