Previous Next
Bağla

ASAN xidmət qlobal forumda təqdim olunub

11-11-2016 10:30
ASAN xidmət  qlobal forumda təqdim olunub

9 - 10 noyabr  tarixində Koreya Respublikasının Busan şəhərində “Hökumət 3.0 Qlobal Forumu” keçirilib.

Xeberler.az-ın məlumatına görə,  tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti təmsil edib.

Forumun keçirilməsində məqsəd idarəetmə sahəsində müasir çağırışların müəyyən edilməsi və bu sahədə ən son innovasiyaların müzakirəsi olub. Həmçinin, forum dövlət və vətəndaşlar arasında qarşılıqlı əlaqə sahəsində uğurlu təcrübələrin nümayiş etdirilməsi üçün platforma qismində çıxış edib. 

Tədbirə Koreya Respublikasının, digər xarici ölkələrin, beynəlxalq təşkilatların yüksək vəzifəli rəsmi şəxsləri və akademik dairələrin nümayəndələri qatılıb.

Forumu Koreya Respublikasının Baş naziri c-b Hvanq Kyo-ahn açıq elan edib. Çıxışında Baş nazir tədbirin önəmindən, müasir dünyanın innovasiyalarla irəli getdiyindən, qabaqcıl təcrübələrin bölüşülməsinin vacibliyindən bəhs edib. Daha sonra Koreya Respublikasının daxili işlər naziri c-b Yun-Sık Honq və Busan şəhərinin meri Byunq-Su Suh iştirakçıları salamlayaraq tədbirin keçirilməsinin müasir çağırışlardan irəli gələn obyektiv zərurət olduğunu qeyd ediblər.

Forum  çərçivəsində “Daha Ağıllı Hökumət” mövzusunda təşkil olunmuş paneldə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və modernləşdirilməsi sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib, bu islahatların tərkib hissəsi olan ASAN xidmət-in uğurlu fəaliyyəti barədə geniş təqdimat edib.  

İ.Kərimov dövlət idarəetməsinin daha da inkişaf etdirilməsi məqsədilə  innovasiyaların tətbiqinin, dövlət-özəl sektor əməkdaşlığının vacib əhəmiyyət kəsb etdiyini vurğulayıb. BMT Dövlət Xidmətləri Mükafatının qalibi olan və dünyada Azərbaycanın brendi kimi tanınan ASAN xidmət-in dövlət, o cümlədən, özəl xidmətlərin vahid məkandan vətəndaşlara çatdırılması sahəsində uğurlu təcrübəsi qeyd edilib. Hazırda digər ölkələrdə xidmətlərin göstərilməsi sahəsinin ASAN xidmət modeli əsasında təkmilləşdirilməsi istiqamətində əməkdaşlığın həyata keçirildiyi də diqqətə çatdırılıb.

Təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, səfər çərçivəsində Koreya Respublikasının daxili işlər naziri, Fransanın islahatlar və sadələşdirmə üzrə dövlət naziri, İndoneziya Respublikasının idarəçilik və bürokratik islahatlar naziri, Nepalın Milli İnformasiya Komissiyasının baş komissarı, Tanzaniyanın dövlət xidmətlərinin menecmenti üzrə Prezident Aparatının daimi katibi və digər dövlətlərin nümayəndələri ilə  ikitərəfli görüşlər keçirilib.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ABAD xaricdə təqdim edilib-Foto

23-06-2017

İndoneziya ASAN xidmət modelini seçib-Foto

26-07-2017

ASAN xidmət Dubayda təqdim olundu

09-02-2016

ASAN xidmət təcrübəsi Afrika şəhərlərinin 8-ci Forumu-nda

24-11-2018

ASAN xidmət BMT-də təltif olunacaq

24-06-2015

ASAN xidmət Mərakeşdə keçirilən forumda iştirak edir

22-06-2018

Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

07-10-2019

Əfqanıstan ASAN xidmət modelini tətbiq edir

13-07-2016

“ASAN xidmət” Berlində təqdim edildi -Fotolar

05-05-2015

“Koreya-Azərbaycan Dövlət Xidmətləri və Sosial İnnovasiyalar” seminarı keçirilib

06-09-2024

ASAN xidmət-in BMT forumunda iştirakı davam edir

25-06-2018

BMT-nin Dövlət Xidmətləri Forumu ilə bağlı mətbuat konfransı keçirilib

20-06-2019

Dövlət Agentliyinin sədr müavini Nepala səfər edib

30-01-2020

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

25-06-2019

ASAN xidmətin innovasiyaları Qırğızıstanda təqdim olunub

30-08-2019

Dövlət Agentliyinin nümayəndə heyəti Uqanda Respublikasına səfər edib

28-03-2022

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025

"ASAN xidmət" modeli BMT tərəfindən yüksək qiymətləndirilib

03-06-2025

“ASAN xidmət” brendi beynəlxalq arenada təqdim olundu

05-02-2024

Dövlət Agentliyinin nümayəndə heyəti Barbados Respublikasında səfərdə olub

02-06-2025

Dövlət Agentliyinin nümayəndəsi Fransada və Mərakeşdə səfərdə olub

26-10-2019

“ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilib

18-03-2026

BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

27-06-2019

“ASAN xidmət” dövlət xidmətləri sahəsində beynəlxalq Forum keçirir

15-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə