Previous Next
Bağla

Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

02-06-2020 17:32
Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

Ötən gün bir qrup tələbə Təhsil Nazirliyi qarşısında aksiya keçirib.

Xeberler.az bildirir ki, onlar offlayn-ənənəvi formada dərs keçirilməyən ikinci semestr üçün ödənişin və imtahanların ləğv olunmasını tələb ediblər. Təhsil Nazirliyi etirazçıların bir neçəsini qəbul edib və onların istəklərini dinləyib.

Polis bundan sonra etirazçıların bir neçəsini saxlayıb, cərimələr tətbiq edilib və bir nəfər 15 sutka inzibati qaydada həbs edilib.

Məsələ ilə bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib:

"Düşünürəm ki, indiki məqamda polisin bu formada sərt yanaşmasına elə də lüzum yox idi. Xüsusən də etirazçıların bir dövlət qurumu tərəfindən qəbul ediləndən sonra digər bir dövlət qurumu tərəfindən bu formada davranışın sərgilənməsi bir qədər anlaşılan deyil.

Tələbələr haqlıdırlarmı?

Bu semestr tələbələr, hibrid formada, yəni əyani-distant, onlayn formada təhsil alıb. Hansı ki, tələbə-Universitet müqaviləsində bu forma əyani olaraq nəzərdə tutulub.
Bu formada təhsilin hüquqi əsasları qabaqcadan mövcud olmayıb. Buna baxmayaraq bəzi universitetlərdə bu formada tədris, yetərincə hazırlıq olduğundan çox uğurlu, yüksək səviyyədə alınıb, bəzilərində isə, gizli deyil ki formal xarakter daşıyıb. Formallıq da Universitetin bu situasiyaya hazırlıqsız olması və ya tələbənin evində yetərli texnoloji-tədris şəraitinin olmaması ilə bağlı olub.

Yaranmış bu situasiya üçün tələbələr günahkar olmayıb. Bu baxımdan hüquqi çərçivədə tələbələr haqlı görünür. Amma bir daha vurğulayiram ki, bir sıra universitetlər və müəllimlər çətinliklə olsa da tələbələrə onlayn mühitdə bilik , istiqamət verməyə çalışıb.

Məhz bu cür şərait yarandığından hökumət həssas qrupa daxil olan bu tip tələbələrin təhsil haqqını ödəmək üçün 40 milyon vəsait ayırıb.

Bəs digər tələbələr necə olmalıdır?

Düşünürəm ki, bu tələblərin təhsil haqları, ən azı bu vəsaitin bir hissəsi , hansısa formada Universitetlər tərəfindən həll oluna bilər. Bildiyim qədər Təhil Nazirliyi, Universitetlər tələbələrə bir xeyli ciddi güzəştlər ediblər. Təhsil haqqı ilə bağlı da bu cür addımın atılması məntiqli olardı.

Fikrimcə, pandemiya dövründə əyani-distant və distant təhsil forması ilə bağlı hökumətin yetərli huquqi mühiti olmadığından bu problemin həlli istiqamətində hökumət tərəfindən universitetlərə və tələbələrə dəstək üçün əlavə addımların atılması da doğru olardı.

İmtahanların tam ləğvi tələbi isə, fikrimcə doğru yanaşma deyil. Bu, ümumiyyətlə həm Universitetin nüfuz məsələsi olmaqla bərabər, həm də imtahan ənənəsini də pozmaq doğru olmazdı. Sadəcə bu imtahanlarda daha yumşaq yanaşma sərgiləmək doğru olardı".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

21-02-2020

Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

04-10-2019

Azərbaycan Türkiyədə distant təhsil alanların diplomlarını tanıyacaqmı?

17-02-2023

Ekspert: Xarici universiteti distant formada bitirənlərin diplomunun tanınması nə üçün müşkülə çevrilib?

02-01-2021

Hibrid təhsil formasına nə dərəcədə hazırıq ? Ekspert yanaşması

06-08-2020

İnternet bağlantısı olmayan ərazilərdə distant təhsil necə təşkil olunacaq?

29-08-2020

Növbəti tədris ilində təhsil formaları necə olacaq?

27-07-2020

Distant təhsil formasının tətbiqində ləngiyirik

18-07-2013

Osman Gündüz: Ali təhsil planlamasında ciddi ziddiyyətlər var

27-05-2025

Ekspert: Xarici distant diplomun tanınmaması üçün heç bir hüquqi əsas yoxdur

18-01-2021

Distant təhsil forması təsdiqlənib, əsasnaməsi isə hələki yoxdur

11-09-2020

UNEC rəhbərliyi belə müqavimətin olacağını proqnozlaşdırırdı – Osman Gündüz

06-05-2021

Distant formada təhsil alanların sənədləri tanınacaqmı ?

13-08-2013

Ekspert:Bir Nazirlik nə qədər kütləvi imtahan təşkil edə bilər?

30-08-2022

"Qızılcadan qorunmaq üçün distant təhsilə keçid doğru qərar olardı"

06-12-2023

Universitetlər rəqabətli mühit üçün hansı addımları atacaq: məhkəmə yoxsa muxtariyyət ?

23-01-2021

UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

04-05-2020

Koronavirusun yaratdığı vəziyyətlə bağlı hökumət və vətəndaş münasibətləri yenidən qurulmalıdır

14-03-2020

“Hökumət distant təhsilin təşkilini Nazirliyin üzərinə atıb”

18-09-2020

"O yerlərdə distant təhsildən, ümumiyyətlə, imtina olunmalıdır" - Osman Gündüz

07-09-2020

Ali təhsil müəssisələrinin səlahiyyətləri artırılacaqmı?

16-03-2020

Cari ilin tələbə qəbul proqramında "distant təhsil forması" üzrə qəbul nəzərdə tutula bilərmi?

17-01-2022

Azərbaycanda ilk dəfə olaraq UNEC-də distant tədrisə başlanılıb

17-02-2020

Koronavirus və rəqəmsallaşma: problemlər və yeni çağırışlar

07-04-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə