Previous Next
Bağla

“Elektron Hökumət” bülleteni üzrə növbəti brifinq keçirilir

11-09-2015 11:46
“Elektron Hökumət”  bülleteni üzrə növbəti brifinq keçirilir

Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzində (MHM)  “Elektron Hökumət”  bülleteni üzrə növbəti brifinqi keçirilir.

Xeberler.az-ın məlumatına görə, brifinqdə jurnalistlərə ay ərzində görülən işlər, həyata keçirilən tədbirlər , sahə üzrə yeniliklər barədə məlumatlar verilir.

Tədbirdə qeyd edilib ki, RYTN Məlumat Hesablama Mərkəzi 2014-cü ildə aldığı İSO 27001:2005 sertifikatını yeniləyərək İSO 27001:2013 beynəlxalq standartı üzrə sertifikata layiq görülməklə öz inkişafında növbəti addım atıb, dünyanın nəhəng proqram təminatçısı olan Microsoft şirkətinin Gümüş tərəfdaşları sırasına daxil olub. MHM Microsoft şirkətinin sertifikatlaşdırılmış Gümüş tərəfdaşlığını qazanmaqla mütəxəssislərinin Microsoft texnologiyaları üzrə ekspertizadan keçməsini təsdiqləyib. Bu da müəssisəni Microsoft tərəfdaşlar siyahısında yerləşən dünyanın ilk 5 faiz şirkətlər sırasına daxil edib.

Brifinqdə müzakirə olunan digər məsələ isə Hökumət Ödəniş Portalı “Elektron Hökumət” Portalına inteqrasiya olunması ilə bağlıdır. 

Bildirilib ki, “Elektron Hökumət” portalına inteqrasiya edilmiş “Hökumət Ödəniş” portalı müxtəlif ödənişləri "Kommunal", "Rabitə", "İpoteka", "Büdcə" kimi qruplarda birləşdirir. Artıq portalda əks olunan "Kommunal bölməsi" vasitəsilə Azəriqaz, Azərsu, Azəristilik, Azərişıq (Bakı), Azərişıq (regionlar) üzrə ödənişləri operativ şəkildə icra etmək mümkün olacaq.

Belə ki, Portalın "Rabitə bölməsi" Azərcell, Nar Mobile, Bakcell, Stasionar Telefon Xidmətləri üzrə ödənişləri bir arada toplayır. Artıq vətəndaşlar rabitə borcunu vahid məkandan faydalanaraq ödəyə biləcəklər.

Tədbirdə qeyd edilib ki, Portalın  "İpoteka bölməsi" üzrə kreditin kodu daxil olunmaqla çevik ödəniş təmin ediləcək.

Portalın "Büdcə bölməsi"nə  Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sosial Müdafiə Fondu, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat və Sənayə Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin ödəniş xidmətləri inteqrasiya olunub. Bununla da artıq vətəndaşlar cərimə, dövlət rüsumu kimi ödənişləri portal üzərindən reallaşdıracaqlar.

 

Ruhəngiz Muradova 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Tələbələr təhsil haqqını onlayn ödəyəcək

11-09-2015

Asan İmza Hökumət Ödəniş Portalına inteqrasiya edilib

15-10-2015

Portal vasitəsilə 250-dək təsnifat üzrə ödəniş aparmaq mümkündür

12-12-2015

Məlumat Hesablama Mərkəzi sertifikata layiq görülüb

03-09-2015

Portalın mobil tətbiqi vətəndaşların işini asanlaşdırdı

30-10-2015

“Elektron Hökumət” bülleteni üzrə növbəti brifinq keçirilir

07-05-2015

Daha bir xidmət “Elektron hökumət” portalına qoşuldu

02-02-2015

“Elektron Hökumət” bülleteni üzrə növbəti brifinq keçirilir

09-06-2015

Ötən il ən çox bu e-xidmətlərdən istifadə edilib

24-01-2018

“Elektron Hökumət” bülleteni üzrə növbəti brifinq keçiriləcək

09-09-2015

“Elektron hökumət” bülleteni üzrə brifinq keçirilir

10-04-2015

Hökumət Ödəniş Portalının imkanları genişləndirilir

17-03-2016

“Elektron Hökumət” bülleteni üzrə növbəti brifinq keçiriləcək

05-06-2015

“Elektron Hökumət” bülleteni üzrə növbəti brifinq olacaq

08-10-2015

İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər ASAN ödəniş sistemində

17-12-2019

“Elektron hökumət” bülleteni üzrə jurnalistlər üçün brifinq keçirilir

10-02-2015

Tələbələr təhsil haqqını onlayn ödəyəcək

15-12-2015

“Elektron hökumət” bülleteninin növbəti sayı təqdim olunacaq

08-04-2015

“Elektron Hökumət” bülleteni təqdim olunacaq

05-02-2015

Rabitə, kommunal, cərimə üzrə bildirişləri mobil telefonla necə əldə etməli?

11-11-2015

Ünvanlı sosial yardımın təyinatı sadələşdirilir

09-01-2016

Hansı dövlət qurumları “Elektron hökumət” portalına qoşulmayıb?

19-01-2015

Gömrük ödənişlərini onlayn ödəmək mümkünləşdi

21-02-2015

“Vahid Miqrasiya Məlumat Sistemi” müzakirə edildi

29-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə