Previous Next
Bağla

Elektron hökumətlə bağlı məsələlər müzakirə olundu

03-04-2015 11:45
Elektron hökumətlə bağlı məsələlər müzakirə olundu

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Brüsselə səfər edib.

Səfər çərçivəsində nümayəndə heyəti “Uğurlu elektron hökumət proqramlarının inkişaf etdirilməsində institusional şərtlər” mövzusunda keçirilmiş konfransda iştirak edib.  

Xəbərlər ASAN xidmətin rəsmi saytına istinadən xəbər verir ki, Elektron hökumət, açıq məlumat bazalarının yaradılması, ”ASAN xidmət” təcrübəsinin üstünlükləri və Avropada tətbiqinin əhəmiyyəti tədbirin əsas müzakirə mövzuları olub.

Konfransda Belçika İnformasiya Mərkəzinin baş direktorunun müavini Robert Herzel açılış nitqində vətəndaşlara xidmət və elektron hökumət sahəsində dövlət strukturlarının fəaliyyətindən,  Belçika təcrübəsindən və daha innovativ üsulların tətbiqinin vacibliyindən danışıb.

Azərbaycan Respublikasının Belçika Krallığındakı səfiri Fuad İsgəndərov isə Azərbaycanda elektron hökumət sahəsində görülən tədbirlərdən və “ASAN xidmət” modelindən, habelə Dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın uğurlu təcrübəsindən, Azərbaycan-Belçika və Azərbaycan-Avropa Ittifaqı  arasında əməkdaşlığın rolundan danışıb.

Tədbirdə “Vision” təşkilatı tərəfindən hazırlanmış “Vətəndaşlarla dövlət arasında əlaqələrin təkmilləşdirilməsində ağıllı texnologiyalardan və yaradıcılıqdan istifadə: Azərbaycan modeli” adlı hesabatın  təqdimatı da keçirilib.

Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Azad Cəfərli “ASAN xidmət” mərkəzlərinin yaradılması, əhaliyə tez, rahat və keyfiyyətli xidmətlər göstərilməsinə yönəlmiş fəaliyyətin əsas istiqamətləri barədə məlumat verib. Daha sonra "İnnovasiyalar Mərkəzi" MMC-nin direktoru Kamran Aqasi Mərkəzlərin iş prinsipindən, keyfiyyət standartları və əməkdaşların seçim qaydalarından danışıb. Bildirib ki, qurumun ən önəmli hədəflərindən biri şəffaflığı təmin etmək və vətəndaş məmnunluğunu artırmaqdır. Həmçinin qeyd edilib ki, son iki ildə mərkəzlər tərəfindən 4 milyondan artıq müraciət qeydə alınıb.

Tədbirin sonunda müvafiq mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Gələcəkdə Azərbaycan, İtaliya, Belçika arasında qabaqcıl təcrübənin tətbiqi, digər ölkələrə çatdırılması istiqamətində əməkdaşlıq və işgüzar əlaqələri davam etdirmək ümümi fikir kimi dəstəklənib.

Tədbirdə həmçinin Brüssel İnformasiya Mərkəzinin nümayəndəsi Fransua Du Mortyer, Avropa Siyasəti Mərkəzi təşkilatının nümayəndələri, Federal İnformasiya-kommunikasiya qurumunun rəsmiləri, ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələri, Brüssel ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

Martın 30-da oxşar mövzuda Romada “ASAN xidmət” modelinin təqdimatı keçirilib. Tədbirdə bu modelin dünyanın bir çox ölkələrində nümunə kimi istifadə olunduğu vurğulanıb. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“ASAN xidmət” Berlində təqdim edildi -Fotolar

05-05-2015

“ASAN xidmət”-in fəaliyyəti Estoniyada maraqla qarşılanıb

15-05-2015

Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

07-10-2019

Dövlət Agentliyinin nümayəndə heyəti Barbados Respublikasında səfərdə olub

02-06-2025

ASAN xidmətin innovasiyaları Qırğızıstanda təqdim olunub

30-08-2019

ASAN xidmət beynəlxalq konfransda təqdim olundu

30-10-2015

Nepalın nümayəndə heyəti “ASAN xidmət”də olublar

28-02-2020

“B.EST Solutions” şirkəti Estoniyada keçirilən İKT həftəsində

13-05-2015

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025

ASAN E-gov modeli Tallin E-hökumət 2018 konfransında iştirak edib

30-05-2018

ASAN xidmət qlobal forumda təqdim olunub

11-11-2016

Qırğız nümayəndə heyəti “ASAN xidmət”də olublar

05-09-2025

Qvineya-Bisaunun Prezidenti “ASAN xidmət”də olub

27-02-2025

BMT tədbirində “ASAN xidmət”in qlobal əhəmiyyəti vurğulanıb

01-06-2023

“ASAN xidmət” modeli beynəlxalq tədbirdə diqqət mərkəzində olub

18-06-2025

Dövlət Agentliyinin nümayəndə heyəti Uqanda Respublikasına səfər edib

28-03-2022

Dövlət Agentliyinin nümayəndəsi Fransada və Mərakeşdə səfərdə olub

26-10-2019

ASAN xidmət-in BMT forumunda iştirakı davam edir

25-06-2018

“Alibaba Qrup”un nümayəndə heyəti “ASAN xidmət”də

28-02-2024

Seneqal nümayəndələri "ASAN xidmət" təcrübəsini yerində öyrənirlər

04-06-2025

ASAN xidmət BMT-də təltif olunacaq

24-06-2015

Dövlət Agentliyinin nümayəndə heyəti Nyu-Yorkda səfərdədir

10-04-2019

Elektron Hökumətin İnkişafı Mərkəzi Tailandda təmsil olunub

24-07-2019

“ASAN xidmət”in nümayəndə heyəti Venesuelaya səfər edib

13-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə