Previous Next
Bağla

Ekspert: Startap şəhadətnamələri və ekosistemin hazırki vəziyyəti necədir?

11-09-2021 16:34
Ekspert: Startap şəhadətnamələri və ekosistemin hazırki vəziyyəti necədir?
Bir daha Startap şəhadətnaməsi və ekosistem haqqında
 
"Hazırda startaplara yeganə dövlət dəstəyi İqtisadiyyat Nazirliyi tabeliyində KOBİA-nın verdiyi Startap şəhadətnaməsidir. Bu məqsədlə yaradılan Ekspertlər Şurasının bir neçə dəfə iclası keçirilib. Təxminən 14 mikro və kiçik biznes subyektinə Startap şəhadətnaməsi verilib".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, Startap şəhadətnaməsinin üstünlüyü ondan ibarətdir ki, bu statusu qazananlar 3 il müddətinə əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad olunurlar. Yalnız 3 il müddətinə verilir bu sənəd.
 
"Müşahidələr isə göstərir ki, gəliri olmayan startaplar da Startap şəhadətnaməsi almaq üçün müraciətlər edirlər. Gəliri olmayan startap üçün bu sənədin hansısa birbaşa təsirləri yoxdur.
 
Ola bilər ki, bu dövlət sənədini əldə edənlər investisiya almaq üçün də start vəziyyətlərini daha üstün etmək istəyirlər. Amma fərqində olmaq lazımdır ki, Startap şəhadətnaməsi yalnız 3 il müddətinə verilir.
 
Digər üstünlükləri əldə etmək üçün də vaxtından tez, qurumun heç bir gəliri olmadan da Startap şəhadətnaməsinin əldə edilməsi startapın sonrakı inkişaf mərhələsində, gəlirlər gətirdiyi zaman vergilərdən azad olunmaqla bağlı ciddi problemə çevriləcək.
 
Bununlada startap yeganə dövlət dəstəyindən də məhrum olmuş olacaq. Odur ki, Startap şəhadətnaməsi üçün müraciət edənlər yaxşı olardı ki, bu prosesə məhz gəlirlər əldə edildiyi zaman baş vursunlar".
 
Osman Gündüzün sözlərinə görə, hazırda ekosistemdə daha ciddi mövcud problemlərdən birisi startapların ilkin inkişaf dövründə əldə edə biləcəyi dəstək və investisiyalarla bağlıdır. Burada dövlət dəstəyinə, Universitetlərin dəstəyinə ciddi ehtiyac var.
 
"Yəni, gəlirlər əldə edənədək, ilkin mərhələdə startaplara dəstək olduqca vacibdir.
Düşünürəm ki, ASAN və NRYTN bu məsələlərə diqqəti artırmalı, investisya mühitinin yaxşılaşması üçün səyləri gücləndirməlidir. Qanunverici baza təkmilləşdirilməlidir.
 
İnnovasiyaların inkişafı ilə bağlı, Vençur maliyyələşmə ilə bağlı sənədlərin hazırlanmasının uzun müddət gecikdirilməsi sektorda ciddi ləngimələrə səbəb olur. ASAN-ın İnvestisiya klubu, regional və xarici bazarlara çıxışla bağlı startaplara dəstək açıqlamaları isə hələlik kağız üzərində qalıb, real nəticələr verməyib.
 
NRYTN yanında İnnovasiya Agentliyinin fəaliyyəti nəhayət ki qaydaya salınmalıdır.
Ekosistemin inkişafı ilə bağlı uzunmüddətli tədbirlər içərisində təhsil mühüm əhəmiyyət kəsb edən sahədir.
 
Son zamanlar uşaqların və gənclərin kodlaşdırma və rəqəmsal sahədə bilik və bacarıqlarının artırılması, mentorların hazırlanması istiqamətində bir sıra Universitetlərin, NRYTN-nin və ASAN-ın səyləri də təqdirə layiqdir".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Daha 8 qurum Startap şəhadətnaməsi alıb

13-10-2023

Daha 2 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

30-06-2025

I rübdə 16 sahibkara "Startap" şəhadətnaməsi verilib

20-04-2026

“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin əksəriyyəti mikro sahibkarlardır

28-07-2025

Azərbaycanda startap şəhadətnamələrinin verilməsinə başlanılıb

21-05-2021

Daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

29-05-2025

Daha 5 mikro sahibkara “Startap” şəhadətnaməsi verilib

30-12-2023

Startap şəhadətnaməsinin verilməsi üçün yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib

31-03-2022

Daha 4 mikrosahibkara “Startap” şəhadətnaməsi verilib

04-04-2024

Daha 2 qurum Startap şəhadətnaməsi alıb

02-02-2023

Daha 4 qurum Startap şəhadətnaməsi alıb

02-03-2024

Daha 2 qurum Startap şəhadətnaməsi alıb

03-11-2023

Sahibkarlara “Startap” şəhadətnaməsinin verilməsi davam etdirilir

23-05-2022

Azərbaycanda daha 3 sahibkara “Startap” şəhadətnaməsi verilib

05-05-2023

Daha 7 qurum Startap şəhadətnaməsi alıb

28-12-2023

Daha 5 qurum "Startap Şəhadətnaməsi" alıb

29-12-2022

Bu ilin birinci rübündə 16 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

22-04-2024

Ötən il 59 sahibkar innovativ layihələr üzrə vergi güzəştləri əldə edib

27-01-2026

Daha 4 qurum Startap şəhadətnaməsi alıb

30-03-2023

Daha 4 KOB subyekti vergidən azad olundu

04-02-2025

Daha 4 KOB subyektinə startup şəhadətnaməsi verilib

08-05-2025

Ötən il 65 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

22-01-2025

“Startap” şəhadətnaməsi almış sahibkarların sayı 220-yə çatıb

05-08-2025

Daha 3 mikro və kiçik sahibkara "Startap" şəhadətnaməsi verilib

05-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə