Previous Next
Bağla

Elektron imza ilə bağlı proqram təminatı sınaqdan keçirilir

26-02-2015 18:55
Elektron imza ilə bağlı proqram təminatı sınaqdan keçirilir

Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının çipə daxil edilməsi üçün yazılan proqram təminatı sınaqdan keçirilir. Yeni nəsil şəxsiyyət vəsiqələrinə elektron imza sertifikatlarının daxil edilməsi layihəsi üzərində işlər davam etdirilir.

Bu barədə “Rabitə dünyası”nın sualını cavablandıran Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin baş mütəxəssisi, “E-imza” layihəsinin rəhbəri Nadir Rəsulov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi sahəsində aparılan işlərin sürətləndirilməsi və ölkədə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi məqsədi ilə ölkə başçısının 28 noyabr 2014-cü il tarixli sərəncamdan irəli gələn vəzifələrin təmin edilməsi cari il üçün Məlumat Hesablama Mərkəzinin qarşısında duran ən vacib məsələlərdəndir.

Bu vəzifələrə yeni sertifikat xidmətləri mərkəzinin və onun ehtiyat mərkəzinin yaradılması, şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı vəsiqələrin elektron daşıyıcısına daxil edilməsi üçün “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) vasitəsilə verilən sertifikat sorğuları əsasında vəsiqə sahibinin gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatların şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi mərkəzlərinə real vaxt rejimində ötürülməsi və şəxsiyyət vəsiqəsi sahibinin gücləndirilmiş elektron imzasından istifadə ilə əlaqədar vətəndaşlardan daxil olan sualların operativ cavablandırılması məqsədi ilə telefon məlumat xidmətinin yaradılması və fəaliyyətinin təmin edilməsi daxildir.

Bu istiqamətdə MHM-in Milli Sertifikat Xidməti Mərkəzinin mütəxəssisləri tərəfindən layihə çərçivəsində görüləcək işlərin tədbirlər planı hazırlanıb, yeni nəsil şəxsiyyət vəsiqəsinə elektron imza sertifikatlarının daxil edilməsi ilə əlaqədar keçiriləcək tender üçün texniki şərtlər sənədinin ilkin versiyası hazırlanaraq müzakirəyə çıxarılıb, elektron imza sertifikatlarının şəxsiyyət vəsiqəsinin çipinə daxil edilməsi prosesinin icra ssenarisi hazırlanıb və bu ssenarinin reallaşdırılması məqsədilə sınaq işlərinin aparılması üçün laboratoriya mühiti yaradılıb. Bu laboratoriyada elektron imza sertifikatlarının çipə daxil edilməsi üçün yazılan proqram təminatının sınaq işləri keçirilir.

Eyni zamanda, Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 28 noyabr tarixli 893 nömrəli Sərəncamın 7.1-ci bəndi ilə əlaqədar qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə təkliflər hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim edilib.

Hal-hazırda layihə çərçivəsində mütəxəssislərin yeni nəsil şəxsiyyət vəsiqəsi layihəsini icra edən İsveçrənin TRÜB və yerli inteqrator olan İDRAK şirkətlərinin mütəxəssisləri ilə qarşılıqlı işləri birgə iş planı əsasında davam etdirilir. Belə ki, şəxsiyyət vəsiqələrinə daxil ediləcək sertifikatlar üçün vacib olan sertifikat sorğusunun MSXM-in sınaq mühitində yaradılması təmin edilərək həmin sertifikatların Milli Sertifikat Xidmətləri Mərkəzində qurulacaq infrastruktura uyğunlaşdırılması üçün sertifikat profili müəyyənləşdirilir. Yeni qurulacaq mərkəzdə tətbiq ediləcək alqoritm seçimi üzərində araşdırmalar nüfuzlu beynəlxalq strukturların apardıqları sertifikatlaşdırma sınaqları nəzərə alınmaqla davam etdirilir.


ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
e-imzanın şəxsiyyət vəsiqələrinə tətbiqi üzrə hazırlıq işləri tamamlanıb

e-imzanın şəxsiyyət vəsiqələrinə tətbiqi üzrə hazırlıq işləri tamamlanıb

13-12-2019
Prezident yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı sərəncam imzalayıb

Prezident yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı sərəncam imzalayıb

30-11-2014
Microsoft Azərbaycanla yeni əməkdaşlığa başladı

Microsoft Azərbaycanla yeni əməkdaşlığa başladı

01-12-2016
Yeni şəxsiyyət vəsiqələrinin verilməsi müddəti uzadıldı

Yeni şəxsiyyət vəsiqələrinin verilməsi müddəti uzadıldı

31-10-2015
 Yeni şəxsiyyət vəsiqəsini nə zaman alacağıq ?

 Yeni şəxsiyyət vəsiqəsini nə zaman alacağıq ?

02-04-2015
Nazir müavini : Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının aktivləşdirilməsi üzərində iş gedir

Nazir müavini : Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının aktivləşdirilməsi üzərində iş gedir

11-02-2019
Prezidentdən şəxsiyyət vəsiqəsi haqda daha bir fərman - Dəyişiklik

Prezidentdən şəxsiyyət vəsiqəsi haqda daha bir fərman - Dəyişiklik

19-10-2016
Yeni nəsil şəxsiyyət vəsiqəsi sınaqdan keçirilir

Yeni nəsil şəxsiyyət vəsiqəsi sınaqdan keçirilir

11-05-2015
Yeni şəxsiyyət vəsiqəsinin üstünlüyü nə olacaq?

Yeni şəxsiyyət vəsiqəsinin üstünlüyü nə olacaq?

10-12-2014
Şəxsiyyət vəsiqələrində Elektron imza sertifikatları yerləşdirilib

Şəxsiyyət vəsiqələrində Elektron imza sertifikatları yerləşdirilib

31-08-2018
“Kimin cibində şəxsiyyət vəsiqəsi varsa, elektron imzası da var”

“Kimin cibində şəxsiyyət vəsiqəsi varsa, elektron imzası da var”

09-12-2014
Yeni şəxsiyyət vəsiqələrdə e-imza ödənişsiz olacaq

Yeni şəxsiyyət vəsiqələrdə e-imza ödənişsiz olacaq

04-12-2017
Ekspertlər şəxsiyyət vəsiqələrinin təhlükəsizliyindən danışdı

Ekspertlər şəxsiyyət vəsiqələrinin təhlükəsizliyindən danışdı

01-09-2018
Yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi ilə bağlı müşavirə keçirilib

Yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi ilə bağlı müşavirə keçirilib

29-08-2018
Yeni şəxsiyyət vəsiqələrini bu qurumdan da ala bilərsiz

Yeni şəxsiyyət vəsiqələrini bu qurumdan da ala bilərsiz

14-09-2018
Yeni şəxsiyyət vəsiqələri kibertəhlükəsizliyin səviyyəsini artıracaq

Yeni şəxsiyyət vəsiqələri kibertəhlükəsizliyin səviyyəsini artıracaq

06-09-2018
Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün işlər başa çatıb

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün işlər başa çatıb

08-06-2018
Azərbaycanda bu şəxslər yeni şəxsiyyət vəsiqəsi ala bilmir

Azərbaycanda bu şəxslər yeni şəxsiyyət vəsiqəsi ala bilmir

08-09-2018
Yeni nəsil şəxsiyyət vəsiqələrin verilməsi niyə gecikir?

Yeni nəsil şəxsiyyət vəsiqələrin verilməsi niyə gecikir?

25-12-2017
Ekspert yeni şəxsiyyət vəsiqələrinin verilməsi prosesini şərh etdi

Ekspert yeni şəxsiyyət vəsiqələrinin verilməsi prosesini şərh etdi

30-08-2018
Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi vaxtı uzadılır

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi vaxtı uzadılır

24-04-2015
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik – elektron sistemə keçilir

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik – elektron sistemə keçilir

12-06-2024
Şəxsiyyət vəsiqəsi ilə xaricə getmək mümkün olacaq

Şəxsiyyət vəsiqəsi ilə xaricə getmək mümkün olacaq

20-06-2015
Xarici ölkənin e-imza sertifikatı Azərbaycanda tanınacaq

Xarici ölkənin e-imza sertifikatı Azərbaycanda tanınacaq

04-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə