Previous Next
Bağla

Ekspert: 3D-nin formatı önəmlidir yoxsa Dadaşlinskinin suallarının mahiyyəti ?

03-10-2019 20:06
Ekspert: 3D-nin formatı önəmlidir yoxsa Dadaşlinskinin suallarının mahiyyəti ?

"İTV-nin 3D verilişinin formatı önəmlidir yoxsa Dadaşlinskinin suallarının mahiyyəti? Bəzi millət vəkilləri, tanınmışlar İTV-nin 3D layihəsinə çıxmaqdan imtina ediblər. Düşünürəm ki bu, doğru bir yanaşma deyil".

Xeberler.az bildirir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz bildirib. 

O.Gündüz qeyd edib ki, İTV dövlət büdcəsindən maliyyələşən bir media qurumudur, bu qurumun fəaliyyəti üçün vəsaitin ayrılamasına da elə depuatatlar səs veriblər:

"Sadəcə, elə bu baxımdan onların bu addımı məntiqli görsənmir. Eyni zamanda deputatlar, dövlət məmurları , ictimai yük daşıyan şəxslər də onlara ünvanlanan sualları açıqlamağa borcludurlar. Sualın hansı formatda verilməsi deyil, mahiyyətcə necə olması daha önəmlidir .

Əgər sualda qanunvericiliklə müəyyən olunan qadağalar, etikadan kənar ifadələr, təhqir və böhtan yoxsa onda , fikrimcə, bu cür ictimai yük daşıyan şəxslərin imtinası doğru bir yanaşma deyil.

İTV, dövlət büdcəsindən maliyyələşən media qurumu Azərbaycan reallıqlarını nəzərə alaraq animasiya formatında, anonim formatda suallar ünvanlayırsa, düşünürəm ki, adı çəkilən ictimai şəxslər daha çox 3D-nin formatına yox, sualın mahiyyətinə diqqət etməlidir.

Fikrimcə, hansısa mənasız və şablon suallar verən canlı aparıcıdansa elə 3D, Dadaşlinski indiki məqamda daha uğurlu hesab oluna bilər. Cəmiyyət üçün bu sualların hansı formatda verilməsi deyil, daha çox hansı mahiyyətdə sualların verilməsi ictimai əhəmiyyət kəsb edir. Cəmiyyət bu sualların 3D yaxud Dadaşlinski tərəfindən deyil, elə publik qurum olan İTV tərəfindən verildiyinin fərqindədir. 

Odur ki , düşünürəm ki, deputatlarımızın İTV-nin fəaliyyətinin daha da canlandırılmasına, plüralizmin inkişafına, aktual mövzular ətrafında maraqlı tərəflərin iştirakı ilə canlı diskussiyaların təşkilinə yönəlik təkliflər verməsi daha doğru yanaşma olardı.

Ümid edirəm ki, hörmətli deputatlarımız və məmurlarımız bunu nəzərə alacaqlar".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AzTV və İTV birləşir? – Ekspert rəyi

AzTV və İTV birləşir? – Ekspert rəyi

24-01-2019
ITV ictimai fikrə təsir imkanlarını artıra biləcəkmi ?

ITV ictimai fikrə təsir imkanlarını artıra biləcəkmi ?

01-06-2018
Ekspert: İTV haqqında qanunvericiliyin tələbləri pozulmaqda davam edir

Ekspert: İTV haqqında qanunvericiliyin tələbləri pozulmaqda davam edir

13-02-2019
Ekspert: İTVTECH-də yayımlanan mövzular  ictimai əhəmiyyət kəsb etmir

Ekspert: İTVTECH-də yayımlanan mövzular ictimai əhəmiyyət kəsb etmir

03-10-2019
İTV-nin yeni baş direktoru seçildi

İTV-nin yeni baş direktoru seçildi

01-06-2018
Sabah İTV-nin yeni baş direktoru bəlli olacaq!

Sabah İTV-nin yeni baş direktoru bəlli olacaq!

15-04-2009
İTV-nin yeni baş direktoru bəlli oldu

İTV-nin yeni baş direktoru bəlli oldu

16-04-2009
İmtahan suallarının yayılmasında qanun pozuntusu yoxdur

İmtahan suallarının yayılmasında qanun pozuntusu yoxdur

13-04-2019
Ekspert:İTV-nin və Avroviziya təşkilatçılarının açıqlamalarından hansı qənaətə gəlmək olar?

Ekspert:İTV-nin və Avroviziya təşkilatçılarının açıqlamalarından hansı qənaətə gəlmək olar?

17-05-2022
ITV cəzalandırıla bilər

ITV cəzalandırıla bilər

18-09-2009
İTV ilə “Türkməneli” kanalı arasında niyyət protokolu imzalanıb

İTV ilə “Türkməneli” kanalı arasında niyyət protokolu imzalanıb

06-06-2009
Avtomobillərin dövlət qeydiyyatına alınması prosesi niyə elektronlaşmır?

Avtomobillərin dövlət qeydiyyatına alınması prosesi niyə elektronlaşmır?

16-04-2019
 İTV-yə  yeni baş direktor təyin edilib

İTV-yə yeni baş direktor təyin edilib

11-05-2018
İTV-nin dövlət büdcəsindən maliyyələşməsi müddəti 2014-cü ilə kimi uzadılıb

İTV-nin dövlət büdcəsindən maliyyələşməsi müddəti 2014-cü ilə kimi uzadılıb

30-09-2009
Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

02-06-2020
“AzTV-yə ayrılan vəsait İTV-yə verilsin”

“AzTV-yə ayrılan vəsait İTV-yə verilsin”

11-11-2009
Ekspert : ASAN İmza-dan imtina olunmalıdır

Ekspert : ASAN İmza-dan imtina olunmalıdır

18-02-2019
DİN dərsləri yoxsa innovasiya və informatika?

DİN dərsləri yoxsa innovasiya və informatika?

01-05-2019
Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

10-08-2022
Osman Gündüz : BakuTel-in hər il keçirilməsi effekt vermir

Osman Gündüz : BakuTel-in hər il keçirilməsi effekt vermir

07-12-2018
İTV-nin baş direktoru vəzifəsini tutmaq üçün elan olunan müsabiqəyə 3 namizəd qatılıb

İTV-nin baş direktoru vəzifəsini tutmaq üçün elan olunan müsabiqəyə 3 namizəd qatılıb

02-04-2009
İTV-nin yeni baş direktoru kim olacaq?

İTV-nin yeni baş direktoru kim olacaq?

13-04-2009
MSK İTV-dəki ÇIXIŞLARA MÜNASİBƏT BİLDİRDİ

MSK İTV-dəki ÇIXIŞLARA MÜNASİBƏT BİLDİRDİ

23-10-2010
İşıq pulu ilə bağlı baş verən billing problemi təkrarlana bilərmi ?

İşıq pulu ilə bağlı baş verən billing problemi təkrarlana bilərmi ?

09-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə