İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbbüsü ilə akkreditasiya edilmiş sınaq laboratoriyalarının nümayəndələri ilə görüş keçirilib.
Xeberler.az bildirir ki, görüş “E-Keyfiyyət” portalında akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən sınaq laboratoriyaları tərəfindən tərtib olunan sınaq protokolunun formasının və portaldan istifadə qaydalarının müzakirəsi məqsədilə təşkil olunub.
Tədbirdə Dövlət Xidmətinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin əməkdaşları Nəzrin Mirzəzadə, Yusif Nəsibov, Türkan Kərimova, eləcə də Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) nümayəndəsi Gülarə Süleymanova təqdimatla çıxış ediblər.
Təqdimat zamanı standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, texniki tənzimləmə, metrologiya, akkreditasiya, ümumilikdə keyfiyyət infrastrukturu sahəsində işlərin səmərəli təşkili və xidmətlərin təkmilləşdirilməsi istiqamətində Dövlət Xidməti tərəfindən görülmüş işlər barədə məlumat verilib.
Daha sonra sözügedən sahələrdə xidmətlərin elektronlaşdırılması məqsədilə yaradılmış “E-Keyfiyyət” portalının funksiyaları diqqətə çatdırılıb, o cümlədən sözügedən portal vasitəsilə yaradılması nəzərdə tutulan sınaq protokolunun yeni formasının təqdimatı həyata keçirilib.
Tədbir sınaq protokollarının yaradılması zamanı qarşıya çıxan çətinliklər, o cümlədən portaldan istifadə qaydaları barədə müzakirələrlə davam etdirilib.
Qeyd: “E-Keyfiyyət” portalı (https://e-keyfiyyet.gov.az/home) ölkədə texniki tənzimləmə, standartlaşdırma, metrologiya və akkreditasiya sahələrində rəqəmsallaşmanın təmin olunması məqsədilə yaradılıb. İlkin mərhələdə portal vasitəsilə ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamələr və kalibrlənməsi haqqında sertifikatların, ölçmə metodlarının attestasiyası haqqında şəhadətnamələrin, yoxlama və kalibrlənmə nişanlarının, yararsızlıq haqqında bildirişlərin verilməsi və ləğv edilməsi, inspeksiya orqanının rəylərinin verilməsi, orta riskli mallara münasibətdə uyğunluğun təsdiqi barədə təsdiqedici sənədin verilməsi, mal (iş, xidməti) ilə əlaqəli prosesin və istehsal metodunun, o cümlədən malların (işlərin, xidmətlərin) uyğunluğunun könüllü qiymətləndirilməsi barədə uyğunluq sertifikatlarının, sınaq laboratoriyalarında aparılmış tədqiq (sınaq) nəticələrinə dair protokolun verilməsi xidmətləri elektronlaşdırılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri