Previous Next
Bağla

Onlayn mənzil satış sistemində nə baş verib?-Açıqlama

08-05-2018 10:00
Onlayn mənzil satış sistemində nə baş verib?-Açıqlama

“Elektron hökumət” portalına adi halda müraciətlərin sayı portalın fəaliyyəti ərzində eyni anda 1500-dən çox olmadığı halda, “Güzəştli mənzil” layihəsinə vətəndaşlar arasında marağı, şəxsi kabinet sayını və sistemin yüklənməsini nəzərə alaraq “Elektron hökumət” portalına eyni anda xidmət üzrə daxilolmaların sayı öncədən 10 000-ə qədər artırılıb.

Xeberler.az bildirir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) birgə açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, ilk mənzillərin seçimi mərhələsində “Elektron hökumət” portalında və “Güzəştli mənzil” sistemində vətəndaşların daxilolmalarının və apardıqları əməliyyatların sayı kütləvi xarakter daşıyıb:

"7 may 2018-ci il tarixində saat 11:50-yə qədər “Güzəştli mənzil” sisteminə ümumi müraciət 60 184, eyni anda qeydə alınan qoşulma sayı isə 16 000-dən çox olub. Buna görə də portal artıq yüklənməyə məruz qalmış və müraciətlərin eyni anda qeydə alınmasında qısa müddətli ləngimə yaranaraq nasazlıq baş verib. Belə ki, sistem tərəfindən növbələşdirilən ilk müraciətlər qəbul olunaraq emal edilib, növbəti müraciətlər isə gözləmə mövqeyinə göndərilib. Xüsusilə, bildiririk ki, “Güzəştli mənzil” sistemi mənzil satışında ölkəmizdə ilk və unikal proqram sistemidir. Sistemin üstünlüyü ondan ibarətdir ki, vətəndaş mənzillərin seçimini insan faktoru olmadan internet vasitəsilə, rahat və qısa zamanda həyata keçirir. Sistemdə hər bir addım qeydə alındığından vətəndaşlar tərəfindən aparılan seçimin şəffaflığı qorunur. Bu baxımdan “Güzəştli mənzil” layihəsinə böyük maraq vardır və sistemdə şəxsi kabinet əldə edənlərin sayı 8 800 nəfərə qədər olub.

Yaranmış halın həll edilməsi məqsədilə NRYTN və Agentlik baş vermiş texniki nöqsanları aradan qaldırıb. Növbəti mərhələlərdə “Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılacaq mənzillərin elektron qaydada seçimini daha da təkmilləşdirəcək və baş vermiş nöqsanların təkrarlanmaması üçün bütün zəruri tədbirləri həyata keçirəcək.

Prezidentin 16 noyabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş MİDA-nın sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydasına uyğun olaraq Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində ötən gün güzəştli mənzillərin satışına başlanılıb. Satış NRYTN-nin operatoru olduğu “Elektron hökumət” portalına (www.e-gov.az) inteqrasiya olunmuş “Güzəştli mənzil” sistemi vasitəsilə həyata keçirilir. Bununla da Yasamal Yaşayış Kompleksində satışa çıxarılan ilk 4 bina üzrə 260 mənzil elektron kabinetə sahib olmuş vətəndaşlar tərəfindən bərabər şəkildə şəffaf, real vaxt rejimində və kənar təsir olmadan seçilib. 

 Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu gün 300-dən çox güzəştli mənzilin satışına başlanır

05-09-2018

MİDA-dan mənzil satışı ilə bağlı rəsmi açıqlama

25-01-2019

Güzəştli mənzillərin onlayn satışı iki ay uzadılıb

06-09-2018

MİDA mənzillərin növbəti seçimini həyata keçirib

16-07-2019

Sosial evlərin satışı növbəti dəfə baş tutmayıb

05-09-2018

MİDA:Vətəndaşların nəzərinə!

15-08-2022

Güzəştli mənzilləri əldə etmək daha rahat olacaq

21-01-2019

Elektron hökumət portalı üzərindən sınaq mühitində mənzil seçimi təşkil olunub

14-01-2019

MİDA güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirib

31-03-2022

“Güzəştli mənzil” sisteminin sınaq versiyası istifadəyə verilib

05-07-2023

Güzəştli mənzil sisteminin sınaq versiyası istifadəyə verilib

17-09-2019

MİDA mənzillərin növbəti onlayn satışını həyata keçirib

12-07-2019

Mənzillərin qalmaqallı onlayn satışı ilə bağlı nəticələr ləğv edildi

17-05-2018

“Güzəştli mənzil” sisteminin DEMO versiyası istifadəyə verilib

25-02-2022

Güzəştli mənzillərin seçimi başa çatıb

16-10-2019

248 güzəştli mənzilin seçimi uğurla başa çatdı

25-12-2019

Güzəşitli mənnzillərin növbəti elektron satışı başladı

20-06-2023

Sabah Güzəştli mənzil sisteminin demo versiyası deaktiv olunacaq

09-07-2019

Güzəştli mənzil sisteminin təkmilləşdirilməsi davam etdirilir

10-09-2019

Güzəştli mənzil sisteminin sınaq versiyası təqdim olundu

09-04-2019

Ekspert : Ümid edirəm mənzillərin növbəti onlayn satışı bu dəfə problemsiz ötüşəcək

21-01-2019

MİDA-nın 30.03.2022-ci il tarixində keçirilmiş mənzil seçimi mərhələsinin nəticələri ləğv edilmişdir

08-07-2022

MİDA Güzəştli mənzil seçiminin nəticələri barədə statistik məlumatları təqdim edib

30-01-2019

“Güzəştli mənzil” sistemi vasitəsilə hakimlərin müraciətlərinin qəbuluna başlanıb

06-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə