“Edtech” startaplarına olan tələbat durmadan artır

18-09-2020 / 15:43

“Edtech” startaplarına olan tələbat durmadan artmaqdadır. COVID-19 pandemiyası ilə bağlı təhsil müəssisələrinin distant təhsilə keçdiyi bir dövrdə qrup halında kommunikasiya yaratmaq üçün tətbiq olunan proqramlarla yanaşı, distant təhsil imkanları verən startaplara olan tələbat da artmaqdadır.

Xeberler.az İnnovasiyalar Agentliyinin təqdim etdiyi “Crunchbase”in statistikasına əsasən xəbər bildirir ki, cari ilin yanvar-iyul aylarında “edtech” şirkətlərinin qlobal vençur maliyyələşdirilməsi 4,1 milyard dollara çatıb. Keçən illə müqayisədə bu göstərici 1,5 milyard dollar çoxdur və son 5 ildə ən yüksək artımdır. Məlumata görə, ABŞ-da "edtech" sahəsində ən çox maliyyələşən startaplar bunlardır: “Coursera”, “Lynda”, “Everfi”, “MasterClass”, “HotChalk”, “Guild Education”, “Udemy”.

Proqnozlara görə, "edtech" startaplarına olan tələbat yaxın illərdə daha da artacaq. Tələbatın artması isə bu sahəni əhatə edən startapların inkişafı üçün əlverişli zəmin yaradır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə