Previous Next
Bağla

TV panellərin tədarükü 201 milyonu ötüb

22-10-2015 10:24
TV panellərin tədarükü 201 milyonu ötüb

2015-ci ilin iyul-sentyabrında dünyada televizorlar üçün panellərin tədarükü 69,06 milyon ədədə çataraq ötən rüblə müqayisədə 2,7 faiz və illik hesablamada 7,4 faiz artıb. Nəticədə üç rübün yekunlarına görə TV panellərinin ümumi tədarükü 201 milyon ədədi üstələyib ki, bu da 2014-cü ilin analoji dövründən 10,6 faiz çoxdur.

Xeberler.az-ın məlumatına görə, bu barədə WitsView analitik şirkətinin hesabatında deyilir.

 Hesabat dövründə TV panellərin istehsalı üzrə lider ümumilikdə 41,73 milyon ədəd tədarük edən LG Display şirkəti olub.

Qlobal TV bazarında ikinci yerdə müvəqqəti olaraq Tayvanın Innolux istehsalçısı qərarlaşıb. Üç rüb ərzində şirkət televizorlar üçün 39,06 milyon displey buraxaraq Meksika hökuməti ilə imzalanan saziş sayəsində tədarük həcmini xeyli genişləndirib.  

Hazırda Samsung şirkəti Tayvan istehsalçısından bir qədər geri qalır. İlin əvvəlindən Cənubi Koreya şirkəti 38,76 milyon panel tədarük edib. Törəmə Samsung Electronics tərəfindən sifarişlərin azalmasına görə şirkət 2015-ci ildə ikinci iri TV panel istehsalçısı olacaq.

Reytinqin dördüncü pilləsinə yanvar-sentyabrda 24,77 milyon televizor displeyi tədarük edən Çinin BOE şirkəti yüksəlib. Şirkətin illik nəticəsi 34 milyon ədəd səviyyəsində proqnozlaşdırılır ki, bu da ötən ilin göstəricisindən 140 faiz çoxdur və rəqib AU Optoelectronics (AUO) və China Star Optoelectronics Technology (CSOT) şirkətlərini qabaqlamağa imkan verir.

AUO ilin əvvəlindən 20,22 milyon TV panel tədarük etməklə liderlər beşliyini tamamlayır. Bu il şirkətin 26,4 milyon televizor ekranı buraxaraq tədarük həcmini 8,3 faiz azaldacağı gözlənilir.

Reytinqi Çinin üç rüb ərzində nəticəsi 17,75 milyon TV panel təşkil edən CSOT şirkəti tamamlayıb. Çin istehsalçısının illik dövriyyəsi 24 milyon ədəd (-2,7 faiz) səviyyəsində proqnozlaşdırılır.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dünyada planşetlərin tədarükü azalacaq

26-02-2015

Dünyanın ən böyük kompüter istehsalçıları açıqlanıb

16-04-2019

337,2 milyon smartfon tədarük edilib

24-07-2015

“Apple” kompüterlərinin ABŞ-da satışı artmaqda davam edir

14-04-2015

Planşetlər bazarında azalma gedir

30-04-2015

Noutbuklar bazarının həcmi azalıb

15-07-2015

Dünya noutbuklar bazarında dinamikanın yaxşılaşması gözlənilir

27-04-2015

Dünya planşetlər bazarının həcmi azalıb

29-07-2015

Smartfonların satışı azalacaq

09-09-2015

“Tesla”nın mənfəəti artıb

23-04-2026

Mobil telefonlar bazarında artım müşahidə olunur

29-04-2015

Apple daşınan elektronika bazarında ikinci yeri tutub

01-09-2015

Televizor bazarında “Samsung” liderdir

14-04-2015

Planşetlərin tədarükü 11,7 faiz azalıb

08-05-2018

2018-də ən çox kompüter satan şirkətlər - SİYAHI

12-01-2019

Hər beşinci televizor 4K texnologiyasını dəstəkləyəcək

22-06-2015

Dünyada smartfon tədarükü sürətlə azalır-Səbəb

30-10-2022

"Xiaomi" qlobal smartfon bazarında ikinci olub

17-07-2021

Daşınan elektronika bazarında üçqat artım gözlənilir

19-06-2015

SİM kartların qlobal tədarük həcmi 5.4 milyarda çatacaq

22-12-2015

Kompüterlər bazarında yenidən azalma qeydə alınıb

12-10-2018

Asustek yenidən smartfonlar tədarük edəcək

02-04-2015

“Samsung” Çin bazarını tərk edir

07-05-2026

2016-cı ildə smartfonların dünyada tədarükü 2 milyarda çatacaq

02-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə