Previous Next
Bağla

Elektron dərslik portalına səsli materiallar əlavə edilib

25-05-2019 12:59
Elektron dərslik portalına səsli materiallar əlavə edilib

Təhsil Nazirliyi tərəfindən hazırlanmış elektron dərslik portalında (www.e-derslik.edu.az) 5, 10 və 11-ci sinif ingilis dili dərsliklərinə dinləyib-anlama səsli materiallar əlavə edilib.

Xeberler.az bildirir ki, səsli materiallar müvafiq olaraq dərsliklərin “dinlə və cavabla” (listen and answer) tapşırıqları olan səhifələrinə yerləşdirilib. Bununla da istifadəçilər portala daxil olaraq 5, 6, 7, 8, 9, 10 və 11-ci sinif ingilis dili dərsliklərinə əlavə edilmiş dinləyib-anlama səsli materiallarından istifadə edə biləcəklər.

Cari ildə e-derslik portalına 5, 6, 8 və 9-cu sinif Azərbaycan tarixi fənni üzrə səsli dərsliklər, 6-cı sinif fizika dərsliyinin mövzularına uyğun video təcrübələr də əlavə edilib. Ümumilikdə portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 26-ya çatdırılıb.

Hazırda portalda 217 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 241 elektron vəsait mövcuddur. Daim yenilənməsi və mütəmadi olaraq əlavə vasitələrlə zənginləşdirilməsi nəticəsində portala ictimaiyyətin marağı getdikcə artmaqdadır. Belə ki, ötən ilin ilk dörd ayında portala giriş sayı 466 878, səhifələrə ümumi baxış sayı isə 3 249 050 idisə, cari ilin ilk dörd ayında bu göstəricilər 2 dəfəyə qədər artıb. Portala giriş sayı 856 504, səhifələrə ümumi baxış sayı isə 6 558 414 olub.

Xatırladaq ki, 2018-ci il ərzində e-derslik portalına giriş sayı 1 697 572, səhifələrə ümumi baxış sayı isə 12 452 046 təşkil edib. 2017-ci ilin göstəricilərinə görə isə bu rəqəmlər müvafiq olaraq 1 021 659 və 7 422 957 olub.

2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır, məktəblilər istənilən vaxt və istənilən məkanda dərsliklərə müraciət edə bilirlər.

İstifadəçilər onlayn formada və ya əvvəlcədən yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanırlar. Bu da öz növbəsində təhsilalanların öyrənmə psosesinin fərdiləşməsinə şərait yaradır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron kitabların sayı 209-a çatıb

13-04-2018

Portala yeni dərsliklər əlavə olunub

23-09-2016

Elektron dərsliklərin təbliği üçün mobil qrup yaradılıb

11-02-2016

Elektron dərslik portalı yeniləndi

05-10-2017

"Elektron Hökumət" portalının istifadəçilərinin sayı 32% artıb

16-01-2015

E-dərslik portalından istifadə sayı 1 milyonu keçdi

25-12-2017

Elektron dərsliklərdən istifadə edənlərin sayı açıqlanıb

01-10-2015

Elektron dərslik portalından istifadə sayı açıqlanıb

04-02-2017

Rus bölməsi üzrə 5 kitab portala yerləşdirilib

18-11-2015

3 milyondan çox istifadəçi “Elektron hökumət” portalına daxil olub

13-01-2015

Daha bir dərslik elektron müzakirəyə çıxarılıb

11-04-2016

“Elektron hökumət” portalına 355 minə yaxın daxilolma qeydə alınıb

13-11-2015

Elektron dərsliklərdən istifadə sayı açıqlanıb

17-11-2015

“Elektron hökumət” portalına daxil olmaq üçün kod-parol alanların sayı artıb

13-11-2013

Daha iki dərslik elektron müzakirəyə çıxarılıb

15-04-2016

E-Hökumət portalına 763 min daxilolma qeydə alınıb

09-06-2015

1 milyondan çox istifadəçi “Elektron hökumət” portalına müraciət edib

19-02-2015

Portala müraciət edənlərin sayı açıqlandı

18-07-2017

VIII sinif dərsliklərinin elektron versiyası tam hazırdır

12-08-2015

Portala daxil olanların statistikası açıqlanıb

11-09-2015

Elektron dərsliklərin sayı artır

04-09-2015

“Elektron hökumət” portalına 4 milyondan çox giriş olub

11-03-2015

Təhsil məqsədləri üçün sosial şəbəkə sentyabrda istifadəyə veriləcək

16-07-2015

VI sinif coğrafiya dərsliyinin elektron versiyası hazırdır

03-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə