Previous Next
Bağla

Mingəçevirdə e-xidmətlərlə bağlı seminar keçirilib

01-04-2017 13:06
Mingəçevirdə e-xidmətlərlə bağlı seminar keçirilib

Martın 30-da Mingəçevir şəhərinin sakinlərinə "Elektron hökumət" portalından istifadə qaydaları, vətəndaşların ən çox müraciət etdiyi elektron xidmətlər və informasiya sistemləri üzrə seminar keçirilib.

Xeberler.az-ın məlumatına görə, seminar Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilmiş Avrasiya Əməkdaşlıq Fondunun həyata keçirdiyi "Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi" Proqramı çərçivəsində baş tutub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin ekspertləri tərəfindən keçirilmiş seminarın məqsədi regionlarda yaşayan vətəndaşlara "Elektron hökumət" infrastrukturu, elektron xidmətlər, "Elektron imza" mexanizmi və elektron sənəd mübadiləsi barədə məlumat vermək, informasiya kommunikasiya texnologiyalarının sosial xidmət sahələrinə tətbiqi ilə yaradılan bu imkanlardan geniş istifadənin təminidir.

Seminarı Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin eksperti Xalid Kazımov açaraq elektron xidmətlərin əvəzedilməz rolundan, istifadə rahatlığından və dövlət qurumlarının elektron xidmətlərini bir məkanda toplayan "Elektron hökumət" portalının internet mühitindəki rolundan danışıb.

Daha sonra, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri Günay Hüseynova və Elvin Cəfərli İKT-nin xidmət sahələrinə tətbiqi ilə bağlı rəsmi sənədlərdən, "Elektron hökumət" portalının qanunvericilik bazası, portalın yaranması və inkişaf mərhələləri barədə məlumat verib.

Nəzəri məlumatlandırmadan sonra, "Elektron hökumət" portalı seminar iştirakçılarına praktiki olaraq göstərildi. Portalın giriş vasitələri, xidmət qrupları və ən çox müraciət olunan elektron xidmətlər, eləcə də vətəndaşların portaldan istifadəsini sadələşdirən "Onlayn Konsultasiya", "Əks-Əlaqə" və "Mənim xidmətlərim" alətləri əyani olaraq test edilib.

Sonda tədbirdə fəal iştiakçılara "Elektron hökumət" portalına daxil olmaq üçün istifadəçi adı və şifrə verilib.

Günel

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ağdaşda e-xidmətlərlə bağlı seminar keçirilib

Ağdaşda e-xidmətlərlə bağlı seminar keçirilib

28-04-2017
Tələbələrə portal barədə məlumat verilib

Tələbələrə portal barədə məlumat verilib

29-03-2017
E-imza ilə bağlı növbəti seminar keçirilib

E-imza ilə bağlı növbəti seminar keçirilib

06-05-2017
 Regionlarda əhaliyə e-xidmətlərlə bağlı məlumat verilir

Regionlarda əhaliyə e-xidmətlərlə bağlı məlumat verilir

31-08-2017
Nazirliyin əməkdaşlarına e-hökumət ilə bağlı seminar keçirilib

Nazirliyin əməkdaşlarına e-hökumət ilə bağlı seminar keçirilib

03-07-2017
 “Elektron hökumət” mövzusunda seminar keçirilib

“Elektron hökumət” mövzusunda seminar keçirilib

02-03-2017
Tələbələrə portalın xidmətləri barədə məlumat verilib

Tələbələrə portalın xidmətləri barədə məlumat verilib

16-12-2015
“Elektron hökumət”lə bağlı rayonlarda təbliğat seminarları keçirilib

“Elektron hökumət”lə bağlı rayonlarda təbliğat seminarları keçirilib

17-11-2015
“Elektron Hökumət” bülleteni təqdim olunacaq

“Elektron Hökumət” bülleteni təqdim olunacaq

05-02-2015
“Elektron Hökumət və gənclər” seminarı keçirilib

“Elektron Hökumət və gənclər” seminarı keçirilib

01-12-2015
“Elektron hökumət” bülleteninin növbəti sayı təqdim olunacaq

“Elektron hökumət” bülleteninin növbəti sayı təqdim olunacaq

08-04-2015
“Elektron Hökumət” bülleteninin avqust sayı işıq üzü görüb

“Elektron Hökumət” bülleteninin avqust sayı işıq üzü görüb

10-08-2015
“Elektron hökumət və gənclər” seminarı keçirilib

“Elektron hökumət və gənclər” seminarı keçirilib

29-09-2015
Elektron Hökumət portalının operatoru tələbələrlə görüşdü

Elektron Hökumət portalının operatoru tələbələrlə görüşdü

05-05-2015
Elektron hökumət üzrə təlimlər davam edir

Elektron hökumət üzrə təlimlər davam edir

18-07-2017
Regionlarda e-hökumət ilə bağlı seminarlar yekunlaşıb

Regionlarda e-hökumət ilə bağlı seminarlar yekunlaşıb

07-11-2016
E-hökumət mövzusunda növbəti  seminar keçirilib

E-hökumət mövzusunda növbəti seminar keçirilib

06-07-2017
“Elektron Hökumət” üzrə ixtisasartırma kursları təşkil olunub

“Elektron Hökumət” üzrə ixtisasartırma kursları təşkil olunub

20-02-2015
Portalın Android versiyasına yeni xidmətlər əlavə edildi

Portalın Android versiyasına yeni xidmətlər əlavə edildi

22-06-2017
“Elektron hökumət” bülleteni üzrə brifinq keçirilir

“Elektron hökumət” bülleteni üzrə brifinq keçirilir

10-04-2015
Regionlarda İKT ilə bağlı təlimlər keçirilir

Regionlarda İKT ilə bağlı təlimlər keçirilir

04-11-2017
E-hökumət müsabiqəsinin qalibləri mükafatlandırılıb

E-hökumət müsabiqəsinin qalibləri mükafatlandırılıb

26-12-2017
 “Elektron hökumət” portalında media mənsubları üçün bölmə istifadəyə verilib

“Elektron hökumət” portalında media mənsubları üçün bölmə istifadəyə verilib

04-02-2015
Tələbələrə portal barədə məlumat verilib

Tələbələrə portal barədə məlumat verilib

02-03-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə