Previous Next
Bağla

İstehlakçıların hüququnu qoruyan qurumun rəhbəri kim olacaq - ekspert rəyi

08-06-2018 14:58
İstehlakçıların hüququnu qoruyan qurumun rəhbəri kim olacaq - ekspert rəyi

Xeberler.az bildirir ki, bir müddət öncə Prezident dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncamlar imzalayıb, bəzi dövlət qurumları ləğv edilib, bəziləri də yenidən yaradılıb.

Yeni qurumlardan biri də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyidir.
Əvvəllər İqtisadiyyat nazirliyi yanında Dövlət Xidməti olaraq fəlaliyyət göstərən qurum artıq mərkəzi icra orqanı olaraq fəaliyyət göstərəcək.

Qeyd edək ki, sözü gedən qurumun səlahiyyətlərinə daha əvvəl ləğv edilmiş, Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bəzi səlahiyyətləri də verilib. Bura texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi aiddir.

Həmçinin, “Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Standartlaşdırma İnstitutu” və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs də yeni yaradılmış Dövlət Agentliyinin tərkibində olacaq.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu dəyişikliklə bağlı açıqlama verib: "Görünür ki, yeni qurum xeyli səlahiyyətlərə malik olacaq. Düşünürəm ki, səlahiyyətləri və vəzifələri baxımından kifayət qədər ciddi və strateji əhəmiyyət kəsb edən qurumdur. 

Xüsusilə də ölkədə prioritet olan rəqabətli mühitin formalaşması, haqsız rəqabətin qarşısının alınması , istehlakçıların və eləcə də sahibkarların hüquqlarının qorunması, qeyri-neft sektorunun inkişafı üçün normal mühitin formalaşması bu qurumun fəaliyyətindən çox asılı olacaq.

İstehlakçıların, xüsusilə də rəqəmsal mühitdə istehlakçıların hüquqlarının qorunması sahəsində ciddi problemlər var. Dövlət nəzarəti yetərli olmadığından ümid qalır ictimai nəzarətə. İstehlakçılar, rəqəmsal xidmət istifadəçiləri öz hüquqlarını qorumaq üçün işini gücünü ataraq, sosial mediada xeyli zaman və resurslar sərf edirlər. 
Təbii inhisar subyektləri də hələlik bir çox sahələrdə söz sahibidir. Ümumiyyətlə bizdə bir çox biznes sahəsində dövlətin xüsusi çəkisi yüksəkdir. 

Bu baxımdan düşünürəm ki, yeni yaradılan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəhbərliyi çox prinsipal və “dişli” birsi olmalıdır. Əks halda nəhəng təbii inhisar subyektləri ilə “vuruşa” bilməyəcək.

Məsələn, normalda , ölkənin Azercell kimi ən böyük özəl şirkətinin “dövlətləşməsi”, dövlət şirkətinə çevrilməsi , məhz bu yeni Dövlət Agentliyinin razılığı və icazəsi ilə ola bilərdi.

Və ya sabah hansısa nazirlik başqa bir özəl qurumu dövlət şirkətinə çevirmək istəyəndə, dövlət resursunu bərabər əsaslarla özəlin istifadəsinə vermək istəməyəndə onunla dirəşməli olan məhz bu Dövlət Agentliyinin rəhbəri olacaq.
Kim bunu bacaracaq ?"

Qeyd edək ki, sözü gedən quruma hələlik rəhbər təyin olunmayıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Hökumətin Antiinhisar qurumu varmı ?

22-07-2019

Azərbaycanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb

27-08-2024

Mikayıl Cabbarov haqsız rəqabətin qarşısını ala biləcəkmi ?

24-10-2019

Ekspert: Kimlər güclü antiinhisar ekosistemin yaradılmasında maraqlı deyil?

13-05-2020

Dövlət Xidmətinin nümayəndələri Naxçıvanda seminarlar keçiriblər

02-10-2024

Dövlət Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

14-07-2022

Rəqəmsal mühitdə istifadəçi hüquqlarını kim qorumalı?

18-01-2018

Ekspert: Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcək?

13-02-2025

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin edilib

12-02-2025

Dövlət qurumunun Azercell-i alması sektora necə təsir edəcək?-Şərh

06-03-2018

Dövlət Agentliyi sosial şəbəkələrdə alış-verişlə bağlı xəbərdarlıq edib

12-03-2026

Dövlət Xidməti vəkillər və vəkilliyə namizədlər üçün təlim keçirib

22-04-2022

Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyası keçirilib

11-07-2025

“E-Keyfiyyət”in sınaq protokolunun yeni formasının təqdimatı keçirilib

29-11-2024

Bu il 122 yeni dövlət standartı qəbul edilib

08-10-2025

Müştəri məmnuniyyətinin idarəedilməsi üzrə yeni dövlət standartı qəbul edilib

06-07-2022

“AzInTelecom” ilə AZSTAND arasında əməkdaşlıq memorandumu imzalanıb

05-04-2023

Azərbaycanda elektron siqaretlərlə bağlı dövlət standartı qəbul ediləcək

25-07-2023

Keyfiyyət sahəsində auditin aparılması üzrə yeni dövlət standartı qəbul edilib

16-08-2022

Türk Standartları İnstitutunun nümayəndələri ilə görüş

06-09-2022

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Agentliyə çevrilib

12-02-2025

Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

27-01-2020

Azərbaycanda süni intellektlə bağlı dövlət standartı qəbul edilib

28-07-2025

Ekspert: Təbii inhisarçı "Aztelekom" internetin minimal tariflərini qaldırıb əhaliyə isə seçim yeri qoymayıb

08-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə