Previous Next
Bağla

Ekspert: Bahalı qatar, seçimsiz xidmət – bu, ictimai nəqliyyat deyil

20-06-2025 15:55
Ekspert: Bahalı qatar, seçimsiz xidmət – bu, ictimai nəqliyyat deyil
Bahalı qatar, məcburi yemək, komfort zona, seçimsiz xidmət – bu, ictimai nəqliyyatdırmı?
"ADY qatarla sərnişindaşımada qiymətlərin yüksək olmasına aydınlıq gətirib. Belə anladım ki, ötən gün bizim tərəfimizdən “qatar bileti 150 manatdır” mövzusunda açıqlamamıza aydınlıq gətirmək istəyib".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, qurumun mövcud vəziyyəti izah edən açıqlaması çox faydalıdır və təqdirəlayiqdir:
 
"Sadəcə, bunu öncədən etmək, yalnız nəzəri cəhətdən mövcud olan ən ucuz qiyməti deyil, bütün qiymətləri açıqlayıb, normal kommunikasiya qurulsaydı, bəlkə də bu tip açıqlamalara ehtiyac qalmazdı.
 
ADY açıqlamasında qiymətlərin yüksək olmasını “dinamik”, “komfort”, “VIP zal”, "dünya təcrübəsi", “endirim” müddəaları ilə izah etməyə çalışıb. Qurum yüksək qiymətlərə aydınlıq gətirən açıqlamasında Avropa, Rusiya, Belarus təcrübəsinə istinad edib.
 
Dərhal xatırlatmaq istərdim ki, həmin ölkələrin təcrübəsində qatara biletin qiymətini artırmaq üçün zorla yemək paketi təqdim etmək deyə absurd bir şey nəzərdə tutulmur.
 
Yerli vətəndaşlar üçün bunun zorla, seçim olmadan verilməsini yalnız qiymət artımına şərait yaratmaq kimi dəyərləndirmək olardı.
 
Turistlər üçün seçimsiz olaraq belə bir imkanı vermək bəlkə də ağlabatan olardı.
 
Eyni zamanda orta əmək haqlarının yüksək olduğu Avropa ilə müqayisənin mahiyyətini də anlaya bilmədim".
 
Osman Gündüz qeyd edib ki, qatarla sərnişindaşıma gündəlik istifadə olunan ictimai bir minik növüdür. Onu “komfort”, elit bir formaya salmaqla süni qiymət artımı yaratmaq doğru bir hal deyil:
 
"Niyə qatarla sərnişindaşımaq kimi ictimai nəqliyyat vasitəsi bahalı turizm xidmətinə çevrilməlidir. Burada “30 gün əvvəl al ucuz olsun” demək ağlabatan bir məntiq deyil.
 
Xatırladıram ki, mövcud qiymətlər əvvəlkilərdən 2-3-4 dəfə yüksəkdir.
 
Əvvəllər Balakənə SV (biznes) 22.5 manat olub. İndi 88 manatdır. Əvvəllər kupe (Standart+) 13 manat olub, hazırda 33 manatdır, plaskart(Standart) 10 manat olub hazırda 20 manatdan çoxdur.
 
ADY fərqində olmalıdır ki, 150 manata gündəlik sərnişindaşımaya qiymət müəyyənləşməsi, SV-nin 4 dəfə bahalaşdırılması, gündəlik ehtiyac üçün qatardan istifadə edən insan üçün 30-40-50 manta adi kupeyə bilet təklif etmək heç bir halda normal deyil.
 
Yeri gəlmişkən, mən bir neçə dəfə monitorinq etdim, Bakı-Balakən qatarının doluluq səviyyəsi heç 50%-ə çatmadı. Bu , məhz qiymətlərin baha olması ilə birbaşa bağlıdır. Əgər ADY-də doluluqla bağlı ayrı rəqəmlər varsa, buyursun ağlabatan formada açıqlasın".
 
Ekspert bildirib ki, 5-6 il fəaliyyəti dayanan ölkədaxili qatarların fəaliyyətinin bərpa edilməsi istiqamətində ADY-nin səyləri nə qədər təqdirəlayiqdirsə, təklif olunan qiymətlər bir o qədər məqbul deyil:
 
"ADY-nin sosial funksiyasının bərpa edilməsi, məcburi xidmətlərin ləğv olunması, bilet qiymətlərinin də əlçatan edilməsi doğru olardı.
 
Anlayıram ki ADY əsas pulu yük daşımadan qazanır. Ondan qazandığı ilə insanları daşımağı qaydaya salmaq istəyir. Təbii ki bu sahə də rentabelli deyil.
 
Amma bu o demək deyil ki, rentabelli etmək üçün mütləq qiymətlər yüksək olmalıdr. Ümid edirəm, ADY, AZCON , hökumət dəmiryolu ilə sərnişindaşımada daha əlçatan qiymətlər üçün birgə səy göstərəcəklər".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: ADY dəmiryolu ilə sərnişindaşımadakı qiymətləri endirəcək?

05-08-2025

Ekspert: ADY Bakı-Balakən-Bakı reysini tam rəqəmsallaşdırıb

06-01-2025

ADY mobil tədbiqini yükləyənlərin sayı 400 mini ötüb

03-04-2026

“Azərbaycan Dəmir Yolları”nın vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” şəbəkəsi qurulur

23-09-2024

Ayrı-ayrı dəmir yolu marşrutları xarici şirkətlərə icarəyə verilsin - Təklif

04-04-2024

Ekspert Tarif Şurasının qiymət artımı ilə bağlı açıqlama verdi

31-07-2018

Qatarlarda ödənişsiz “Wi-Fi” xidmətinin tətbiqinə başlanılır

29-10-2024

ADY: Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür

24-02-2026

"Sabit cərəyanın dəyişən cərəyana keçirilməsi" prosesi "iqtisadi layihələndirmə" ilə əvəzlənib

08-08-2023

“ADY hansısa bir istiqamətdən qatarı çıxarıb, digərinə calayır”

07-03-2023

Ekspert qatarlarda qiymətin bahalaşması ilə bağlı açıqlama verdi

26-07-2018

ADY: Rəqəmsallaşma sərnişin təcrübəsini dəyişdirir

05-12-2025

ADY "SİMA Pay" – üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlayıb

15-05-2026

Sosial mediada ADY adından saxta səhifələr açılır

02-11-2024

Ekspert: Yüksək sürət üçün olan qiymətlər hətta bəzi özəl provayderlərdən də bahadır

11-08-2022

ADY ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi sertifikatını əldə edib

14-12-2024

ADY-nin rəqəmsallaşdırılması istiqamətində irəliləyişə nail olunub

03-06-2025

“ADY Mobile” tətbiqinin yüklənmə sayı 180 minə çatıb

22-01-2025

ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

05-06-2025

ADY sədrinə yeni müavin təyin edilib

15-11-2024

ADY ilk dəfə elektron imza ilə rəsmiləşdirilmiş qaimə əsasında yük göndərib

07-01-2025

“Stadler” Azərbaycanda Regional Servis Mərkəzinin yaradılmasına investisiya yatıracaq

24-10-2023

TikTok nə zaman açılacaq?

17-10-2023

"Azərbaycan Dəmir Yolları" mobil tətbiqini istifadəyə verib

20-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə