Məlumat verdiyimiz kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi “Elektron hökumət” portalının yeni mobil əlavəsini hazırlayıb.
Xeberler.az-ın məlumatına görə, bu barədə brifinqdə çıxış edən Mərkəzin direktoru Nail Mərdanov məlumat verib ki, sentyabrın sonuna qədər mobil əlavə App Store-da yerləşdiriləcək.
MHM-in məlumatına görə, əlavənin ilkin versiyası iOS əməliyyat sistemi mühitində funksional olacaq.
Bununla yanaşı, tətbiqdən Android əməliyyat sisteminin idarəçiliyi altında işləyən mobil qurğu sahibləri də istifadə edəcəklər. Əlavəyə dövlət qurumlarının bəzi elektron xidmətlərindən istifadə etməyə imkan verən bir sıra funksiyalar qoşulub. Hələlik daha çox vacib olan 20 xidmət bu mobil tətbiqə daxil edilib.
Elektron hökumətin mobil platforması vətəndaş və təşkilatların xidmətləri rahat və operativ əldə etmələrinin keyfiyyətcə yeni mərhələsini, eləcə də dövlət qurumlarının fəaliyyəti barədə məlumatı təmin etməyə hesablanıb.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri