Previous Next
Bağla

Hökumət Ödəniş Portalının imkanları genişləndirilir

17-03-2016 15:05
Hökumət Ödəniş Portalının imkanları genişləndirilir

 Vergilər Nazirliyi tərəfindən yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması, habelə yerli (bələdiyyə) vergi və ödənişlərin elektron qaydada hesablanması məqsədilə yaradılmış və 20 bələdiyyədə quraşdırılmış Bələdiyyə Vergi İnformasiya Sistemi (BVİS) Hökumət Ödəniş Portalının (HÖP) infrastrukturuna inteqrasiya olunub.

Xeberler.az-ın Mərkəzi Banka istinadən verdiyi məlumata görə, növbəti mərhələdə Vergilər Nazirliyi tərəfindən bütün bələdiyyə orqanlarının yaradılmış infrastruktura qoşulması üzrə fəaliyyət davam etdiriləcək və cari ilin sonuna kimi bu proses əsasən başa çatdırılacaq.

Qeyd edək ki, vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin yalnız bank və ya ödəniş kartları vasitəsilə həyata keçirilməsi, həmçinin dövlət orqanları tərəfindən göstərilən xidmətlərə görə rüsumların real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən yaradılmış HÖP-ün infrastruktur imkanlarının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır.

Hazırda ölkədə fəaliyyət göstərən bütün kommunal xidmət təşkilatları, mobil və stasionar rabitə operatorları ilə yanaşı Maliyyə, Vergilər, İqtisadiyyat, Daxili İşlər, Təhsil, Energetika və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan İpoteka Fondu ASC, Dövlət Miqrasiya Xidməti yaradılmış infrastruktura inteqrasiya olunub. Eyni zamanda, HÖP infrastrukturu Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yaradılmış Elektron Hökumət dövlət informasiya resursu və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) informasiya resursları ilə tam şəkildə inteqrasiya olunub.

Layihənin cari mərhələsində yerli (bələdiyyə) vergi və ödənişlərin toplanılması prosesində tam şəffaflığın təmin olunması məqsədilə əməliyyat gününün sonunda qəbul edilmiş vəsaitlərin müvafiq hesablara çatdırılması üzrə portalda elektron üzləşmə aparılır və bu haqda BVİS-ə məlumat verilir.

Ödəyicilər yaradılmış infrastruktura qoşulmuş bələdiyyə orqanları üzrə artıq ölkənin istənilən regionunda Azərpoçt MMC-nin və 36 bankın 2 000-ə yaxın ödəniş məntəqəsində və özünəxidmət terminallarında nağd formada, həmçinin ödəniş kartlarından istifadə etməklə HÖP-ün internet resursları və e-Hökumət portalı vasitəsilə nağdsız formada ödənişlərini həyata keçirə bilərlər. Xatırladırıq ki, qeyd olunan istənilən üsulla yerli (bələdiyyə) vergilər və ödənişlərin aparılması üçün bələdiyyə vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən (VÖEN) və ya şəxsiyyət vəsiqəsinin seriya və nömrəsindən istifadə edilə bilər.

Mərkəzi Bank HÖP-ün infrastruktur imkanlarının genişləndirilməsi və təqdim edilən elektron ödəniş xidmətlərinin çeşidinin artırılması istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Tələbələr təhsil haqqını onlayn ödəyəcək

15-12-2015

Bələdiyyə ödənişləri Hökumət Ödəniş Portalına inteqrasiya edilib

09-09-2019

Asan İmza Hökumət Ödəniş Portalına inteqrasiya edilib

15-10-2015

Bakı Nəqliyyat Agentliyi Hökumət Ödəniş Portalı-na inteqrasiya olunub

05-11-2018

Hökumət Ödəniş Portalında yenilik var

15-01-2019

Ödəniş sistemlərinin təhlükəsizliyi gücləndirilir

20-11-2015

“Elektron Bələdiyyə” portalının təqdimatı olub

18-04-2025

E-Manat terminalları ASAN Ödəniş sisteminə qoşuldu

22-06-2018

Azərbaycanda bələdiyyə vergisinin nağd ödənişi dayandırılır

21-10-2024

İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər ASAN ödəniş sistemində

17-12-2019

ASAN ödəniş-dən daha bir yenilik

30-04-2018

Azəristiliktəchizat ASC ASAN ödəniş sisteminə uğurla inteqrasiya edilib

30-01-2019

DİM ASAN ödəniş sisteminə inteqrasiya edilib

15-01-2019

Dövlət Gömrük Komitəsinin gömrük ödənişləri ASAN ödəniş sistemində

22-07-2019

96 məhkəmə orqanı ASAN ödəniş sisteminə inteqrasiya edilib

12-04-2019

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

24-06-2025

Mərkəzi Bank Ani Ödənişlər Sistemini pilot rejimində təqdim edib

12-08-2020

ExpressPay terminalları sürətlə inkişaf edir

15-02-2016

Bələdiyyələrin vahid informasiya sistemi yaradılır

20-05-2025

“Asan İmza” yeni elektron xidmət istifadəyə verib

16-11-2020

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

30-05-2025

Vergi ödəyicilərinə 270 mindən çox ASAN imza verilib

26-04-2017

Rüsum ödənişləri ilə bağlı yenilik

23-04-2019

ASAN ödəniş sisteminə növbəti 3 qurum inteqrasiya edilib

03-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə