“Elektron hökumət” portalına 355 minə yaxın daxilolma qeydə alınıb

13-11-2015 / 11:36

“Elektron hökumət” portalına daxilolmaların sayı sürətlə artmaqda davam edir.
 
Xeberler.az-ın məlumatına görə, “Elektron hökumət” bülletenində qeyd edilib ki, yalnız  oktyabr ayında portala 354,607 daxilolma qeydə alınıb.

Portala müraciət edənlərin ümumi sayı isə 108,319 nəfər olub.

Həmin şəxslər 1,439,982 olmaqla, müxtəlif səhifələrə keçid ediblər, 746,559 xidmətə müraciət edib və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 39 saniyə təşkil edib.

Oktyabr ayı ərzində portala müraciət edənlərin 20.2 faizini yeni istifadəçilər, 79.8 faizini isə təkrar müraciət edənlər təşkil edib.

Statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2015-ci ilin oktyabr ayının 31-ə qədər portala ümumilikdə 9,537,237 daxilolma qeydə alınıb.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə