Previous Next
Bağla

Keyfiyyətə nəzarət üzrə vahid elektron informasiya sisteminin hüquqi bazası yaradılır

03-03-2025 11:52
Keyfiyyətə nəzarət üzrə vahid elektron informasiya sisteminin hüquqi bazası yaradılır

Keyfiyyətə nəzarət sahəsində rəqəmsallaşmanın həyata keçirilməsi məqsədilə vahid elektron informasiya sisteminin hüquqi bazası yaradılır.

Xeberler.az məlumat verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin məqsədlərindən biri də bu sahədə elektron xidmətlərin tətbiqi yolu ilə prosedurların optimallaşdırılması, ölçmə, texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi və xidmətlərin şəffaflığının artırılmasıdır.

Yaradılması nəzərdə tutulan vahid elektron informasiya sistemi keyfiyyət infrastrukturu sahəsində fəaliyyət göstərən akkreditasiya edilmiş səlahiyyəti qurumlar tərəfindən təqdim edilən hüquq müəyyənedici sənədlərin (sertifikatların, şəhadətnamələrin, bildirişlərin və s.) elektron formada vahid elektron platforma üzərindən qeydiyyatının və reyestrinin aparılmasını və bu sənədlərin verilməsini, keyfiyyət təminatı sahəsində fəaliyyətlərin rəqəmsallaşdırılmasını, bu sahədə mövcud pərakəndəliyin aradan qaldırılmasını təmin edəcək, maraqlı tərəflərə (dövlət qurumlarına, sahibkarlıq subyektlərinə, vətəndaşlara və s.) keyfiyyətə nəzarət sahəsində həyata keçirilən fəaliyyətlərin nəticələrini asanlıqla izləmək imkanı yaradacaq.

Eləcə də keyfiyyətə nəzarət sahəsində (ölçmələrin vəhdətinin təmin edilməsi, uyğunluğun qiymətləndirilməsi, standartlaşdırma, texniki tənzimləmə və s.) qanunvericiliyin təkmilləşdirilməsi (yeni anlayışların əlavə edilməsi, bəzi anlayışların dəqiqləşdirilməsi, tərəflər arasında yaranan münasibətlərin tənzimlənməsi, müvafiq qanunların normalarının uzlaşdırılması və s.) həyata keçirilir.

Qeyd edək ki, müvafiq dövlət proqramının və strategiyanın icrası ilə əlaqədar olaraq, hazırda sözügedən informasiya sistemi (https://e-keyfiyyet.gov.az/) yaradılaraq istifadəyə verilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“E-Keyfiyyət”in sınaq protokolunun yeni formasının təqdimatı keçirilib

29-11-2024

Keyfiyyət informasiya sistemi vasitəsilə sertifikatların verilməsi ilə bağlı görüş olub

02-09-2025

Bələdiyyələrin vahid informasiya sistemi yaradılır

20-05-2025

Milli Məclisin növbəti plenar iclası işə başlayıb

01-05-2025

Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri yaradılacaq

29-09-2022

Mədəniyyət sahəsində elektron məlumat sistemi yaradılır

25-04-2015

“Mühasibat uçotu haqqında” Qanuna dəyişiklik edilir

03-03-2025

Tikintiyə icazə üçün tələb olunan məlumatlar elektron qaydada təqdim olunacaq

15-03-2023

Prezident İlham Əliyev fərman imzaladı

13-09-2018

Keyfiyyət informasiya sistemindən istifadə qaydası müəyyənləşib

10-12-2025

“AzInTelecom” ilə AZSTAND arasında əməkdaşlıq memorandumu imzalanıb

05-04-2023

Elektron satınalmaların ümumi satınalmalarda payı açıqlanıb

31-01-2023

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022

Azərbaycanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb

27-08-2024

Sahibkarlıq sahəsində yoxlamalarla bağlı qanuna mühüm dəyişikliklər qəbul edilib

09-06-2023

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik – elektron sistemə keçilir

12-06-2024

STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMİTƏSİ TƏRKİBİNDƏ MƏLUMAT MƏRKƏZİ YARADILIR

10-02-2009

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

30-05-2025

Milli Məclis “Media haqqında” qanun layihəsini II oxunuşda qəbul edib

20-12-2021

“e-mühasibat” informasiya sistemi yaradılacaq

22-01-2025

Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq

23-10-2025

Rəqəmsal sənədlərin hüquqi qüvvəsinin təmin edilməsi müzakirəyə çıxarılıb

12-06-2024

Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır

23-01-2026

e-mühasibat informasiya sistemi yaradılacaq

14-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə