Ekspert: "Google Solovyova qarşı, Rusiya hökuməti Google qarşı"

21-11-2020 / 12:27
Bir neçə gün öncə Google şirkəti tanınmış Rusiya jurnalisti, Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan Vladimir Solovyova qarşı məhdudiyyətlər tətbiq edib.
Belə ki, onun “Соловьёв LIVE” YouTube kanalı oktyabr ayından başlayaraq “Trendlər” bölməsində görsənmir, izləyiciləri yeni videolar haqqında məlumatlar ala bilmir və s. Kanalın sahibi Solovyov bununla bağlı bir neçə dəfə şikayətini bildirmişdi.
 
Xeberler.az bildirir ki, məsələyə ilə bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib:
 
"Maraqlıdır ki, jurnalistə qarşı olan bu hərəkəti Rusiya hökuməti Rusiya KİV-lərinə qarşı senzura olaraq dəyərləndirib.
 
Roskomnadzor bununla bağlı Google şirkətinə rəsmi etiraz bildirib və məhdudiyyətin götürülməsini tələb edib. Rusiya hökuməti daha dərinə gedərək YouTube, Facebook и Twitter-in bloklanmasını planlayır. Belə ki, bu günlərdə Dumaya bu məsələləri tənzimləyən qanun layihəsi təqdim edilib.
 
Layihədə Rusiya jurnalistlərinə və KİV-lərinə, xüsusilə Russia Today, "РИА Новости", "Крым 24" və s. qarşı senzura, məhdudiyyət tətbiq edən, Rusiya vətəndaşlarının əsas hüquq və azadlıqlarını məhdudlaşdıran qlobal resurslar üçün xüsusi status müəyyən olunması nəzərdə tutulub.
 
Bu status adı çəkilən qlobal resurslara Rusiya Prokurorluğu tərəfindən təyin ediləcək. Onlara xəbərdarlıq, cərimə və Rusiya ərazisində bloklanma tətbiqi nəzərdə tutulur.
 
Ümumiyyətlə, son zamanlar Rusiyada qlobal resurslara qarşı kəskin konservativ münasibət sərgilənir. Rusiyada qadağan olunan resurslar siyahısında qlobal resurslardakı müxtəlif materiallarla bağlı minlərlə linklər var.
 
Amma bu cür qadağaların, bloklanmağın uğurlu olacağı da şübhə doğurur.
Google-dan, hətta YouTube-dən dəfələrə kiçik platforma olan Telegrama qarşı Rusiya hökumətinin mübarizəsinin uğursuzluğu yaddan çıxmayıb.
 
Təkcə bir Telegrama qoyulan blokirovka az qaldı ki, RuNet-i çökdürsün. Belə olan halda Android üzərində “oturan” milyonlarla Rusiya vətəndaşlarına qarşı, bütün sahələrə inteqrasiya olunan Google qarşı mübarizənin hansı nəticələrə gətirib çıxaracağını indidən proqnozlaşdırmaq olar
 
Yeri gəlmişkən, qlobal resurslar qadağaları yalnız Rusiyaya tətbiq etmir.
ABŞ prezidenti Donald Tramp da onların əlindən qan ağlayır. Bəlkə də onun prezident seçkilərində uğursuzluğuna elə qlobal resurslara, qlobal mediaya qarşı apardığı mübarizə daha çox rol oynayıb.
 
Bu yaxınlarda Twitter bizim Xarici işlər naziri Ceyhun Bayramovun və Prezidentin köməkçisi Hikmət Hacıyevin də hesablarını bloklamışdı. Çoxsaylı mürciətlərdən sonra artıq məhdudiyyətlər aradan qaldırılıb".

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə