Previous Next
Bağla

Dünya İT bazarında azalma qeydə alınacaq

08-04-2016 11:20
Dünya İT bazarında azalma qeydə alınacaq

Gartner analitik şirkətinin mütəxəssisləri valyuta məzənnəsinin əlverişsiz dəyişikliyi səbəbindən qlobal informasiya texnologiyaları bazarının həcmi üzrə proqnozu aşağı salıblar.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, ekspertlərin proqnozuna görə, 2016-cı ildə qlobal miqyasda İT xərclərin həcmi 3.49 trilyon dollar təşkil edəcək ki, bu da ötən illə müqayisədə 0.5% azdır.

"Gizli iqtisadi qeyri-müəyyənlik şirkətlərin İT xərclərə qənaət etməsinə səbəb olub – “Gartner”in tədqiqatlar üzrə vitse-prezidenti Con Devid Lavlok deyib.

Bununla belə rəqəmli biznesin inkişafı naminə İT sahəsinə investisiya qoyuluşuna zərurət daha da aktuallaşıb. Rəhbərlər bilirlər ki, rəqəmli biznesi inkişaf etdirmək lazımdır, əks halda rəqəmli dünyadan kənar düşəcəklər.

Gartner-in proqnozuna görə, telekommunikasiya xidmətləri əvvəlki kimi İT sahəsinin ən böyük seqmenti olaraq qalır.

Qiymətləndirmələrə görə, cari ildə bu sahədə təxminən 1.44 trilyon dollar xərclənəcək ki, bu da ötən illə müqayisədə 2% azdır.

Kompüter texnikası bazarında 3.7% həcmində azalma gözlənilir. Analitiklərin proqnozuna əsasən, cari ildə fərdi kompüter, noutbuk, mobil telefon, planşet və printerlərin satış həcmi 626 milyard dollar təşkil edəcək.

Xatırladaq ki, 2015-ci ildə bu göstərici 650 milyard dollar olub.

2016-cı ildə məlumat mərkəzləri üçün avadanlığa yatırılan investisiyanın həcmi 2,1% artaraq 175 milyard dollara yaxınlaşacaq.

2015-ci ildə şəbəkə infrastrukturlarının yenilənməsi fonunda korporativ şəbəkə avadanlığına tələbat gözləniləndən çox olub və cari ildə bu tendensiya saxlanılacaq.

Analitiklərin proqnozuna görə, 2016-cı ildə korporativ proqram təminatının satın alınması üçün xərclərin həcmi 4,2% artaraq 321 milyard dollar təşkil edəcək.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

2017-ci ildə qlobal İT bazarında artım qeydə alınacaq

20-10-2016

Dünya İT bazarında durğunluq gözlənilir

10-07-2019

2019-cu ildə qlobal İT xərcləri 3,8 trilyon dolları ötəcək

19-10-2018

Robot və dron satınalmasına 103 milyard xərclənəcək

25-01-2018

Qlobal İT bazarının həcmi 12,5 faiz artacaq

30-08-2016

Smartfonların satış həcmi 7 faiz artacaq

13-04-2016

Facebook reklam bazarında üstünlüyü ələ alıb

03-04-2015

Gartner: “Bu il dünya İT bazarının həcmi 1,4 faiz artacaq”

19-04-2017

İnformasiya təhlükəsizliyi bazarında 45 faizlik artım gözlənilir

05-10-2018

2015-ci ildə dünyada mikrosxemlərin satışı azalacaq

12-10-2015

Qlobal fərdi kompüter bazarında artım olacaq

18-10-2017

“2015-ci ildə dünya İT bazarının həcmi 5,5 faiz azalacaq”

01-07-2015

“Əşyaların İnterneti” bazarının həcmi 1,7 trilyon dollara çatacaq

03-06-2015

“Əşyaların interneti” bazarının illik həcmi açıqlanıb

06-06-2015

Qlobal planşet bazarında rekord azalma qeydə alınacaq

01-09-2016

Dünyada İT xərclərin həcmi nə qədərdir?

02-03-2017

Mobil İnternet bazarının həcmi 3 dəfə artacaq

26-05-2015

“Windows 10 fərdi kompüterlərin satışını artırmağa kömək etməyəcək”

09-07-2015

2022-ci ildə mobil texnologiyalar üzrə qlobal xərclər 1,8 trilyon dollara yaxınlaşacaq

07-09-2018

Qlobal informasiya təhlükəsizliyi xərcləri yüksəlib

10-08-2016

Kompüter elektronikasının tədarükü artacaq

08-07-2015

Dünyada əməkçi miqrantların pulköçürmələrinin artımı zəifləyəcək

15-04-2015

Qlobal internet trafikinin həcmi 1 zettabayta yaxınlaşıb

12-02-2016

Bu il kompüterlər 10 faiz bahalaşacaq

30-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə