Previous Next
Bağla

Tələbələr təhsil haqqını onlayn ödəyəcək

15-12-2015 10:31
Tələbələr təhsil haqqını onlayn ödəyəcək

Vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin yalnız bank və ya ödəniş kartları vasitəsilə həyata keçirilməsi, həmçinin dövlət orqanları tərəfindən göstərilən xidmətlərə görə rüsumların real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi məqsədi ilə Mərkəzi Bank tərəfindən yaradılmış “Hökumət Ödəniş Portalı”nın (HÖP) infrastruktur imkanlarının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır.

Həmçinin qeyd edilirdi ki, ali təhsil müəssisələrində təhsil alan tələbələr də yaxın vaxtlarda təhsil haqlarını  dövlət ödəniş portalı vasitəsilə (gpp.az) onlayn rejimdə həyata keçirə biləcəklər.

Azərbaycanda fəaliyyət göstərən bütün kommunal xidməti təşkilatları, mobil və stasionar rabitə operatorları ilə yanaşı, Maliyyə, Vergilər, İqtisadiyyat və Sənaye, Daxili İşlər, Energetika və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan İpoteka Fondu, Dövlət Miqrasiya Xidməti kimi dövlət orqanları yaradılmış infrastruktura inteqrasiya olunub.

Bu barədə Xeberler.az-a Mərkəzi Bankdan məlumat verilib.

Qeyd edilib ki, eyni zamanda, yaradılmış "Hökumət Ödəniş Portalı" (HÖP) infrastrukturu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya resursları, "ASAN Xidmət" mərkəzlərində fəaliyyət göstərən banklar, eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yaradılmış "Elektron Hökumət" dövlət informasiya resursu ilə tam şəkildə inteqrasiya olunub.

Layihənin cari mərhələsində Təhsil Nazirliyi ilə həyata keçirilən birgə fəaliyyət nəticəsində dövlət ali təhsil müəssisələrində ödənişli təhsil alan tələbələrin təhsil haqlarının mərkəzləşdirilmiş qaydada toplanılmasının təmin olunması məqsədilə nazirlikdə xüsusi informasiya sistemi yaradılıb və HÖP infrastrukturuna inteqrasiya edilib.

Təhsil Nazirliyi tərəfindən pilot olaraq seçilmiş dövlət ali təhsil müəssisələri (Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Bakı Slavyan Universiteti və Sumqayıt Dövlət Universiteti) yaradılmış informasiya sisteminin avtomatlaşdırılmış iş yeri ilə təmin edilərək onlara tələbələr haqqında məlumatların mərkəzi informasiya bazasına daxil edilməsi və qəbul edilmiş ödənişlər haqqında hesabatların alınması imkanı yaradılıb.

Tələbələrdən təhsil haqlarının toplanılması prosesində şəffaflığın təmin olunmasında və toplanmış maliyyə vəsaitlərinin zəmanətli şəkildə müvafiq hesablara çatdırılmasında maraqlı olan bütün ali təhsil müəssisələri Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinə müraciət etməklə yaradılmış infrastruktura qoşula bilərlər. Yaradılmış infrastruktura qoşulmuş ali təhsil müəssisələri üzrə qəbul edilmiş təhsil haqqı ödənişləri haqqında məlumatlar real vaxt rejimində Təhsil Nazirliyinin mərkəzi informasiya sisteminə, maliyyə vəsaitləri isə bu müəssisələrin hesablarına xidmət göstərən Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə çatdırılır. Hər bir əməliyyat gününün sonunda toplanmış vəsaitlərin müvafiq hesablara çatdırılması üzrə elektron üzləşmə aparılır və bu haqda Təhsil Nazirliyinin mərkəzi informasiya sisteminə məlumat çatdırılır.

Qeyd edək ki, Təhsil Nazirliyi ilə birgə həyata keçirilmiş bu tədbir nəticəsində infrastruktura qoşulmuş dövlət ali təhsil müəssisələrində ödənişli təhsil alan tələbələr Naxçıvan Muxtar Respublikası daxil olmaqla, ölkənin istənilən regionunda Azərpoçt MMC-nin və 42 bankın 2 minə yaxın ödəniş məntəqəsində və infrastruktura inteqrasiya olunmuş ödəniş terminallarında nağd formada, həmçinin ödəniş kartlarından istifadə etməklə HÖP-ün internet resursları və "Elektron Hökumət" portalı vasitəsilə nağdsız formada ödənişlərini həyata keçirə biliblər.

Burada qeyd olunan istənilən üsulla təhsil haqları üzrə borcların öyrənilməsi və ödənişlərin aparılması üçün ödənişli təhsil alan tələbənin şəxsiyyət vəsiqəsinin seriya və nömrəsindən, təhsil müəssisəsi tərəfindən tələbəyə verilmiş xüsusi koddan və ya qəbz nömrəsindən istifadə edilə bilər.

Mərkəzi Bank tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə "Hökumət Ödəniş Portalı"nın infrastruktur imkanlarının genişləndirilməsi və təqdim edilən elektron ödəniş xidmətlərinin çeşidinin artırılması istiqamətində tədbirlər davam etdiriləcək.

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Hökumət Ödəniş Portalının imkanları genişləndirilir

17-03-2016

Tələbələr təhsil haqqını onlayn ödəyəcək

11-09-2015

Hökumət Ödəniş Portalında yenilik var

15-01-2019

Asan İmza Hökumət Ödəniş Portalına inteqrasiya edilib

15-10-2015

Ödəniş sistemlərinin təhlükəsizliyi gücləndirilir

20-11-2015

Bakı Nəqliyyat Agentliyi Hökumət Ödəniş Portalı-na inteqrasiya olunub

05-11-2018

Dövlət Gömrük Komitəsinin gömrük ödənişləri ASAN ödəniş sistemində

22-07-2019

E-Manat terminalları ASAN Ödəniş sisteminə qoşuldu

22-06-2018

DİM ASAN ödəniş sisteminə inteqrasiya edilib

15-01-2019

10 957 nəfər elektron qaydada müraciət edib

29-07-2022

ASAN ödəniş-dən daha bir yenilik

30-04-2018

Tələbələrə güzəştli kredit verilməsi ilə bağlı sayt fəaliyyətə başladı

06-06-2016

Tələbələrin elektron qaydada köçürülməsinə başlanır

15-01-2018

İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər ASAN ödəniş sistemində

17-12-2019

96 məhkəmə orqanı ASAN ödəniş sisteminə inteqrasiya edilib

12-04-2019

Ali təhsil müəssisələri vahid platformada birləşəcək

21-08-2019

E-xidmətlərdən istifadə ilə bağlı maarifləndirici tədbirlər davam edir

25-04-2016

ASAN ödəniş sisteminə növbəti 3 qurum inteqrasiya edilib

03-01-2019

Nazirlik rəsmisi: 8 növ təhsil xidməti “myGov”a inteqrasiya edilib

24-02-2026

Azəristiliktəchizat ASC ASAN ödəniş sisteminə uğurla inteqrasiya edilib

30-01-2019

Bələdiyyə ödənişləri Hökumət Ödəniş Portalına inteqrasiya edilib

09-09-2019

Rüsum ödənişləri ilə bağlı yenilik

23-04-2019

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu bu tarixədək davam edəcək

26-07-2022

Ali təhsilin magistratura səviyyəsinə elektron qeydiyyatın vaxtı uzadılıb

25-07-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə