Previous Next
Bağla

Keyfiyyət informasiya sistemindən istifadə qaydası müəyyənləşib

10-12-2025 12:19
Keyfiyyət informasiya sistemindən istifadə qaydası müəyyənləşib

Keyfiyyət informasiya sistemindən istifadə qaydası müəyyənləşib.

Xeberler.az məlumat verir ki, bu barədə “Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə”də qeyd olunub.

Əsasnamədə bildirilib ki, dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olan qurumların Sistemdən istifadəsi onların informasiya ehtiyatları və sistemləri Qaydaların 4-cü hissəsinə və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Elektron Hökumət İnformasiya Sisteminə (EHİS) inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir.

Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olmayan qurumların və digər hüquqi şəxslərin Sistemdən istifadəsi onların elektron kabinetləri vasitəsilə təmin edilir. Bu halda qurumların və digər hüquqi şəxslərin rəhbər şəxsi tərəfindən Sistemdə qeydiyyatdan keçirilən və müvafiq hüquqlar verilən məsul şəxslər EHİS-in “Vahid Giriş” altsistemi vasitəsilə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərə daxil olaraq Sistemdən istifadə edirlər.

Fiziki şəxslər EHİS-in “Vahid Giriş” altsistemi vasitəsilə Sistemdə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərə daxil olaraq Sistemdən istifadə edirlər.

Həmçinin Əsasnamənin 1.3-cü bəndində müəyyən edilən xidmətlərdən istifadə sistemin rəsmi internet informasiya ehtiyatı (EHİS-ə keçid verilməklə) və EHİS vasitəsilə, ödəniş edilməsi isə elektron kabinetdə ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçirilir.

Operator akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumun akkreditasiya attestatının müddəti dayandırıldıqda və ya ləğv edildikdə, həmçinin akkreditasiya attestatının etibarlılıq müddəti bitdikdə istifadəçinin sistemdəki elektron kabinetində uyğunluğun qiymətləndirilməsi fəaliyyətinin həyata keçirilməsi üzrə hüquqları məhdudlaşdırılır.

Əsasnamə ilə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron Hökumət İnformasiya Sistemi daxil edilən və ötürülən məlumatlar açıqlanıb

12-08-2025

Keyfiyyət informasiya sistemi vasitəsilə sertifikatların verilməsi ilə bağlı görüş olub

02-09-2025

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

28-09-2024

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS ilə baxılacaq

28-04-2026

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən baxılması təklifi qəbul edilib

26-05-2026

“Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiqlənib

12-08-2025

Vətəndaş müraciətlərinə EHİS üzərindən də baxılması ilk oxunuşda qəbul edilib

01-05-2026

Taksi fəaliyyətinə buraxılış vəsiqəsi və buraxılış kartı almaq üçün tələb olunan sənədlərin siyahısı açıqlanıb

02-04-2024

Elektron xidmətlərin vahid reyestrinin aparılması qaydaları təsdiqlənib

04-08-2025

Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqlənib

18-08-2025

Qaydaları pozan sürücülər cəriməni mobil telefonla ödəyəcək

04-12-2015

İnzibati xəta haqqında məlumatlandırılma qaydası müəyyənləşir

20-05-2025

Keyfiyyətə nəzarət üzrə vahid elektron informasiya sisteminin hüquqi bazası yaradılır

03-03-2025

Keyfiyyət informasiya sistemi haqqında əsasnamə hazırlanacaq

17-06-2025

Elektron “Baytarlıq xidmətləri monitorinqi” altsistemi yaradılır

29-09-2022

Azərbaycanda “e-KOB evi” portalı yaradılır

09-08-2021

“Invest in Azerbaijan” informasiya sistemi yaradılır

06-11-2025

Mənşə sertifikatlarının “e-keyfiyyet.gov.az” portalından verilməsinə başlanılıb

18-08-2025

Sertifikatların “E-keyfiyyet.gov.az” üzərindən verilməsinə dair görüş keçirilib

23-09-2025

“ASAN ödəniş” sistemi haqqında Əsasnaməyə dəyişiklik edilib

19-05-2021

Azərbaycanda hərraclar artıq elektron şəkildə həyata keçiriləcək

21-05-2020

Daşınmaz əmlak çıxarışı EHİS üzərindən veriləcək

11-09-2025

Prezident İlham Əliyev fərman imzaladı

13-09-2018

KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq

14-05-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə