Previous Next
Bağla

“Subaylıq haqqında arayış” "Mygov"a inteqrasiya edilib

10-03-2025 16:41
“Subaylıq haqqında arayış” "Mygov"a inteqrasiya edilib

“Mygov” platformasında yeni “Ailə vəziyyəti haqqında arayış” (“Subaylıq haqqında arayış”) xidməti istifadəyə verilib. Bu yenilik sayəsində vətəndaşlar rəsmi olaraq ailə vəziyyətinin subay olduğunu təsdiq edən sənədi tam rəqəmsal formada əldə edə biləcəklər.

Xeberler.az məlumat verir ki, “Ailə vəziyyəti haqqında arayış” (“Subaylıq haqqında arayış”) yeni nikaha daxil olarkən, xaricdə nikah bağlayarkən, mülki-hüquqi məsələlərdə (məsələn, vərəsəlik və ya immiqrasiya prosedurlarında), xarici ölkələrdə vətəndaşlıq və ya daimi yaşayış icazəsi üçün müraciət edərkən tələb oluna bilər.

Qeyd edək ki, xidmətin “mygov” platformasına inteqrasiyası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilib.

Xidmətdən istifadə qaydası aşağıdakı kimidir:

∙ Vətəndaş “mygov” platformasına giriş edərək “Xidmətlər” bölməsindən “Subaylıq haqqında arayış” xidmətinə daxil olur

∙ "Yeni müraciət" düyməsinə klik edir

∙ Arayışın təqdim olunacağı yeri seçir: ölkə və ya səfirlik

∙ Siyahıdan uyğun ölkəni və ya səfirliyi seçir

∙ Əlaqə nömrəsini və elektron poçt ünvanını daxil edir

∙ Qeyd bölməsinə əlavə məlumat yazır (İstəyə bağlı olaraq)

∙ Daxil edilmiş məlumatları təsdiqləyir

∙ Yekunda sorğu Ədliyyə Nazirliyinə yönləndirilir

Sənəd hazır olduqdan sonra istifadəçi “mygov” platformasının “Tarixçə” bölməsindən "Sənədə bax" düyməsinə klik edərək arayışı əldə edə bilər. “Ailə vəziyyəti haqqında arayış”ın (Subaylıq haqqında arayış) alınması üçün dövlət rüsumu tələb olunmur.

Bu yeniliyə qədər vətəndaşlar subaylıq haqqında arayışı əldə etmək üçün fiziki xidmət mərkəzlərinə və qeydiyyat şöbələrinə şəxsən müraciət etməli, bir sıra inzibati prosedurlardan fiziki olaraq keçməli idilər. Yeni rəqəmsal yanaşma bu prosesi tam elektronlaşdıraraq vətəndaşlara maksimum rahatlıq təmin edir, onların vaxt və resurs itkisinin qarşısını alır, dövlət xidmətlərindən istifadədə çevikliyi və əlçatanlığı artırır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ailə üzvləri haqqında arayışı “mygov”dan əldə etmək mümkündür

21-04-2025

Məhkumluq haqqında arayışı "Mygov" vasitəsilə əldə etmək olacaq

28-10-2024

Daha bir elektron xidmət “mygov”a inteqrasiya edilib

03-04-2025

Məhkumluq haqqında arayışın İKZF-yə rəqəmsal təqdim edilməsi mümkün olub

27-05-2025

Məhkumluq haqqında arayışı ƏMAS-dən əldə etmək mümkündür

29-11-2024

Nikahın qeydə alınması “mygov”a inteqrasiya edilib

19-11-2024

Vətəndaşlar iş yerinə dair arayışı “mygov”dan da əldə edə biləcəklər

13-11-2025

"mygov"dan istifadə edən vətəndaşların sayı 2 milyonu ötüb

24-11-2025

Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

16-05-2026

Məhkumluq haqqında arayış "mygov" üzərindən təqdim olunacaq

17-09-2024

“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub

07-07-2025

ƏƏSMN-nin 15 növ e-arayış xidməti əhalinin istifadəsinə verilib

09-12-2020

Vətəndaşlıq vəziyyəti aktları ilə bağlı arayış elektronlaşdırıldı

23-06-2015

Rəqəmsal şəxsiyyət vəsiqələrinin doğruluğu necə yoxlanılır?

10-12-2024

“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!

23-09-2024

Yenilənmiş "mygov" platforması 1 yaşını qeyd edir

12-09-2025

"İmtahana buraxılış vərəqəm" məlumatları “mygov”a inteqrasiya olunub

05-05-2025

"e-Su" tətbiqi fəaliyyətini dayandırır

12-05-2026

İki “Elektron Arayış” xidməti portala inteqrasiya edildi

11-03-2015

ƏƏSMN-in fəaliyyət sahələri üzrə 240 min şəxsə e-arayış verilib

12-05-2020

Vətəndaşlar daha 4 arayışı elektron formada əldə edə biləcəklər

15-04-2015

Elektron arayışları necə əldə etmək olar?

06-10-2015

MyGov.az-la inteqrasiya ABB Home-da ipoteka kreditini daha da rahat və əlçatan etdi

09-04-2025

Bu e-xidmətə 1 ayda 59 mindən çox müraciət olunub

13-06-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə