Previous Next
Bağla

"Sabit cərəyanın dəyişən cərəyana keçirilməsi" prosesi "iqtisadi layihələndirmə" ilə əvəzlənib

08-08-2023 09:17
"Sabit cərəyanın dəyişən cərəyana keçirilməsi" prosesi "iqtisadi layihələndirmə" ilə əvəzlənib
Ötən həftə ADY-nin özünü tərifləməsi, vacib problemlərə diqqət yetirməməsi ilə bağlı yazmışdıq və media da bunu xeyli yaymışdı.
 
Baxıram ki, bu gün Azərbaycan Dəmir Yolları QSC-nin rəsmisi mövzu ilə bağlı APA Ekonomiks-ə açıqlama verib. Bunun özü təqdirəlayiq bir addımdır ki, qurum cəmiyyəti narahat edən problemə dərhal reaksiya verib, problemə aydınlıq gətirməyi vacib hesab edib.
 
Amma, qeyd olunan açıqlamada mövcud problemə, yəni, Bakı-Astara, Bakı-Balakən, Bakı -Böyük Kəsik , Bakı- Yalama qatarlarının nə zaman işə düşəcəyi məsələsinə aydınlıq gətirilməyib. Nə qədər qəribə səslənsə də , ADY rəsmisi bildirib ki, bu dəmiryol xətlərində əsaslı təmir-bərpa üzrə iqtisadi layihələndirmə işləri aparıla bilər.
 
Xatırlayıram ki, uzun illər ADY -nin köhnə rəhbərliyi bu problemin həlli ilə bağlı "sabit cərəyanın dəyişən cərəyana keçirilməsi" nağıllarını səsləndirirdilər.
ADY-nin yeni rəhbərliyindən gözləntilər çoxdur. Bir sıra faydalı addımları da diqqət cəlbedən olub.
 
Amma xeyli müddət keçməsinə baxmayaraq yeni rəhbərliyin ciddi bir problemin həllinə ağlabatan bir cavab verməməsi çox təəssüf doğurur. Bildirmək istərdim ki, problemin həlli ilə bağlı Prezidentin məlum fərmanı var. ADY rəhbərliyi çalışıb, vuruşub bu fərmanın icrasına nail olmalı, hökumətdən subsidiya almalı və atılmış vəziyyətdə olan yolların, stansiyaların təmirinə başlamalıydı.
 
Açıqlamalar bu istiqamətdə olmalıdır ki, hökumət Prezidentin fərmanının icrasına necə yanaşır, bu işə investisiya yatırılacaqmı, dəmir yollarının bərpası ilə bağlı aydın bir Yol Xəritəsi varmı  Düzü, çox təəccübləndim yeni rəhbərliyin açıqlamalarına. Demək rəhbərlikdə hələ də bu problemin ağlabatan bir həlli ilə bağlı planlar yoxmuş.
 
Ümid edirəm fərqindədirlər ki, qeyd olunan yazıda ADY rəsmisinin sadaladıqları görülən işlərin xeyli hissəsinin bünövrəsi yeni rəhbərlikdən öncə qoyulub .
Odur ki, düşünürəm ADY rəhbərliyi daxili sərnişindaşımanı pandemiyadan əvvəlki səviyyəyə qaldırmaq üçün, dağılmış vəziyyətdə olan həmin istiqamətlər üzrə infrastrukturun bərpası və yeni qatarların bu xətlər üzrə işə salınması üçün səylərini gücləndirməlidirlər.
 
Osman Gündüz,
Azərbaycan İnternet Forumunun prezidenti
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“ADY hansısa bir istiqamətdən qatarı çıxarıb, digərinə calayır”

07-03-2023

Ayrı-ayrı dəmir yolu marşrutları xarici şirkətlərə icarəyə verilsin - Təklif

04-04-2024

ADY mobil tədbiqini yükləyənlərin sayı 400 mini ötüb

03-04-2026

ADY: Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür

24-02-2026

ADY-nin rəqəmsallaşdırılması istiqamətində irəliləyişə nail olunub

03-06-2025

“ADY Mobile” tətbiqinin yüklənmə sayı 180 minə çatıb

22-01-2025

Sosial mediada ADY adından saxta səhifələr açılır

02-11-2024

Qatarlarda ödənişsiz “Wi-Fi” xidmətinin tətbiqinə başlanılır

29-10-2024

"Azərbaycan Dəmir Yolları" mobil tətbiqini istifadəyə verib

20-10-2023

Ekspert: ADY dəmiryolu ilə sərnişindaşımadakı qiymətləri endirəcək?

05-08-2025

ADY ilk dəfə elektron imza ilə rəsmiləşdirilmiş qaimə əsasında yük göndərib

07-01-2025

ADY sədrinə yeni müavin təyin edilib

15-11-2024

Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı qatarlarında pulsuz “Wi-Fi” aktivdir

13-11-2024

“Stadler” Azərbaycanda Regional Servis Mərkəzinin yaradılmasına investisiya yatıracaq

24-10-2023

ADY: Rəqəmsallaşma sərnişin təcrübəsini dəyişdirir

05-12-2025

Dəmiryolu stansiyalarında pulsuz “Wi Fi” zonaları yaradılacaq

31-05-2024

"ADY" süni intellektin tətbiqinə hazırlaşır

03-06-2025

Daha bir qurum İT resurslarını “Hökumət buludu”na köçürür

10-11-2022

Ekspert qatarlarda qiymətin bahalaşması ilə bağlı açıqlama verdi

26-07-2018

Ekspert: Rəqəmsal transformasiya layihəsində nəzərdə tutulanlar reallaşsa ADY tam fərqli, modern quruma çevriləcək

02-10-2024

“Azərbaycan Dəmir Yolları” QSC-də işə qəbul prosesləri optimallaşdırılır

04-05-2023

Ekspert: Bahalı qatar, seçimsiz xidmət – bu, ictimai nəqliyyat deyil

20-06-2025

ADY ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi sertifikatını əldə edib

14-12-2024

ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

05-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə