Previous Next
Bağla

Apple liderliyini itirib

18-10-2017 10:33
Apple liderliyini itirib

“Greenpeace” beynəlxalq ekoloji təşkilatı dünyanın aparıcı istehlak elektronikası istehsalçılarının yer aldığı “yaşıl” elektronika reytinqini dərc etdirib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki,  ekspertlər Apple, Samsung, Xiaomi və digər brendlərin ətraf mühitə təsiri necə azaltdıqlarını araşdırıblar.

Şirkətlər 3 istiqamətdə qiymətləndirilib: enerjidən istifadə, resursların istehlakı və istehsal zamanı kimyəvi maddələrdən istifadə.

Bərpa olunan enerji mənbələrindən istifadəni qiymətləndirən “Enerji” parametri üzrə ən yüksək balı Apple alıb. Şirkət qurğuların sonrakı təmiri və müasirləşdirilməsi imkanı ilə planlaşdırılmasının təyin edildiyi “Resurslar” bölməsində “5” ballıq şkalada “3” qiymətinə layiq görülüb.

İstehsal zamanı zərərli və zəhərli maddələrdən istifadəni qiymətləndirən “Kimyəvi preparatlar” bəndində Apple “yaxşı” qiymət alıb. Şirkət 3 il ardıcıl olaraq bu reytinqə liderlik edib. 2017-ci ildə isə birinciliyi Hollandiyanın smartfon istehsalçısı Fairphonen ələ keçirib.

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə