“Elektron prokurorluq” informasiya sisteminin iki yeni modulu istifadəyə verilib

02-04-2024 / 13:10

Bütün sahələrdə olduğu kimi, ədalət mühakiməsinin həyata keçirilməsində, o cümlədən, cinayət mühakimə icraatında rəqəmsallaşma müasir dövrün tələbidir.

Xeberler.az  xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bu gün keçirilən “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfransda deyib.

K.Əliyev bildirib ki, ölkədə hüquq-mühafizə orqanlarının, o cümlədən, prokurorluğun fəaliyyətində də rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı bir sıra işlər görülüb: “Azərbaycan Prezidentinin 2021-ci il 7 may tarixli fərmanı ilə “Elektron prokurorluq” informasiya sistemi yaradılıb. 2023-cü il aprelin 1-dən “Elektron prokurorluq” informasiya sisteminin əsas modulları istifadəyə verilib.

2023-cü ilin sentyabrından isə cinayət təqibinin rəqəmsallaşdırılmasına dair ilk addımlar atılaraq informasiya sisteminin “İstintaq” və “Cinayət xarakterli materiallar” modulları istifadəyə verilib. Hazırda prokurorluq orqanlarında icraatda olan bütün cinayət işlərinin və törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların araşdırılmasına dair materialların bu modullar vasitəsilə aparılması təmin edilir”.

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə