Previous Next
Bağla

337,2 milyon smartfon tədarük edilib

24-07-2015 15:44
337,2 milyon smartfon tədarük edilib

IDC analitik şirkəti bildirib ki, 2015-ci ilin ikinci rübündə istehsalçılar tərəfindən dünyada 337,2 milyon smartfon tədarük edilib ki, bu da 2014-cü ilin müvafiq dövründən 11,6 faiz çoxdur.

Xəbərlər-in RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, mütəxəssislər bildirib ki, artım əksər inkişaf etməkdə olan ölkələrdə tələbatın yüksək olması sayəsində mümkün olub.

Həmçinin qeyd olunur ki, dünya mobil telefonlar, o cümlədən smartfonlar bazarının həcmi aprel-iyunda 464,6 milyon ədəd təşkil etməklə ötənilki 466,3 milyon ədədlik göstəriciyə nisbətdə 0,4 faiz azalıb.

Tədqiqatda istehsalçılar arasında qüvvələr nisbəti ilə bağlı məlumatlar da yer alıb. Siyahıda birinci yeri əvvəllər olduğu kimi “Samsung” şirkəti tutur, halbuki o reytinqdə illik ifadədə tədarükü azalan yeganə şirkətdir.

Cari ilin aprel-iyununda Cənubi Koreya istehsalçısı 73,2 milyon smartfon tədarük edib ki, bu da 21,7 faizlik paya bərabərdir. Bir il əvvəl Samsung-un göstəriciləri müvafiq olaraq 74,9 milyon və 24,8 faiz səviyyəsində olub. Tədarükdə qıtlığa görə qabaqcıl Galaxy S6 və Galaxy S6 edge modelləri birmənalı nəticələr nümayiş etdirməyib, lakin Galaxy ailəsindən olan digər qurğular şirkətin elan etdiyi endirimlər sayəsində yaxşı satılıb.

47,5 milyon iPhone satan Apple şirkəti tədarük həcmini 34,9 faiz genişləndirib. Şirkətin qurğularının, xüsusilə nisbətən böyükölçülü iPhone 6 Plus modelinin Çində yüksək populyarlığı fonunda ABŞ istehsalçısının bazar payı 11,7 faizdən 14,1 faizədək artıb.

Çinin Huawei şirkəti tədarükü 48 faiz artırmaqla üçüncü yeri tutub. Buna şirkətin smartfonlarının Avropa və Çinin daxili bazarında uğurla satılması zəmin edib. Çin istehsalçısı 29,9 milyon aparat tədarük etməklə 8,9 faizlik paya sahib çıxıb. Bir il əvvəl “Huawei”-in göstəriciləri müvafiq olaraq 20,2 milyon və 6,7 faizə bərabər olub.

Mi Note və Redmi 2 smartfonlarının Çində populyarlığı Xiaomi şirkətinə 17,9 milyon tədarük və 45,3 faizlik payla smartfon istehsalçıları arasında dördüncü yerə layiq olmağa kömək edib. Ötən illə müqayisədə şirkətin nəticələrin 29,7 faiz və 0,7 faiz bənd artıb.

Liderlər beşliyini 16,2 milyon (+2,4 faiz) smartfon tədarükü və ya 4,2 faizlik ümumi bazar göstəricisi ilə digər Çin istehsalçısı Lenovo şirkəti tamamlayıb. Ekspertlər qeyd edib ki, Lenovo qurğuları təkcə Çində deyil, həm də Hindistan kimi əksər inkişaf etməkdə olan ölkələrdə yaxşı satılır.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
TV panellərin tədarükü 201 milyonu ötüb

TV panellərin tədarükü 201 milyonu ötüb

22-10-2015
Dünyanın ən böyük kompüter istehsalçıları açıqlanıb

Dünyanın ən böyük kompüter istehsalçıları açıqlanıb

16-04-2019
“Apple” kompüterlərinin ABŞ-da satışı artmaqda davam edir

“Apple” kompüterlərinin ABŞ-da satışı artmaqda davam edir

14-04-2015
Dünyada planşetlərin tədarükü azalacaq

Dünyada planşetlərin tədarükü azalacaq

26-02-2015
Mobil telefonlar bazarında artım müşahidə olunur

Mobil telefonlar bazarında artım müşahidə olunur

29-04-2015
Noutbuklar bazarının həcmi azalıb

Noutbuklar bazarının həcmi azalıb

15-07-2015
Planşetlər bazarında azalma gedir

Planşetlər bazarında azalma gedir

30-04-2015
Dünya planşetlər bazarının həcmi azalıb

Dünya planşetlər bazarının həcmi azalıb

29-07-2015
Kompüterlər bazarında yenidən azalma qeydə alınıb

Kompüterlər bazarında yenidən azalma qeydə alınıb

12-10-2018
Ötən il 1,36 milyard smartfon istehsal edilib

Ötən il 1,36 milyard smartfon istehsal edilib

27-01-2017
Dünya noutbuklar bazarında dinamikanın yaxşılaşması gözlənilir

Dünya noutbuklar bazarında dinamikanın yaxşılaşması gözlənilir

27-04-2015
Smartfonların satışı azalacaq

Smartfonların satışı azalacaq

09-09-2015
 İnkişaf etməkdə olan bazarlarda smartfonların satışı artıb

İnkişaf etməkdə olan bazarlarda smartfonların satışı artıb

29-05-2015
"Xiaomi" qlobal smartfon bazarında ikinci olub

"Xiaomi" qlobal smartfon bazarında ikinci olub

17-07-2021
2016-cı ildə smartfonların dünyada tədarükü 2 milyarda çatacaq

2016-cı ildə smartfonların dünyada tədarükü 2 milyarda çatacaq

02-06-2015
Planşetlərin tədarükü 11,7 faiz azalıb

Planşetlərin tədarükü 11,7 faiz azalıb

08-05-2018
“5G” smartfonlarının satışının 70 faizi Çinin payına düşür

“5G” smartfonlarının satışının 70 faizi Çinin payına düşür

28-09-2020
Qlobal smartfon bazarı üzrə proqnoza yenidən baxılıb

Qlobal smartfon bazarı üzrə proqnoza yenidən baxılıb

17-08-2015
Apple daşınan elektronika bazarında ikinci yeri tutub

Apple daşınan elektronika bazarında ikinci yeri tutub

01-09-2015
Dünyada smartfon tədarükü sürətlə azalır-Səbəb

Dünyada smartfon tədarükü sürətlə azalır-Səbəb

30-10-2022
Smartfonlar bazarının artımı zəifləyib

Smartfonlar bazarının artımı zəifləyib

21-08-2015
2015-ci ildə 2 milyard mobil telefon satılacaq

2015-ci ildə 2 milyard mobil telefon satılacaq

15-10-2015
2018-də ən çox kompüter satan şirkətlər - SİYAHI

2018-də ən çox kompüter satan şirkətlər - SİYAHI

12-01-2019
Fərdi kompüterlərin satışı azalır

Fərdi kompüterlərin satışı azalır

30-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə