“Ecofirendly” komandası "Yaşıl texnologiyalar" müsabiqəsi üzrə III yerə laiq görülüb

31-05-2022 / 11:52

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin innovativ layihəsi olan EnterpriseAzerbaijan.com portalı "Teknofest Azərbaycan 2022"-də "Yaşıl texnologiyalar" müsabiqəsi üzrə "Ecoprint" layihəsi ilə təmsil olunub.

Xeberler.az bildirir ki, 26-29 may tarixlərində Azərbaycan, Türkiyə və Avropa ölkələrinin startap komandalarının təmsil olunduğu beynəlxalq festivalda EnterpriseAzerbaijan.com portalının “Ecofirendly” komandası "Yaşıl texnologiyalar" müsabiqəsi üzrə III yerə laiq görülüb. Bu "Ecoprint" layihəsinin 5-ci beynəlxalq yarışda qazandığı uğurdur.

EnterpriseAzerbaijan.com portalının rəhbəri Mətanət Musayevanın mentorluğu iə komanda Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, "TEKNOFEST" İdarə Heyətinin sədri və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar və Türkiyə Respublikasının Sənaye və Texnologiya nazirinin müavini Mehmet Fatih Kacır tərəfindən təltif edilib.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə