Previous Next
Bağla

Güzəştli Mənzil Sistemi portal üzərindən fəaliyyətə başladı

30-05-2017 16:38
Güzəştli Mənzil Sistemi portal üzərindən fəaliyyətə başladı

 “Güzəştli mənzil” sistemi “Elektron hökumət” portalına ( www.e-gov.az ) inteqrasiya edilib.

Məlumat Hesablama Mərkəzindən (MHM) Xeberler.az-a verilən məlumata  görə, "Elektron hökumət" portalında elektron və ya ASAN imza vasitəsi ilə qeydiyyatdan keçib “Güzəştli mənzil” sistemi elektron xidmətindən istifadə etmək mümkündür.

Beləliklə, bu gündən etibarən güzəştli mənzil əldə etmək hüququ olan vətəndaşlar "Elektron hökumət" portalına daxil olmaqla müraciətlərini Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) göndərə bilərlər.

Bunun üçün, portalın "Bütün xidmətlər" bölməsindən Prezident Yanında Mənzil İnşaatı Dövlət Agentliyinin xidmət qrupu arasından "Güzəştli mənzil" sistemi elektron xidmətini seçmək lazımdır.

Xidməti portalın axtarış qutusuna, "Güzəştli mənzil" sistemi yazmaqla da tapa bilərsiniz. Xidmətə müraciət etməzdən əvvəl istifadəçi təlimatı ilə mütləq tanış olun.

Aşağıdakı suallara cavab tapmaq üçün başlıqların üzərinə klik-ləyin.

Güzəştli mənzil üçün kimlər müraciət edə bilər?

Hansı sənədlər tələb olunur?

"Elektron hökumət" portalı üzərindən xidmətə necə müraciət edilir?

Həmçinin, sistemdən istifadə ilə bağlı ətraflı təlimatla, habelə güzəştli mənzil almaq hüququna malik şəxslərin kateqoriyaları və hər bir kateqoriya üzrə təqdim edilməli sənədlərin siyahısı ilə www.mida.gov.az  və ya www.mida.az  internet saytlarının ana səhifəsində yerləşən “GÜZƏŞTLİ MƏNZİL SİSTEMİ” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Güzəştli mənzillər almaq istəyən, lakin elektron imzası olmayanların nəzərinə çatdırırıq ki, "Elektron imza"nı aşağıdakı ünvanlardan əldə etmək olar:

www.e-imza.az  saytı üzərindən onlayn müraciət etməklə;

Şəbəkə xidmət mərkəzlərindən;

 Elektron imza qeydiyyat məntəqəsi (Dilarə Əliyeva küç. 185);

ASAN xidmət mərkəzlərinin MİDA xidmət pəncərələrinə müraciət etməklə.

Məlumat üçün bildirək ki, Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən təqdim olunane-imza  sertifikatından istifadə tam pulsuzdur. 1 dəfə ödəniş edib, sertifikatı əldə etməklə 3 il müddətində heç bir xidmət haqqı olmadan tam ödənişsiz istifadə edilir. Bundan əlavə, e-imza beynəlxalq FİPS 140-2 təhlükəsizlik standartına uyğunlaşdırılmış, tam təkmil imzalama vasitəsidir. Ən əsası isə e-imza ilə aparılan əməliyyatlara müdaxilə mümkün deyil.

"Güzəştli mənzil" sisteminin fəaliyyəti ölkə vətəndaşlarını müasir memarlıq üslubunda yaşayış sahələri ilə təmin etməklə onların məişət şəraitini yaxşılaşdıracaq.

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Güzəştli mənzil” sistemi vasitəsilə hakimlərin müraciətlərinin qəbuluna başlanıb

06-05-2026

Elektron imza ilə bağlı yenilik

03-08-2017

Güzəştlə mənzil ala biləcək vətəndaşların kateqoriyaları genişləndirilib

27-05-2021

MİDA:Vətəndaşların nəzərinə!

15-08-2022

“Güzəştli mənzil” sisteminin sınaq versiyası istifadəyə verilib

05-07-2023

Sabah Güzəştli mənzil sisteminin demo versiyası deaktiv olunacaq

09-07-2019

Güzəştli mənzil sisteminin sınaq versiyası istifadəyə verilib

17-09-2019

“Güzəştli mənzil” sisteminin DEMO versiyası istifadəyə verilib

25-02-2022

Güzəştli mənzil sisteminin sınaq versiyası təqdim olundu

09-04-2019

“SİMA İmza” ilə MİDA-nın “Güzəştli mənzil” sistemindən ev əldə et!

17-11-2023

MİDA Güzəştli mənzil seçiminin nəticələri barədə statistik məlumatları təqdim edib

30-01-2019

Elektron hökumət portalı üzərindən sınaq mühitində mənzil seçimi təşkil olunub

14-01-2019

Sosial evlərin satışı növbəti dəfə baş tutmayıb

05-09-2018

Güzəştli mənzil sistemində təkmilləşdirmə işləri aparılır

26-12-2018

Güzəştli mənzillərin onlayn satışı iki ay uzadılıb

06-09-2018

Güzəştli mənzil sisteminin təkmilləşdirilməsi davam etdirilir

10-09-2019

MİDA-dan mənzil satışı ilə bağlı rəsmi açıqlama

25-01-2019

Elektron hökumət portalı üzərindən 278 mənzilin alqı-satqısı başa çatıb

10-12-2018

DTX-da MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb

26-12-2025

Onlayn mənzil satış sistemində nə baş verib?-Açıqlama

08-05-2018

“Güzəştli mənzil” sistemi yaradılır-Fərman

17-11-2016

1400-ə yaxın ailə güzəştli mənzilə sahib oldu

24-12-2019

Güzəştli mənzillərin növbəti onlayn satışı həyata keçiriləcək

15-10-2019

Ekspert : Ümid edirəm mənzillərin növbəti onlayn satışı bu dəfə problemsiz ötüşəcək

21-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə