“Elektron hökumət” portalına daxil olmaq üçün kod-parol alanların sayı artıb

13-11-2013 / 12:42
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) “Elektron hökumət” portalına daxilolmaların növbəti statistikasını təqdim edib.
 
Xəbərlər-in verdiyi məlumata görə, statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2013-cü ilin oktyabr ayının 31-nə qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 392 845 daxilolma qeydə alınıb.
 
Portala müraciət edənlərin ümumi sayı isə 229 398 nəfər olub. Belə ki, 229 398 nəfər ümumən 392 845 dəfə portala baxıb və  579 643 dəfə elektron xidmətlərə müraciət ediblər. Həmin şəxslər 1 367 846 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama  4 dəqiqə 44 saniyə olub.
 
Ümumilikdə bu gün vətəndaşlarımızın portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 58,6 faizini yeni istifadəçilər, 41.4 faizini isə təkrar müraciət edənlər təşkil edib.
 
Müqayisə üçün oktyabrın statistikasına nəzər salsaq, bu dövrdə portala 33 658 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 21,700 nəfər olub. Həmin şəxslər 115,420 olmaqla, müxtəlif səhifələrə keçid ediblər, 78 390 xidmətə müraciət edib və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 03 saniyə təşkil edib. Oktyabr ərzində portala müraciət edənlərin 51 faizini yeni istifadəçilər, 49 faizini isə təkrar müraciət edənlər təşkil edib.
 
Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı bu gün 21 500-ə çatıb. Azərbaycan Respublikasında yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər. Portalın Facebook sosial şəbəkəsində istifadəçilərinin sayı isə 92 000 nəfər təşkil edir. Portal üzərindən təqdim edilən xidmətlərin sayı 272 ədəd olub.
 
 
Xeberler.az

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə