Previous Next
Bağla

"mygov" üzərindən kommunal xidmətlər üzrə abunəçi kodlarının ad dəyişdirilməsi mümkün olacaq

02-10-2024 13:39
"mygov" üzərindən kommunal xidmətlər üzrə abunəçi kodlarının ad dəyişdirilməsi mümkün olacaq

Kommunal xidmətlər üzrə abunəçi kodlarının ad dəyişdirilməsi artıq "mygov" platforması vasitəsilə mümkündür.

Xeberler.az məlumat verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.

Vətəndaşlar "mygov" tətbiqi vasitəsilə "Azəriqaz", "Azərişıq" və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (keçmiş Azərsu) üzrə kommunal abunəçi kodlarını asanlıqla köhnə addan yeni ada keçirə bilərlər. Əvvəllər vaxt və əlavə resurs tələb edən bu proses indi tamamilə rəqəmsal və sadələşdirilmiş şəkildə həyata keçirilir.

Vətəndaşlar "mygov" tətbiqinə daxil olduqdan sonra öz adlarına olan daşınmaz əmlakı seçərək, müvafiq kommunal xidmət üçün "Əhali istehlakçısının adının dəyişdirilməsi" bölməsinə daxil olurlar. "Azəriqaz", "Azərişıq" və ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üzrə abunəçi kodunu daxil etdikdən sonra sistem avtomatik olaraq yeni ad məlumatlarını istifadəçinin "mygov" hesabından götürür. Əgər abunəçinin borcu varsa, bu barədə istifadəçiyə məlumat verilir və borc ödəndikdən sonra adın dəyişdirilməsi təsdiq olunur.

Proses tamamlandıqdan sonra müraciət elektron qaydada müvafiq qurumlara göndərilir. Ad dəyişdirildikdən sonra istifadəçi "mygov" üzərindən şəxsi kabinetində və qeyd edilən elektron poçt ünvanında bildiriş alır.

Bu yenilik vətəndaşların vaxtına qənaət edir, dövlət xidmətlərinə çıxışı asanlaşdırır və tamamilə rəqəmsal mühitdə sürətli, effektiv xidmət almağa şərait yaradır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Vətəndaşlar "Azəriqaz"ın müayinə aktını mygov ilə izləyə biləcəklər

08-12-2025

Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

16-05-2026

Ailə üzvləri haqqında arayışı “mygov”dan əldə etmək mümkündür

21-04-2025

Daha bir elektron xidmət “mygov”a inteqrasiya edilib

03-04-2025

Nikahın qeydə alınması “mygov”a inteqrasiya edilib

19-11-2024

Məhkumluq haqqında arayışın İKZF-yə rəqəmsal təqdim edilməsi mümkün olub

27-05-2025

“digital.login” fəaliyyətinə “mygov ID” kimi davam edəcək

28-10-2025

"e-Su" tətbiqi fəaliyyətini dayandırır

12-05-2026

Qarabağa səfər üçün icazələr “mygov” üzərindən veriləcək

22-08-2025

Əmək müqavilələrini "mygov" ilə imzalamaq mümkün olub

08-10-2025

Yenilənmiş “mygov” rəqəmsal hökumət platforması artıq vətəndaşların istifadəsindədir

05-09-2024

Yenilənmiş "mygov" platforması 1 yaşını qeyd edir

12-09-2025

"İmtahana buraxılış vərəqəm" məlumatları “mygov”a inteqrasiya olunub

05-05-2025

“Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sistemi yaradılacaq

19-03-2025

“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub

07-07-2025

Sərhədkeçmə məlumatları “mygov”a inteqrasiya edilib

05-01-2026

Hərbi xidmətlə bağlı məlumatlar “mygov”a inteqrasiya edilib

02-06-2025

Bir sıra rəqəmsal sənəd və məlumatlar vətəndaşların istifadəsinə verilib

13-02-2025

Vətəndaşlar iş yerinə dair arayışı “mygov”dan da əldə edə biləcəklər

13-11-2025

İRİA 10 layihənin icrasını yekunlaşdırmaq üzrədir

12-11-2024

“mygov”da tibbi məlumatlara çıxış imkanları genişlənib

30-05-2025

Mərkəzi Banka "myGov" üzərindən müraciət etmək imkanı yaradılıb

17-04-2025

mygov platformasına yeni funksionallıq əlavə edilib

08-05-2025

Məhkumluq haqqında arayışı "Mygov" vasitəsilə əldə etmək olacaq

28-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə