Previous Next
Bağla

Kərəm Mansurov: "Elektron məhkəmə" vahid ekosistem kimi qurulmalıdır

20-02-2026 14:47
Kərəm Mansurov: "Elektron məhkəmə" vahid ekosistem kimi qurulmalıdır

Bu gün məhkəmə sistemində süni intellektin tətbiqi məsələsi yalnız texnologiya məsələsi deyil, artıq institusional məsuliyyət məsələsidir.

Xeberler.az bildirir ki, bunu Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində keçirilən "Rəqəmsallaşma və süni intellektin tətbiqi" adlı panel müzakirədə deyib.

O bildirib ki, süni intellekt hakim qərarını əvəz etmir, onu daha keyfiyyətli və əsaslandırılmış edir, hakimin analitik imkanlarını genişləndirir. Əsas hədəf isə dəyişmir: ədalətli, əsaslandırılmış və ictimai etimada layiq məhkəmə qərarı.

Aparat rəhbərinin sözlərinə görə, hazırda sistem üzərindən 13 qurumla 23 istiqamət üzrə inteqrasiya aparılır: "Süni intelektin məhkəmələrin fəaliyyətində tətbiqi və məlumat mübadilələri ilə əlaqədar sorğumuz əsasında hakim korpusundan xeyli əsaslı təkliflər daxil olub və həmin təkliflər təhlil edilməkdədir. Eyni zamanda, müvafiq sistem kritik informasiya obyekti olduğundan kibertəhlükəsizlik ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti ilə bu sahədə sıx əməkdaşlıq davam etdirilməkdədir. Habelə təhlükəsizlik baxımından əsas və ehtiyat serverdən “Hökümət buludu”na keçidlə bağlı zəruri addımlar atılmaqdadır".

Kərəm Mansurov deyib ki, hazırda "Elektron məhkəmə" sisteminin təkmilləşdirilməsi üzrə işlər yekunlaşmaq üzrədir: ""Elektron məhkəmə" informasiya sistemi digər sistemlər kimi 4 amil üzərində qurulub: insan kapitalı, mövcud infrastrukturun yenilənməsi, bu sahədə hüquqi təminatın müasir tələblərə uyğunlaşdırılması və idarəetmə proseslərinin çevikliyi. Məhkəmə-Hüquq Şurasının müvafiq qərarı ilə "Elektron məhkəmə" informasiya sisteminin təkmilləşdirilməsi üzrə İşçi Qrup təchiz edilib. 2024-cü ilin noyabr ayında Məhkəmə-Hüquq Şurası Aparatında 10 ştatdan ibarət Rəqəmsal ədalət mühakiməsi və innovativ inkişaf şöbəsi yaradılmış və hazırda tam komplektəşdirilib. 2025-ci ilin aprel ayından "Elektron məhkəmə" informasiya sistemi ilə əlaqədar Çağrı Mərkəzi və aidiyyəti texniki problemləri həll edən Texniki dəstək qrupu fəaliyyətə başlayıb. Qlobal rəqabət mühitində informasiya sisteminin müasir tələblərə uyğun yeni versiyasının hazırlanması üzrə aparılan genişmiqyaslı işlər hazırda yekunlaşmaq üzrədir .Müvafiq auditlər, sınaq testləri və məhkəmə korpusu ilə keçiriləcək təlimlər uğurla tamamlandıqdan sonra yeni versiyanın istifadəyə verilməsi nəzərdə tutulur. Daha sonra müvafiq sistemdən istifadə Qaydaları yeniləcək".

Aparat rəhbəri əlavə edib ki, bugünədək "Elektron məhkəmə" informasiya sisteminin şəxsi kabinetində 252 min 76 istifadəçi qeydiyyatdan keçib: "Ümid edirik ki, aparılan islahatlar və görülən işlər nəticəsində yaxın zaman bu sayın dəfələrlə artacağının şahidi olacağıq".

Kərəm Mansurov vurğulayıb ki, Məhkəmə-Hüquq Şurası fəaliyyətinin bütün istiqamətlərində rəqəmsallaşma siyasətinə sadiqliyini nümayiş etdirir. O deyib ki, məhkəmə sistemində rəqəmsallaşma yalnız texnoloji modernləşmə deyil, ədalət mühakiməsinin keyfiyyəti, əlçatanlığı, səmərəliliyi və etibarlılığının artırılması vasitəsidir. "Elektron məhkəmə" informasiya sistemi ayrı-ayrı alətlər toplusu deyil, vahid ekosistem kimi qurulmalıdır. Süni intellekt isə bu ekosistemdə hakim müstəqilliyini gücləndirən və prosesi sürətləndirən köməkçi mexanizm kimi çıxış etməlidir. Bir sözlə, texnologiya dəyişir, amma ədalətin müəllifi dəyişmir", - deyə Aparat rəhbəri vurğulayıb.

"Rəqəmsallaşma üzrə mövcud proseslər vahid həlqə təşkil etdiyindən, istər "Elektron məhkəmə" informasiya sistemi , istərsə də digər platformalar üzrə süni intelekt ekosistemində uğur yalnız aidiyyəti dövlət qurumları, habelə digər təsisatlar arasında sıx koordinasiya və sağlam əməkdaşlıq nəticəsində mümkündür" - deyə Kərəm Mansurov əlavə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Elektron məhkəmə” övladlığagötürmə ilə əlaqədar altsistemə inteqrasiya ediləcək

“Elektron məhkəmə” övladlığagötürmə ilə əlaqədar altsistemə inteqrasiya ediləcək

19-04-2025
Məhkəmələrin 61 faizi Elektron məhkəmə sisteminə qoşulub

Məhkəmələrin 61 faizi Elektron məhkəmə sisteminə qoşulub

30-04-2019
Azərbaycanda süni intellekt əsasında Vahid Məhkəmə Sistemi yaradılır

Azərbaycanda süni intellekt əsasında Vahid Məhkəmə Sistemi yaradılır

16-12-2022
Fərhad Abdullayev: Məhkəmədə süni intellektin tətbiqi müasir dövrün tələbidir

Fərhad Abdullayev: Məhkəmədə süni intellektin tətbiqi müasir dövrün tələbidir

12-11-2025
Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr açıqlanıb

Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr açıqlanıb

20-02-2026
 “E-justice” platforması yaradılır

“E-justice” platforması yaradılır

02-04-2024
Jurnalistlər “Elektron məhkəmə”ə ilə bağlı İnam Kərimova müraciət edib

Jurnalistlər “Elektron məhkəmə”ə ilə bağlı İnam Kərimova müraciət edib

10-03-2025
Toğrul Hüseynov: Mediasiyanın rəqəmsallaşması vaxt itkisinin qarşısını alacaq

Toğrul Hüseynov: Mediasiyanın rəqəmsallaşması vaxt itkisinin qarşısını alacaq

17-09-2024
ATƏT nümayəndələrinə Azərbaycanda həyata keçirilən İKT layihələrindən danışılıb

ATƏT nümayəndələrinə Azərbaycanda həyata keçirilən İKT layihələrindən danışılıb

06-03-2013
Elektron məhkəmə sisteminin yaradılması nə zaman başa çatacaq ?

Elektron məhkəmə sisteminin yaradılması nə zaman başa çatacaq ?

05-04-2019
Məhkəmə qərarlarının bir hissəsini robotlar verməyə başlayıb

Məhkəmə qərarlarının bir hissəsini robotlar verməyə başlayıb

06-05-2019
Vahid “Məhkəmə Çağrı Mərkəzi” istifadəyə verilib

Vahid “Məhkəmə Çağrı Mərkəzi” istifadəyə verilib

18-12-2024
Vəkillər Elektron Məhkəmə İnformasiya Sistemi ilə bağlı təlimlərə cəlb olunurlar

Vəkillər Elektron Məhkəmə İnformasiya Sistemi ilə bağlı təlimlərə cəlb olunurlar

23-01-2019
Elektron məhkəmə islahatlarına dair müzakirə aparılıb

Elektron məhkəmə islahatlarına dair müzakirə aparılıb

03-09-2019
“Elektron məhkəmə” sistemi bu gündən bütün ölkəni tam əhatə edir

“Elektron məhkəmə” sistemi bu gündən bütün ölkəni tam əhatə edir

04-06-2023
““Elektron məhkəmə” sisteminin yaradılması şəffaflığı təmin edəcək”

““Elektron məhkəmə” sisteminin yaradılması şəffaflığı təmin edəcək”

05-11-2015
Ekspert Elektron Məhkəmə sistemindən danışdı

Ekspert Elektron Məhkəmə sistemindən danışdı

01-05-2019
Elektron məhkəmənin fəaliyyəti ilə tanışlıq keçirilib

Elektron məhkəmənin fəaliyyəti ilə tanışlıq keçirilib

14-06-2018
“Elektron Məhkəmə” ilə bağlı konfrans keçiriləcək

“Elektron Məhkəmə” ilə bağlı konfrans keçiriləcək

11-06-2014
Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiyası müzakirə olunub

Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiyası müzakirə olunub

06-06-2018
"Məhkəmə Ekspertizası" informasiya sistemi yaradılır

"Məhkəmə Ekspertizası" informasiya sistemi yaradılır

04-11-2025
Vəkillər Kollegiyasının sədri: Ölkəmizdə elektron istintaq sisteminin tətbiqinin vaxtıdır

Vəkillər Kollegiyasının sədri: Ölkəmizdə elektron istintaq sisteminin tətbiqinin vaxtıdır

28-02-2024
Azərbaycanda ilk dəfə Elektron Məhkəmənin mobil versiyası təqdim olunub

Azərbaycanda ilk dəfə Elektron Məhkəmənin mobil versiyası təqdim olunub

02-12-2019
Bu nazirliklər elektron məhkəmə sisteminə inteqrasiya olunacaq

Bu nazirliklər elektron məhkəmə sisteminə inteqrasiya olunacaq

30-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə