Previous Next
Bağla

Ekspert: İTVTECH-də yayımlanan mövzular ictimai əhəmiyyət kəsb etmir

03-10-2019 16:53
Ekspert: İTVTECH-də yayımlanan mövzular  ictimai əhəmiyyət kəsb etmir

Xeberler.az bildirir ki, İctimai Televiziya yayım siyasətini dəyişdirərək izləyicilərinə yeni formatda verilişlər təqdim edir. Belə verilişlərdən biri də texnoloji yeniliklərdən bəhs edən İTVTECH verilişidir.

Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz şəxsi facebook səhifəsində İTV-in fəaliyyətindən bəhs edərək, İTVTECH verilişi haqqında fikirlərini bildirib:

"Son zamanlar İTV-də müəyyən irəliləyişlər hiss olunur. Bəzi proqramlarda mövzuların seçimində, müstəqil ekspertlərin dəvət olunmasında, plüralizm məsələlərində az da olsa canlanma müşahidə olunur. Bəzi tənqidi fikirləri çatdırmaq üçün tətbiq olunan texnologiyalar da anlaşılandır.

Bununla belə İTV-nin götürdüyü xətdə, hələlik ictimailik-plüralizm hədsiz azdır, daha çox kommersiya Televiziya xətti üstünlük təşkil edir. Müsbət dəyişiklikləri isə hələlik yalnız bir- iki proqram haqqında demək olar.

Elə proqramlar var ki, sanki ölkənin gündəmində baş verənlər, ictimai ab-hava, özəl sektorda baş verənlər bu proqramlara aid deyil. Xüsusilə də İTVTECH və Diqqət Mərkəzinin gündəlik verilişləri haqqında bunu söyləmək olar. Sosial media resursundan görmək olar ki, dünən İTVTECH-də elə mövzular müzakirə predmeti olub ki bunun, adında ictimai sözü olan televiziyaya hər hansı bir aidiyyatı yoxdur.

70 nəfərlik AZCLOUD Hackathon-un keçirilməsi üçün 70 min nəfərlik stadion icarəyə götürən bir tədbirin, internetdə yetərincə işıqlandırılan və hər hansı ictimai əhəmiyyət kəsb etməyən mövzuların İTVTECH-də yayımlanmasında məqsəd nədir anlaşılmır.

Halbuki, bu sektorda heç kimə sirr deyil ki, hazırda ictimai əhəmiyyət kəsb edən məsələ özəl provayderlərlə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında olan kəskin ziddiyyətlərlə bağlıdır, internet bazarında sərbəst və azad rəqbətlə bağlıdır.

Ümumiyyətlə mən heç bir zaman bu proqramın ictimai, aktual olan problemləri gündəmə gətirdiyini müşahidə etməmişəm. Anlamıram ki, İTV rəhbərliyi bu tip proqramların setkası, mövzuları, formatı müəyyən olunanda hansı prinsipləri rəhbər tutub. Bu tip verilişlər üçün prinsiplər isə ictimai teleradio yayımı haqqında qanunvericilikdə aydın şəkildə qeyd edilib.

Ümid edirəm ki, İTV rəhbərliyi dəyişiklikləri İTV-nin bütün fəaliyyət sahəsinə tətbiq edəcək".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: İTV haqqında qanunvericiliyin tələbləri pozulmaqda davam edir

13-02-2019

ITV ictimai fikrə təsir imkanlarını artıra biləcəkmi ?

01-06-2018

Ekspert: 3D-nin formatı önəmlidir yoxsa Dadaşlinskinin suallarının mahiyyəti ?

03-10-2019

İTV-nin yeni baş direktoru seçildi

01-06-2018

Sabah İTV-nin yeni baş direktoru bəlli olacaq!

15-04-2009

İTV-nin yeni baş direktoru bəlli oldu

16-04-2009

AzTV və İTV birləşir? – Ekspert rəyi

24-01-2019

İTV-nin dövlət büdcəsindən maliyyələşməsi müddəti 2014-cü ilə kimi uzadılıb

30-09-2009

İTV ilə “Türkməneli” kanalı arasında niyyət protokolu imzalanıb

06-06-2009

İTV-nin yeni baş direktoru kim olacaq?

13-04-2009

ITV cəzalandırıla bilər

18-09-2009

İTV-yə yeni baş direktor təyin edilib

11-05-2018

İTV Azərbaycanda Olimpiya Oyunlarının eksklüziv yayım hüququna sahib çıxıb

10-09-2009

Milli Məclis İTV Yayım Şurası üzvlərini təsdiqlədi

14-04-2009

İTV-nin baş direktoru vəzifəsini tutmaq üçün elan olunan müsabiqəyə 3 namizəd qatılıb

02-04-2009

Ekspert:İTV-nin və Avroviziya təşkilatçılarının açıqlamalarından hansı qənaətə gəlmək olar?

17-05-2022

İsmayıl Ömərov kommunikasiya məsələləri üzrə beynəlxalq tədbirdə iştirak edir

10-07-2009

İTV-nin Yayım Şurasına yeni sədr seçilib

18-04-2017

İTV Yayım Şurasında səlahiyyət müddəti bitmiş üzvlərin seçimi keçirilir

05-03-2009

İTV Yayım Şurasının iclası keçirilib

15-02-2019

Ekspert: Nazirin Azercell-dəki görüşündə nələrdən danışılıb?

24-08-2022

Ekspert: Nə üçün “Media haqqında” qanun layihəsi gizli saxlanılır?

05-07-2021

İTV-nin 3 departamenti birləşdirildi

07-10-2009

DİN-nin hansı xidmətləri elektron formaya keçirilib ?

28-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə