Previous Next
Bağla

EnterpriseAzerbaijan.com portalına yeni rəhbər təyin olunub

03-03-2022 18:59
EnterpriseAzerbaijan.com portalına yeni rəhbər təyin olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) yeni kadr təyinatı olub. İİTKM-in icraçı direktoru Vüsal Qasımlının əmri ilə coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Musayeva EnterpriseAzerbaijan.com portalının rəhbəri vəzifəsinə təyin olunub.

Xeberler.az bildirir ki, M.Musayeva Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində bakalavr və magistr təhsili alıb. Daha sonra eyni fakültənin doktorantura pilləsində təhsilini davam etdirib və Coğrafiya üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsinə layiq görülüb. 2019-cu ildən Dosent Elmi adını alıb və hazırda AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda elmlər doktoru proqramı üzrə qiyabi doktorantdır.

50-dən artıq elmi əsərin, 2 monoqrafiyanın, 1 dərsliyin və 15 dərs proqramının müəllifidir. 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub, 2017-ci ildə ilk Respublika İnnovasiya Müsabiqəsinin qalibi olub.

M.Musayeva Beynəlxalq konfrans, seminar və simpoziumlarda iştirak edərək beynəlxalq dərəcəli sertifikatlara layiq görülüb. Həmçinin 2021-ci ildə Danimarkada keçirilən Qlobal Startap Mükafatlandırılmasında "EcoPrint" layihəsi ilə "Ən yaxşı yaşıl startap texnologiyası" adına layiq görülüb.

Qeyd edək ki, EnterpriseAzerbaijan.com portalı Prezident İlham Əliyevin 2018-ci il 19 sentyabr tarixli "Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı əsasında yaradılıb.

Portalın məqsədi ölkədə sahibkarlığın inkişafını təmin etdirməklə, yeni ideya, startap, investisiya və ya biznes layihələrinin həyata keçməsində alternativ maliyyə mənbələrini ölkə iqtisadiyyatına cəlb etmək, portala yerləşdirilən layihələri yerli və xarici investorların diqqətinə çatdırmaqda vasitəçi olmaq, o cümlədən ölkədə fəaliyyət göstərən sahibkarlara və startapçılara layihələrini dünya standartlarına uyğunlaşdırmaqda və təkminləşdirməkdə dəstək göstərməkdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İİTKM-ə yeni rəhbər təyinatı olub

13-12-2019

Rəqəmsal Ticarət Qovşağına yeni rəhbər təyin olunub

04-11-2020

EnterpriseAzerbaijan.com biznesin inkişafı və startaplar üzrə beynəlxalq vebinar keçirib

01-11-2021

İİTKM-də yeni kadr təyinatları olub

20-02-2025

Vüsal Qasımlı təhsilini Harvard Universitetində davam etdirəcək

18-03-2021

EnterpriseAzerbaijan.com portalında startapçılarla görüş keçirilib

19-03-2021

“Ecofirendly” komandası "Yaşıl texnologiyalar" müsabiqəsi üzrə III yerə laiq görülüb

31-05-2022

Nazir Rəşad Nəbiyev özünə yeni müşavir təyin edib

12-03-2021

Vüsal Qasımlı Azərbaycan portalını Silikon vadisində təqdim edib

28-09-2018

EnterpriseAzerbaijan.com portalı beynəlxalq görüşdə təmsil olunub

01-07-2022

İqtisadi islahatlarda İT-nin rolu müzakirə edilib

16-06-2017

Prezident sərəncam imzalayıb

20-09-2018

İİTKM və Britaniya Şurası əməkdaşlığa başlayıb

05-03-2022

MTRŞ-ə yeni sədr təyin olunub

06-04-2020

Enterpriseazerbaijan.com portalının təqdimetmə mərasimi keçirilib

02-10-2018

Bu qurumlar startaplara dəstək layihəsi icra edirlər

05-12-2022

EnterpriseAzerbaijan.com portalında İslam İnkişaf Bankı ilə görüş keçirilib

17-07-2021

www.enterpriseazerbaijan.com portalı Rumıniyada təqdim olundu

11-12-2018

EnterpriseAzerbaijan.com portalı və Techstars şirkəti əməkdaşlığa başlayır

21-06-2021

Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib

07-02-2025

Milli Aviasiya Akademiyasında “StartUp School” layihəsi təqdim olunub

06-03-2023

İnformasiya Texnologiyaları İnstitutunun təhsil şöbəsinin fəaliyyət planı müzakirə olunub

23-01-2019

Azexport.az 469,9 milyon ABŞ dolları dəyərində ixrac sifarişi alıb

16-01-2023

“Startup school” da ideya yarışı keçiriləcək

05-04-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə