Previous Next
Bağla

Mənşə sertifikatlarının “e-keyfiyyet.gov.az” portalından verilməsinə başlanılıb

18-08-2025 11:12
Mənşə sertifikatlarının “e-keyfiyyet.gov.az” portalından verilməsinə başlanılıb

Malın mənşə ölkəsini təsdiq edən müraciətlərin qəbulunun Azərbaycan  Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Keyfiyyət informasiya sistemi (https://e-keyfiyyet.gov.az/home) üzərindən həyata keçirilməsinə başlanılıb.

Xeberler.az bildirir ki, bu məqsədlə Agentlik tərəfindən malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsi prosesinin tam elektronlaşdırılması üçün “Mənşə sertifikatı” alt modulu hazırlanaraq Keyfiyyət informasiya sistemində istifadəyə verilib.

Mənşə sertifikatlarının əldə olunması ilə bağlı müraciətlərin Keyfiyyət informasiya sistemi vasitəsilə edilməsi ixracatçılar üçün bir sıra üstünlüklər yaradır. Bunlara elektron imza və ya asan imzadan istifadə etməklə şəxsi kabinetin yaradılması, real rejimdə müraciətlərin icra statusları barədə dəqiq məlumatların əldə edilməsi, malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi məqsədilə müqavilənin bağlanması və keçirilən ekspertiza üçün xidmət haqqının ödənilməsinin elektron qaydada həyata keçirilməsi, dövlət rüsumlarının elektron qaydada ödənilməsi, müəyyən dövr aralığında əldə edilmiş mənşə sertifikatları barədə statistik məlumatların əldə olunması, ixracatçıların təqdim etdiyi məlumatlar əsasında mənşə sertifikatlarının elektron qaydada formalaşdırılması, mənşə sertifikatlarının çevik və operativ əldə edilməsi və s. aiddir.

Qeyd edək ki, “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair videoçarx Agentliyin rəsmi “Youtube” kanalında yerləşdirilib.

Həmçinin “e-keyfiyyet.gov.az” informasiya sisteminin “Elektron xidmətlər” bölməsinin (https://e-keyfiyyet.gov.az/e-services) “Mənşə sertifikatlarının alınması üçün müraciət” alt bölməsi vasitəsilə də videoçarxla tanış olmaq mümkündür.

Məlumat üçün bildirək ki, hazırda malın mənşə ölkəsini təsdiq edən sertifikatın əldə olunması üçün müraciətlər İqtisadiyyat Nazirliyinin rəsmi internet saytının “Elektron xidmətlər” bölməsi vasitəsilə qismən elektron qaydada qəbul edilir.

Yeni dəyişikliklə əlaqədar sistemə tam keçid təmin olunduqdan sonra mənşə sertifikatlarının əldə edilməsi prosesində ləngimələrin qarşısının alınması və sistemdən istifadə bacarıqlarının formalaşdırılması məqsədilə sahibkarlara qarşıdakı dövrdə mənşə sertifikatları üçün müraciətlərini Keyfiyyət informasiya sistemi vasitəsilə həyata keçirmələri tövsiyə edilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

2026-cı ildən mənşə sertifikatları yalnız “E-keyfiyyet” ilə veriləcək

22-12-2025

Mənşə sertifikatlarının “e-keyfiyyet.gov.az” üzərindən verilməsinə dair görüş keçirilib

20-08-2025

Keyfiyyət informasiya sisteminə yeni funksionallıq əlavə edilib

30-12-2025

Nazirliyə 14 mindən çox elektron müraciət daxil olub

24-01-2015

“Asan İmza” yeni elektron xidmət istifadəyə verib

16-11-2020

Keyfiyyət informasiya sistemi vasitəsilə sertifikatların verilməsi ilə bağlı görüş olub

02-09-2025

Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib

10-12-2025

Keyfiyyət informasiya sistemindən istifadə məbləği müəyyənləşib

10-12-2025

Sahibkarların işi asanlaşdı- Yeni elektron xidmət

01-08-2017

Keyfiyyətə nəzarət üzrə vahid elektron informasiya sisteminin hüquqi bazası yaradılır

03-03-2025

“Asan İmza” sertifikatlarını onlayn yeniləmək mümkündür

18-12-2020

Elektron Rəqabət İnformasiya Sisteminin üstünlükləri nələrdir?

14-11-2024

Sertifikatların “E-keyfiyyet.gov.az” üzərindən verilməsinə dair görüş keçirilib

23-09-2025

Əmlak Məsələləri Dövlət Xidməti yeni elektron xidmətlərini istifadəyə verib

17-02-2026

Gömrük Komitəsinin daha bir xidməti portala daxil edilib

20-05-2016

“E-Keyfiyyət”in sınaq protokolunun yeni formasının təqdimatı keçirilib

29-11-2024

Milli Depozit Mərkəzi “Elektron müraciət sistemi”ni istifadəyə verib

21-04-2025

Azərbaycanda yeni verilən "ASAN İmza" sertifikatlarının sayı azalıb

17-02-2025

Keyfiyyət informasiya sistemindən istifadə qaydası müəyyənləşib

10-12-2025

“Fərqlənmə nişanı”nın verilməsi üçün onlayn xidmət fəaliyyətə başlayır

31-01-2022

Azərbaycan Rəqəmsal Ticarət Qovşağı yaradır-Fərman

24-02-2017

"Məhkəmə Ekspertizası" informasiya sistemi yaradılır

04-11-2025

“Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidməti istifadəyə verilib

07-01-2025

Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə təsdiq edilib

26-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə