Previous Next
Bağla
REKLAM YERİ

Məlumat Hesablama Mərkəzi sertifikata layiq görülüb

03-09-2015 11:40
Məlumat Hesablama Mərkəzi sertifikata layiq görülüb

Avqust ayında MHM 2014-cü ildə aldığı İSO 27001:2005 sertifikatını yeniləyərək İSO 27001:2013 beynəlxalq standartı üzrə sertifikata layiq görülüb.

Xəbərlər-in verdiyi məlumata görə, RYTN MHM Microsoft şirkətinin sertifikatlaşdırılmış Gümüş tərəfdaşlığını qazanmaqla, mütəxəssislərinin Microsoft texnologiyaları üzrə ekspertizadan keçməsini və müştərilərinin ehtiyaclarını yüksək səviyyədə qarşılamaq qabiliyyətini bir daha təsdiqləyib. Müəssisənin hazırlıq səviyyəsi onun Microsoft tərəfdaşlar siyahısında ilk 5 faiz şirkətlər sırasında qərarlaşmasına imkan verib.

Məlumat Hesablama Mərkəzinin altı proqramçısı və üç texniki xidmət mütəxəssisi sınaq imtahanlarından müvəffəqiyyətlə keçib və Microsoft-un peşəkar sertifikatına layiq görülüblər.

Dünyanın 32000 şirkətini özündə birləşdirən Microsoft tərəfdaşlıq şəbəkəsinə üzv olmanın əsas üstünlükləri  aşağıdakılardır:

- Gümüş tərəfdaşa tədris mərkəzi tərəfindən lokal onlayn kurslar, virtual labaratoriyalar və müstəqil təhsil resurslarından faydalanmaq imkanı verilir. Bu öz növbəsində işin səmərəliliyini artmasına, texniki və marketinq bacarıqlarının yüksəlməsinə xidmət edən amillərdəndir.

- Gümüş tərəfdaş olmasının digər faydası ondan ibarətdir ki, müəssisə tərəfindən Microsoft Certified Partner loqosunu istifadə etmək imkanı yaranır. Qeyd edilən loqo şirkət tərəfindən təmin edilən xidmətlərin, proqram təminatlarının və texniki dəstəyin ən yüksək səviyyədə olduğunun göstəricisidir. Microsoft Gümüş tərəfdaşı olan şirkət loqosunu öz veb saytındada istifadə edə bilər.

- Müəssisə daxili istifadə üçün Microsoft proqram təminatının lisenziyaları ilə pulsuz təmin olunur.  

- Microsoftun Biznes İnvestisiya Fondu tərəfdaş şirkətlərə yaxından kömək etmək, satış və marketinq işlərini sürətləndirmək məqsədi ilə maliyyə dəstəyi ilə təmin edir.

- Microsoft şirkəti 24 saat müddətində tərəfdaşları texniki dəstəklə təmin edir.

- Microsoft şirkəti müəssisənin mütəxəssislərini müxtəlif beynəlxalq təlimlərdə iştirak etmək üçün hərtərəfli dəstəkləyir.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Elektron Hökumət” bülleteni üzrə növbəti brifinq keçirilir

11-09-2015

Məlumat Hesablama Mərkəzinin Microsoft şirkətinin nümayəndələri ilə görüşü keçirilib

08-05-2015

İnstitut əməkdaşları Microsoft-un sertifikatına layiq görülüb

04-05-2017

“Microsoft Azerbaijan” yeni layihəyə başlayır

12-05-2015

“Microsoft”-dan Azərbaycanın startap layihələrinə dəstək

31-01-2015

Microsoft korporasiyasının Azərbaycanda rəsmi saytı fəaliyyətə başladı

20-05-2009

AZEL şirkəti «Micrsoft Gold Certified Partner» statusunu yenidən təsdiqləyib

10-04-2009

Yahoo! şirkəti Microsoft ilə əməkdaşlığı dayandırıb

24-10-2013

Peşə Təhsil Mərkəzində Microsoft məhsullarının səmərəliliyindən danışılıb

24-12-2019

Microsoft Azərbaycanda DATA-mərkəz yaradıb

04-07-2015

Azercell İSO/IEC 27001 sertifikatını alan ilk mobil operator olub

29-12-2019

Microsoft Skype-ı neçə milyarda alır?

11-05-2011

Azərbaycanda ilk dəfə olaraq İT-xidmətlər sahəsində çalışan şirkət Microsoft Gold Certified Partner statusunu aldı

05-06-2010

Microsoft-un Facebook-u çaşdıran addımı-Bing&Ping

09-09-2009

“Microsoft Office 2010” ofis paketi Azərbaycan dilinə lokallaşdırılıb

10-04-2011

Nazir Microsoft şirkətinin vitse-prezidenti ilə görüşüb

22-08-2015

Microsoft şirkətinə yeni prezident seçildi

15-09-2015

Windows Vista və Office 2007-nin Azərbaycan dilində versiyaları hazırlanıb

12-11-2008

Dövlət orqanlarının proqram təminatlarının lisenziyalaşdırılması işinə başlanıldı

14-08-2009

“Microsoft” Çində axtarışdadır

03-09-2010

Microsoftdan yeni loqo

10-08-2009

Microsoft Pioneer şirkəti ilə əməkdaşlıq edəcək

19-09-2008

“Microsoft”un kapitallaşması 4 trilyon dolları ötüb

31-07-2025

Microsoft pulsuz antivirus təqdim edəcək

19-11-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə