Previous Next
Bağla

Çin şirkəti Qarabağda: Risklər aradan qalxıbmı?.. - Osman Gündüz

29-04-2021 15:50
Çin şirkəti Qarabağda: Risklər aradan qalxıbmı?.. - Osman Gündüz

Qarabağda yenidən qurulacaq ərazilərdə “Huawei” şirkətinin rəqəmsal texnologiyasından istifadə ediləcək. Şirkət aprelin 26-da Zəngilanın Ağalı kəndində icra olunacaq “Ağıllı kənd”və “Ağıllı şəhər”layihəsinin təqdimatında öz həllərini Prezidentə təqdim edib.

Xeberler.az bildirir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz adıçəkilən şirkətin uzun müddətdir ABŞ və Avropada problemləri olduğuna diqqət çəkib: “Bir çox ölkələr şirkəti telefonlardakı proqram təminatlatında yerləşdirdiyi xüsusi kodlar vasitəsilə məlumatları oğurlamaqda və Çin hökumətinə ötürməkdə günahlandırır. “Huawei”in milyardlarla marketinq siyasəti və ucuz məhsul satmasının da Çin hökumətinin dəstəyilə olduğu bildirilirdi. Şirkət hər zaman bunları təkzib edib”.

Əgər ABŞ və Avropa “Huawei”ə qarşı sanksiyaları genişləndirsə, bunun ölkəmiz üçün hansı riskləri ola bilər?

Ekspert deyir ki, 5G reallaşanda bu sanksiyaların da kəskinləşəcəyi haqqında beynəlxalq mediada məlumatlar verilir: “Düşünürəm ki , bu məsələdə təhlükəsizliklə bağlı müəyyən risklər var. Dəfələrlə qeyd etmişik ki, bizdə dövlət sektorunda “Huawei”in xüsusi çəkisi yetərincədir. Ucuz olduğu üçün zaman-zaman bəzi dövlət qurumları bu şirkətin sistemlərinə üstünlük verib, BakTelecomun (BTRİB) 80%-i, Aztelekomun 70%-i, hətta bəzi dövlət qurumlarının data mərkəzləri “Huawei” məhsulları üzərində “oturub”.

İndi “Ağıllı şəhər” və “Ağıllı kənd” infrastrukturunun, ağıllı infrastrukturun əsas bazasının bu şirkətin texnologiyası və avadanlığı üzərində "oturması" nəzərdə tutulur.

Əgər adı çəkilən sanksiyalar reallaşacaqsa, Azərbaycan informasiya sahəsində çox ciddi təhdidlərlə üzləşə bilər. Bildiyim qədər dövlət sektorunda təhlükəsizliyə cavadeh olan Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) də əvvəllər bu istiqamətdə dövlət qurumlarına müəyyən tövsiyələri olub.

Əgər bu məsələlərdən sonra hökumət yenə də strateji məsələlərdə “Huawei”lə iş birliyinə önəm veribsə, düşünmək olar ki, burada müəyyən anlaşmalar əldə edilib, təhlükəsizlik məsələləri öncədən nəzərə alınıb”.

Osman Gündüzün qənaətincə, təhlükəsizliyiə, rəqəmsallaşmaya cavabdeh dövlət qurumları qlobal dünyada baş verənləri diqqətlə izləməlidirlər: “Bu, ölkəni gələcəkdə informasiya sahəsində ciddi problemlərlə qarşılaşmaqdan qoruyur. Yeri gəlmişkən, “Huawei”dən başqa ölkəmizdə fəaliyyət göstərən Çinin çoxsaylı şirkətləri var. Onların Çin hökümətinə məlumat ötürməsi ilə bağlı hər hansı bir açıqlamaları olmayıb”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Huawei ilə əməkdaşlıq edənləri nə gözləyir?

21-05-2019

Huawei ilə DGX-nin imzaladığı niyyət protokolu çox risklidir

00-00-0000

Ekspert: Azərbaycanın Huawei şirkəti ilə əməkdaşlığında risklər olacaqmı?

09-12-2021

Trampın Huawei qadağası Bakıdakı telefon satışına təsir etməyib

23-05-2019

Çin ilə münasibətlər yeni mərhələyə qədəm qoyur

01-04-2024

Dövlət Xidmətinin rəisi "Huawei" şirkətinin vitse-prezidenti ilə görüşüb

04-11-2023

Huawei-in başı yenə dərddədir-RƏY

14-03-2023

“Apple”a güclü rəqib gəlir

02-03-2015

Huawei Bakıda yeni məhsullar təqdim edib

21-09-2017

Microsoft Huawei-yə qoyulan sanksiyalara etiraz edib

11-09-2019

«Huawei» şirkəti «WiMAX Forum»un Direktor Şurasına daxil olub

03-04-2009

Huawei Samsung şirkəti ilə əməkdaşlığa başlayır

09-09-2015

5G rəqabəti kəskinləşir- Huawei-dən yeni çip

26-02-2018

Huawei smartfonları Google-dan imtina edib

30-08-2019

Huawei Azərbaycanda akademiya açır

18-04-2016

AzTU ilə “Huawei” şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

09-06-2022

Donald Trump milli təhlükəsizlikdən danışıb

25-07-2019

Nazir “Huawei Enterprise Business Group”un prezidenti ilə görüşüb

30-10-2025

Huawei şirkəti Google Maps-ə əvəzləyici tapıb

21-01-2020

Rəqəmsal iqtisadiyyat və texnologiyada yeni dövr başlayır - Osman Gündüz

25-04-2025

Qarabağ “Ağıllı şəhər”ə və “ağıllı kənd”ə çevriləndə belə olacaq

16-02-2021

Ekspert: "VPN"lərdən istifadə bu şəxslər üçün təhlükəsizdir

16-10-2020

Bu qurumların strukturu niyə təsdiqlənmir?

06-01-2021

Britaniya 5G şəbəkələrində “Huawei” avadanlığının quraşdırılmasını qadağan edəcək

30-11-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə