““Elektron məhkəmə” sisteminin yaradılması şəffaflığı təmin edəcək”

05-11-2015 / 12:03

“Hesab edirəm ki, görüləcək tədbirlər və gələcəkdə aparılacaq islahatlar nəticəsində biz məhkəmə sistemində şəffaflığı maksimum dərəcədə artıra bilərik. “Elektron məhkəmə” informasiya sisteminin yaradılması, - bu binada artıq bu sistem tətbiq olunur, - həm şəffaflığı təmin edəcək, həm bürokratik əngəlləri aşacaq”.

Xeberler.az bildirir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılışında etdiyi çıxışı zamanı söyləyib.

Dövlət başçısı məhkəmə sistemində aparılan islahatlardan və “Elektron məhkəmə” sistemindən danışaraq həyatda hər şeyin ədalət əsasında qurulmasının vacibliyini qeyd edib.

Hazırda bütün yeni tikilmiş məhkəmə komplekslərində “Elektron məhkəmə” informasiya sisteminin quraşdırıldığını və bunun da çox ciddi islahat olduğunu qeyd edən prezident İlham Əliyev bildirib ki, məhkəmələrin qərarları ədalətli olmalıdır.

Azərbaycanda yüzlərlə mətbu orqan, azad internetin mövcud olduğunu da vurğulayan  Prezident İlham Əliyev bildirib ki, əhalinin 75 faizi internet istifadəçisidir:
 
"Son parlament seçkiləri bir daha onu göstərir ki, Azərbaycan demokratiya yolu ilə inamla, uğurla gedir. Son parlament seçkiləri Azərbaycan xalqının iradəsini tam şəkildə ifadə edibdir. Yüzlərlə xarici müşahidəçi seçkilərə çox müsbət qiymət verib. MDB-nin, Avropa Şurası Parlament Assambleyasının müşahidəçi missiyaları seçkilərin demokratik, ədalətli, şəffaf keçirilməsi ilə bağlı öz rəsmi rəylərini açıqladılar. Digər beynəlxalq qurumların nümayəndələri də seçkiləri yüksək qiymətləndirdilər. Bu, dövlətimizin, xalqımızın növbəti böyük qələbəsidir və bir daha onu göstərir ki, Azərbaycanda demokratik inkişaf sürətlə gedir".

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə