Previous Next
Bağla

“Güzəştli mənzil” sistemi vasitəsilə hakimlərin müraciətlərinin qəbuluna başlanıb

06-05-2026 10:59
“Güzəştli mənzil” sistemi vasitəsilə hakimlərin müraciətlərinin qəbuluna başlanıb

Güzəştli ipoteka kreditini almaq və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların sırası genişləndirilib.

Xeberler.az məlumat verir ki, müvafiq dəyişikliklə, “ən azı 3 il hakimlik stajı olan Azərbaycan Respublikası məhkəmələri hakimləri” də güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyalarına əlavə edilib.

Ölkə başçısının bu Fərmanını icra etmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Güzəştli mənzil” elektron sistemində zəruri dəyişiklik və təkmilləşdirmə işi aparılıb, həmin kateqoriyaya uyğun olan hakimlər tərəfindən təqdim edilməli sənədlər müəyyənləşdirilib. Sənədlərin siyahısı ilə mida.gov.az internet səhifəsində yerləşən “Güzəştli mənzili kim ala bilər” bölməsində tanış olmaq mümkündür.

Həmin şəxslər mayın 6-dan etibarən “SİMA Rəqəmsal İmza” (https://sima.az/az), “ASAN İmza” (https://asanimza.az/) və ya “SİMA Token”dən (Elektron İmza) (https://sima.az/az/token) istifadə edərək “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə müraciət edə bilərlər.

Xatırladaq ki, güzəştli mənzil əldə etmək istəyən vətəndaşların rahatlığını təmin etmək, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə Bakı şəhərində yerləşən 5 saylı Bakı "ASAN xidmət" mərkəzində "Güzəştli mənzil" pəncərəsi vətəndaşlara xidmət göstərir. Bununla yanaşı, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən ölkənin istənilən regionundan “108 Çağrı” mərkəzinə zəng edərək suallarına cavab tapa bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Güzəştlə mənzil ala biləcək vətəndaşların kateqoriyaları genişləndirilib

27-05-2021

“SİMA İmza” ilə MİDA-nın “Güzəştli mənzil” sistemindən ev əldə et!

17-11-2023

“Güzəştli mənzil” sisteminin DEMO versiyası istifadəyə verilib

25-02-2022

Güzəştli mənzil sisteminin sınaq versiyası istifadəyə verilib

17-09-2019

MİDA:Vətəndaşların nəzərinə!

15-08-2022

“Güzəştli mənzil” sisteminin sınaq versiyası istifadəyə verilib

05-07-2023

Elektron imza ilə bağlı yenilik

03-08-2017

Güzəştli Mənzil Sistemi portal üzərindən fəaliyyətə başladı

30-05-2017

Güzəştli mənzil sisteminin sınaq versiyası təqdim olundu

09-04-2019

Güzəştli mənzilləri əldə etmək daha rahat olacaq

21-01-2019

Güzəştli mənzil sistemində təkmilləşdirmə işləri aparılır

26-12-2018

“Güzəştli mənzil” sistemi yaradılır-Fərman

17-11-2016

Elektron hökumət portalı üzərindən sınaq mühitində mənzil seçimi təşkil olunub

14-01-2019

Güzəştli mənzil sisteminin təkmilləşdirilməsi davam etdirilir

10-09-2019

Sabah Güzəştli mənzil sisteminin demo versiyası deaktiv olunacaq

09-07-2019

Sosial evlərin satışı növbəti dəfə baş tutmayıb

05-09-2018

MİDA-dan mənzil satışı ilə bağlı rəsmi açıqlama

25-01-2019

MİDA mənzillərin növbəti seçimini həyata keçirib

16-07-2019

MİDA Güzəştli mənzil seçiminin nəticələri barədə statistik məlumatları təqdim edib

30-01-2019

Güzəştli mənzillərin onlayn satışı iki ay uzadılıb

06-09-2018

Güzəştli mənzillərin yeni partiyası satışa çıxarıldı

29-03-2019

Güzəştli mənzillərin növbəti seçimi başa çatdı

16-12-2023

Güzəştli mənzil əldə etmək üçün bunları edin - Şərtlər

09-04-2019

1400-ə yaxın ailə güzəştli mənzilə sahib oldu

24-12-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə