Previous Next
Bağla

Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə təsdiq edilib

26-01-2026 20:34
Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə təsdiq edilib

Elektron Rəqabət İnformasiya Sisteminin (ERİS) fəaliyyəti, idarə olunması və istifadəsi ilə bağlı hüquqi, təşkilati və texnoloji əsaslar müəyyən edilib. Müvafiq Əsasnamə ERİS-in rəqabət və istehlakçı hüquqlarının müdafiəsi sahəsində müraciətlərin qəbulu, emalı və qərarların elektron qaydada təqdim edilməsini təmin etməsini nəzərdə tutur.

Xeberler.az bildirir kibununla bağlı Prezident İlham Əliyev "Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Əsasnaməyə əsasən, ERİS istehlakçıların və bazar subyektlərinin müraciətlərinin real vaxt rejimində qəbulunu, digər dövlət qurumlarından zəruri məlumatların elektron sorğu əsasında əldə olunmasını, analitik təhlil və hesabatların hazırlanmasını, eləcə də xidmətlərin şəffaf, operativ və əlçatan formada göstərilməsini təmin edəcək.

Sistem vasitəsilə təbii inhisar subyektlərinə nəzarət, təsərrüfat subyektlərinin təmərküzləşməsi, antidempinq tədbirləri, istehlakçı müraciətləri və digər rəqabət qanunvericiliyi ilə bağlı müraciətlər elektron qaydada icra olunacaq. ERİS bir neçə altsistemdən ibarət olacaq və bütün proseslər vahid rəqəmsal platforma üzərindən həyata keçiriləcək.

Əsasnamədə ERİS-in texniki-texnoloji infrastrukturu, məlumatların mühafizəsi, “Hökumət buludu”nda saxlanılması, digər dövlət informasiya sistemləri ilə inteqrasiyası və informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı müddəalar da öz əksini tapıb. Fərdi məlumatların toplanılması və işlənilməsi isə qanunvericiliyin tələblərinə uyğun həyata keçiriləcək.

Sənəddə ERİS-in sahibi, operatoru, iştirakçıları və istifadəçilərinin hüquq və vəzifələri də dəqiq müəyyənləşdirilib. Elektron xidmətlər “bir pəncərə” prinsipi əsasında təqdim olunacaq və istifadəçilər portal, mobil tətbiq və digər rəqəmsal kanallar vasitəsilə sistemdən yararlana biləcəklər.

ERİS-in tətbiqi ölkədə rəqabət mühitinin gücləndirilməsi, istehlakçı hüquqlarının daha effektiv qorunması, dövlət nəzarətinin rəqəmsallaşdırılması və xidmətlərin keyfiyyətinin artırılması baxımından mühüm addım kimi qiymətləndirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron Rəqabət İnformasiya Sisteminin üstünlükləri nələrdir?

14-11-2024

"E-rüsum” informasiya sistemi haqqında Əsasnamə” təsdiqlənib

01-04-2025

Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqlənib

18-08-2025

“Invest in Azerbaijan” informasiya sistemi yaradılır

06-11-2025

"e-mühasibat" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib

12-09-2025

“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib

10-01-2025

Prezident İlham Əliyev fərman imzaladı

13-09-2018

"Dövlət Xidmətlərinin Elektron Reyestri" haqqında Əsasnamə" təsdiqlənib

06-05-2026

KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq

14-05-2024

“Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiqlənib

12-08-2025

Rəqabət Məcəlləsinin layihəsi təqdim edilib

24-05-2022

Dövlət Xidmətinin nümayəndələri Naxçıvanda seminarlar keçiriblər

02-10-2024

Agentlikdə “Trendyol” şirkətinin nümayəndələri ilə görüş keçirilib

05-02-2026

Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib

10-12-2025

"Vahid elektron arxiv" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib

28-04-2026

“e-mühasibat” informasiya sistemi haqqında əsasnamə təsdiq ediləcək

19-04-2025

Xarici ticarətlə bağlı "Bir pəncərə" informasiya sistemi yaradır

15-12-2025

Azərbaycanda informasiya sistemlərinin texniki tələblərə uyğunluğu yoxlanılır

21-02-2015

"Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin Əsasnaməsi təsdiqlənib

26-01-2026

Azərbaycanda Turizm Reyestri istifadəyə verilib

05-05-2023

“Azərbaycan Dəmir Yolları” sahibkarlara mane olub, ayrı-seçkilik yaradırmış

24-06-2022

Antidempinq Xidmət modulundan istifadəyə dair təlim keçirilib

05-08-2022

“Ərzaq təminatı xəritəsi” informasiya sistemi yaradılıb

25-11-2025

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

16-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə