Ekspert: "Ağıllı şəhər","Ağıllı rayon" və " "Ağıllı ölkə" layihələrindən nə xəbər var?

31-08-2020 / 19:54
""Ağıllı şəhər" , "Ağıllı rayon" və " "Ağıllı ölkə" layihələrindən nə xəbər var ?
 
Xatırlayıram ki, cari ilin əvvəlində Prezident qlobal İT şirkətlərin rəhbərləri ilə videokonfrans keçirərkən Azərbaycanda "Ağıllı şəhər", " "Ağıllı ölkə" istiqamətində işlərə başlandığını bildirmişdi.
 
Dünyada bununla bağlı bir sıra ölkələrin xeyli uğurlu layihələri var. Hər bir ölkənin də bu sahədə yanasması spesifikdir.
 
Amma bununla belə bu tip ölkələrin hamısında "Ağıllı şəhər" quruculuğuna dair konseptual yanaşma olub. Qabaqcadan müəyyən olunub ki, ilk öncə bu məqsədlə hansı şəhər-rayonlar seçiləcək, bu regionların rəqəmsal transformasiyası necə olacaq, rəqəmsallaşma üçün hansı sahələr prioritet olacaq və s.
 
Vətəndaş, biznes və dövlət bundan nə qazanacaq?
 
Yeri gəlmişkən, fikrimcə Asan Xidmət Mərkəzlərinin olduğu rayon və şəhərlərdə "Ağıllı şəhər" layihəsinə başlamaq daha məqsədəuyğun olardı.
 
Təəssüf ki, Prezidentin açıqlamasından sonra bu istiqamətdə hansı işlərin görülməsi ilə bağlı nə NRYTN, nə də ASAN heç bir açıqlama verməyiblər.
 
Görüləcək işlər isə hədsiz çoxdur. Əslində "Ağıllı şəhər" üst qurumdur. Alt qurum isə dayanıqlı-keyfiyyətli internet-telekommunikasiya infrastrukturudur, rəqəmsal xidmətlərdir, datalardır. Burada isə ciddi problemlər var. Yerli icra qurumlarının heç bir xidməti elektronlaşmayıb. İnternet resursları bərbad gündədir.
 
Ümid edirəm NRYTN, ASAN və Prezident Adninistrasiyasının innovasiyaya cavabdeh bölməsi ilk öncə "Ağıllı şəhər", "Ağıllı ölkə" məsələsi ilə bağlı maraqlı tərəflərin iştirakı ilə, beynəlxalq ekspertləri dəvət etməklə müzakirələr təşkil edəcək və konseptual sənəd ortaya çıxaracaq.
 
Bundan sonra ləngimədən dövlət-özəl tərəfdaşlığı və beynəlxalq qurumları da dəvət etməklə adı çəkilən layihələrin gerçəkləşməsi üçün rəqəmsal transformasiya işlərinə başlamaq lazımdır".
 
Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz
 
 
 
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə