Previous Next
Bağla

Dövlət qurumlarının rəqəmsal layihələrinə vahid qiymətləndirmə mexanizmi tətbiq olunacaq

04-07-2025 16:57
Dövlət qurumlarının rəqəmsal layihələrinə vahid qiymətləndirmə mexanizmi tətbiq olunacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il iyunun 23-də təsdiq etdiyi “Dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı layihələrə texniki və səmərəlilik baxımından məqsədəuyğunluq barədə rəy verilməsi Qaydası”na əsasən, dövlət qurumları rəqəmsal layihələrini icra etməzdən əvvəl vahid elektron platforma üzərindən həmin layihələrin texniki və iqtisadi ekspertizasını həyata keçirməlidirlər.

Xeberler.az məlumat verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi məlumat yayıb. Belə ki, hər bir layihə texniki uyğunluğu (arxitektura, inteqrasiya, və miqyaslana bilmə qabiliyyəti və s.), eləcə də büdcə səmərəliliyi (xərclərin optimallaşdırılması və gözlənilən fayda və s.) baxımından Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qiymətləndiriləcək.

Layihələrə dair müraciətlər “Dövlət informasiya sistemləri və elektron xidmətlərin vahid reyestri”ndə fəaliyyət göstərən elektron kabinet vasitəsilə təqdim ediləcək və nazirliyin rəyi alınacaq.

Bu mexanizmin tətbiqi dövlət sektoru üzrə vahid texniki standartların formalaşdırılmasına, layihələrin daha səmərəli planlaşdırılmasına və icrasına şərait yaradacaq. Həmçinin paralel və təkrarlanan layihələrin qarşısının alınmasına, vəsait və vaxt baxımından daha qənaətli yanaşmanın təmin olunmasına xidmət edəcək.

Yeni qayda ilə elektron xidmətlərin keyfiyyətinin yüksəlməsi, vətəndaş məmnuniyyətinin artması və ümumilikdə ölkədə rəqəmsal transformasiya prosesinin sürətlənməsi gözlənilir.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron xidmətlərlə bağlı layihələrə rəy verilməsi qaydası müəyyənləşib

24-06-2025

“Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları” təsdiq edilib

06-08-2025

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022

Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqlənib

18-08-2025

"Dövlət Xidmətlərinin Elektron Reyestri" haqqında Əsasnamə" təsdiqlənib

06-05-2026

Azərbaycanda "Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiqlənib

16-01-2025

Dövlət qurumları arasında sənəd mübadiləsi elektronlaşdırılır

01-08-2023

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətləri artırılıb

10-07-2023

“Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sistemi yaradılacaq

19-03-2025

"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi ilə bağlı görülən işlər açıqlanıb

30-12-2025

"Vahid elektron arxiv" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib

28-04-2026

Elektron informasiya sistemləri üzrə İşçi Qrupun iclası keçirilib

09-01-2026

İnformasiya resurslarının dövlət satınalmalarının vahid internet portalına inteqrasiyası hədləri təsdiq edilib

09-01-2024

“Elektron Tikinti Portalı” altsistemi yaradılacaq

14-06-2023

Prezident İlham Əliyev fərman imzaladı

13-09-2018

Azərbaycanda Hökumət Buludu yaradılır

04-06-2019

Ukraynada elektron hökumət yaradılacaq

18-12-2010

İRİA: Vətəndaşlara “mygov”la 400-dən çox elektron xidmət təqdim olunur

02-02-2026

“IMEI.az” xidmətləri Vahid Elektron Xidmətlər Portalı üzərindən təqdim ediləcək

24-06-2022

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

16-04-2026

Elektron xidmətlərin təşkili və qiymətləndirilməsi müəyyənləşib

10-12-2025

AQTA rəqəmsal transformasiyaya keçidi sürətləndirir

18-02-2026

"mygov" ilə dövlət xidmətləri vətəndaş rəyi əsasında inkişaf etdiriləcək

05-05-2026

Elektron xidmətlərin vahid reyestrinin aparılması qaydaları təsdiqlənib

04-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə