Previous Next
Bağla

Ekspert: ADY dəmiryolu ilə sərnişindaşımadakı qiymətləri endirəcək?

05-08-2025 13:08
Ekspert: ADY dəmiryolu ilə sərnişindaşımadakı qiymətləri endirəcək?
Ötən həftə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın Azərbaycan Dəmir Yolları QSC (ADY) rəhbərliyi ilə görüşü keçirilib.
 
Xeberler.az bildirir ki, görüşdə əsasən aşağıdakı məsələlər müzakirə mövzusu olub:
 
- ADY-də son illərdə aparılan islahatlar, modernləşmə və gözləntilər
- ADY-də rəqəmsal transformasiya
- Dəmiryolu ilə sərnişindaşımada qiymətlər və xidmət səviyyəsi
- ADY-nin təhlükəsizlik siyasəti və s.
 
Məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.
 
Ekspertin sözlərinə görə, onun qaldırdığı məsələlər əsasən Dəmiryolu ilə sərnişindaşımada qiymətlər və xidmət səviyyəsi, ADY-nin təbii inhisar subyekti olması baxımından hesabatlılığı və gözləntilər, rəqəmsal transformasiya və s. olub:
 
"ADY son bir neçə ildə əsasən yükdaşımada, eyni zamanda sərnişindaşımada, xüsusilə də infrastrukturun modernləşməsi və transformasiyada xeyli işlər görüb.
 
Güman ki, bu baxımdan görüşdə, gözlənildiyi kimi də ən çox müzakirə olunan və qarşılıqlı arqumentlərin səsləndirildiyi mövzu dəmiryolu ilə sərnişindaşımadakı qiymətlər mövzusu oldu.
 
Son zamanlar bu mövzu ictimai əhəmiyyət kəsb edir və cəmiyyətdə ciddi müzakirə predmetidir.
 
Xatırladıram ki, hazırda ölkədaxili istiqamətlərdə standart (plaskart), standart+(kupe), biznes (SV) və Birinci klass üzrə sərnişindaşıma qiymətləri əvvəlki qiymətlərə nisbətən 3-4 dəfə bahalaşıb.
 
Qeyd etdiyim kimi bu məsələ ətrafında xeyli müzakirə getdi. Xüsusən də Bakı-Balakən qatarında doluluq səviyyəsinin aşağı olmasının məhz qiymətlərin yüksək olması ilə bağlı olduğu diqqətə çatdırıldı".
 
Osman Gündüz bildirib ki, onun fikrincə ADY bu istiqamətdə cəmiyyətdə gedən müzakirələrdən xəbərdardır. Və hələlik qiymətləri də endirmək istəmir:
 
"Məsələn, yerli vətəndaşlar üçün məcburi verilən yemək setinin ləğv edilməsi yolu ilə qiymətlərin endirilməsi təklifi də ADY rəhbərliyini heç cürə qane etmədi. ADY bilet alarkən yemək seçimini yerli vətəndaşların ixtiyarına buraxmaq istəmir.
 
Yerli vətəndaşlar da baxmayaraq ki, məcburi verilən yemək setinə də ödəniş ediblər, ondansa evdə daha keyfiyyətli səhər yeməyinə üstünlük verirlər.
 
İstənilən halda, düşünürəm ki, standart (plaskart), standart+(kupe), biznes (SV) üçün qiymətlər çox yüksəkdir və ümid edirəm ki ADY bunlara yenidən nəzər salacaq".
 
Ekspertin sözlərinə görə, görüşdə o da məlum oldu ki, ADY rəsmiləri artıq dəmiryolu ilə sərnişindaşımanı ictimai nəqliyyat növü olaraq qəbul etmirlər. Onlar bunun qanunvericilikdə nəzərdə tutulduğunu qeyd edirlər. Fikrimcə bu məsələnin ayrıca müzakirəsinə ehtiyac var:
 
"Əlbəttə, elə məsələlər oldu ki, bu görüşdə həllini tapmadı və hərə öz fikrində qaldı.
ADY-nin son bir neçə ildə atdığı addımlar, zaman-zaman bu tip görüşlər keçirməsi, hesabatlar təqdim etməsi, ictimai əhəmiyyət kəsb edən məsələlər ətrafında müzakirədən yayınmaması yetərincə təqdirəlayiqdir".
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: Bahalı qatar, seçimsiz xidmət – bu, ictimai nəqliyyat deyil

Ekspert: Bahalı qatar, seçimsiz xidmət – bu, ictimai nəqliyyat deyil

20-06-2025
ADY mobil tədbiqini yükləyənlərin sayı 400 mini ötüb

ADY mobil tədbiqini yükləyənlərin sayı 400 mini ötüb

03-04-2026
ADY: Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür

ADY: Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür

24-02-2026
ADY-nin rəqəmsallaşdırılması istiqamətində irəliləyişə nail olunub

ADY-nin rəqəmsallaşdırılması istiqamətində irəliləyişə nail olunub

03-06-2025
“ADY Mobile” tətbiqinin yüklənmə sayı 180 minə çatıb

“ADY Mobile” tətbiqinin yüklənmə sayı 180 minə çatıb

22-01-2025
Sosial mediada ADY adından saxta səhifələr açılır

Sosial mediada ADY adından saxta səhifələr açılır

02-11-2024
Qatarlarda ödənişsiz “Wi-Fi” xidmətinin tətbiqinə başlanılır

Qatarlarda ödənişsiz “Wi-Fi” xidmətinin tətbiqinə başlanılır

29-10-2024
“ADY hansısa bir istiqamətdən qatarı çıxarıb, digərinə calayır”

“ADY hansısa bir istiqamətdən qatarı çıxarıb, digərinə calayır”

07-03-2023
Ekspert: Rəqəmsal transformasiya layihəsində nəzərdə tutulanlar reallaşsa ADY tam fərqli, modern quruma çevriləcək

Ekspert: Rəqəmsal transformasiya layihəsində nəzərdə tutulanlar reallaşsa ADY tam fərqli, modern quruma çevriləcək

02-10-2024
Ekspert: ADY Bakı-Balakən-Bakı reysini tam rəqəmsallaşdırıb

Ekspert: ADY Bakı-Balakən-Bakı reysini tam rəqəmsallaşdırıb

06-01-2025
"Azərbaycan Dəmir Yolları" mobil tətbiqini istifadəyə verib

"Azərbaycan Dəmir Yolları" mobil tətbiqini istifadəyə verib

20-10-2023
ADY ilk dəfə elektron imza ilə rəsmiləşdirilmiş qaimə əsasında yük göndərib

ADY ilk dəfə elektron imza ilə rəsmiləşdirilmiş qaimə əsasında yük göndərib

07-01-2025
Dəmiryolu stansiyalarında pulsuz “Wi Fi” zonaları yaradılacaq

Dəmiryolu stansiyalarında pulsuz “Wi Fi” zonaları yaradılacaq

31-05-2024
ADY sədrinə yeni müavin təyin edilib

ADY sədrinə yeni müavin təyin edilib

15-11-2024
ADY: Rəqəmsallaşma sərnişin təcrübəsini dəyişdirir

ADY: Rəqəmsallaşma sərnişin təcrübəsini dəyişdirir

05-12-2025
Ayrı-ayrı dəmir yolu marşrutları xarici şirkətlərə icarəyə verilsin - Təklif

Ayrı-ayrı dəmir yolu marşrutları xarici şirkətlərə icarəyə verilsin - Təklif

04-04-2024
ADY ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi sertifikatını əldə edib

ADY ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi sertifikatını əldə edib

14-12-2024
“Azərbaycan Dəmir Yolları”nın vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” şəbəkəsi qurulur

“Azərbaycan Dəmir Yolları”nın vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” şəbəkəsi qurulur

23-09-2024
“Stadler” Azərbaycanda Regional Servis Mərkəzinin yaradılmasına investisiya yatıracaq

“Stadler” Azərbaycanda Regional Servis Mərkəzinin yaradılmasına investisiya yatıracaq

24-10-2023
ADY "SİMA Pay" – üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlayıb

ADY "SİMA Pay" – üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlayıb

15-05-2026
"Sabit cərəyanın dəyişən cərəyana keçirilməsi" prosesi "iqtisadi layihələndirmə" ilə əvəzlənib

"Sabit cərəyanın dəyişən cərəyana keçirilməsi" prosesi "iqtisadi layihələndirmə" ilə əvəzlənib

08-08-2023
ADY İT akademiyası yaradacaq

ADY İT akademiyası yaradacaq

03-02-2025
ADY yenilənmiş korporativ veb-saytını təqdim edib

ADY yenilənmiş korporativ veb-saytını təqdim edib

06-11-2024
“ADY”nin fəaliyyəti rəqəmsal alətlər vasitəsilə yenidən formalaşdırılır

“ADY”nin fəaliyyəti rəqəmsal alətlər vasitəsilə yenidən formalaşdırılır

05-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə