Previous Next
Bağla

“Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb

15-10-2026 17:49
“Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Rəqəmsal rabitə” informasiya sistemi (RRİS) yaradılıb və sistem haqqında Əsasnamə təsdiq edilib.

Xeberler.az məlumat verir ki, RRİS telekommunikasiya və poçt sahəsində son illərdə formalaşdırılmış rəqəmsal tənzimləmə mexanizmlərinin vahid hüquqi, təşkilati və texnoloji çərçivədə sistemləşdirilməsinə xidmət edir.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi operator və provayderlərin uçotu, elektron müraciətlər, məlumatların toplanılması, xidmət keyfiyyətinin ölçülməsi, radiospektr və nömrə resursları, şəbəkələrin xəritələnməsi və digər istiqamətlər üzrə bir sıra rəqəmsal mexanizmləri tətbiq edir. RRİS bu proseslərin vahid informasiya mühitində qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərməsinə imkan yaradacaq.

Həmçinin sektor üçün tənzimləyici proseslər və məlumat mübadiləsinin daha sistemli təşkilinə, məlumatların təkrar təqdim edilməsinin azalmasına və operatorlarla qarşılıqlı əlaqənin sadələşdirilməsinə xidmət edəcək.

Vətəndaş üçün əsas nəticə xidmətin keyfiyyəti, əhatə dairəsi, müraciətlər və digər məlumatların birlikdə təhlili əsasında problemlərin daha dəqiq müəyyənləşdirilməsi, tənzimləyici tədbirlərin daha hədəfli həyata keçirilməsi və istehlakçı maraqlarının daha effektiv qorunması olacaq.

Dövlət üçün isə RRİS rabitə sektorunun daha dolğun rəqəmsal mənzərəsinin formalaşdırılması, xidmətin keyfiyyəti və əhatənin qiymətləndirilməsi, inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, analitik hesabat və proqnozların hazırlanması və qərarların daha dolğun məlumatlar əsasında qəbuluna imkan verəcək.

RRİS Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunacaq, digər dövlət informasiya ehtiyatları və sistemləri ilə məlumat mübadiləsi isə EHİS vasitəsilə həyata keçiriləcək.

Beləliklə, “Rəqəmsal rabitə” informasiya sistemi rabitə sektorunda ayrı-ayrı elektron proseslərdən vahid, inteqrasiya olunmuş və məlumat əsaslı tənzimləmə modelinə keçidin növbəti mərhələsini formalaşdırır. RRİS-in sahibi funksiyasını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, operatoru funksiyasını isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi həyata keçirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

29-07-2023
Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

16-04-2026
Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib

Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib

10-12-2025
“Rəqəmsal ekologiya” informasiya sistemi yaradılıb

“Rəqəmsal ekologiya” informasiya sistemi yaradılıb

10-01-2025
Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə təsdiq edilib

Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə təsdiq edilib

26-01-2026
Azərbaycanda "İntellektual gömrük" informasiya sistemi yaradılır

Azərbaycanda "İntellektual gömrük" informasiya sistemi yaradılır

25-06-2026
Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı dəyişdirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı dəyişdirilib

12-10-2021
Vüsal Qasımlı: Rəqəmsal arxitekturalar vahid konsepsiya əsasında formalaşdırılır

Vüsal Qasımlı: Rəqəmsal arxitekturalar vahid konsepsiya əsasında formalaşdırılır

15-07-2026
“Ərzaq təminatı xəritəsi” informasiya sistemi yaradılıb

“Ərzaq təminatı xəritəsi” informasiya sistemi yaradılıb

25-11-2025
DOST RİM fərdi məlumat və informasiya sistemləri ilə bağlı  fəaliyyət üzrə lisenziya alıb

DOST RİM fərdi məlumat və informasiya sistemləri ilə bağlı fəaliyyət üzrə lisenziya alıb

01-07-2022
Elektron informasiya sistemləri üzrə İşçi Qrupun iclası keçirilib

Elektron informasiya sistemləri üzrə İşçi Qrupun iclası keçirilib

09-01-2026
Dövlət qurumlarının rəqəmsal layihələrinə vahid qiymətləndirmə mexanizmi tətbiq olunacaq

Dövlət qurumlarının rəqəmsal layihələrinə vahid qiymətləndirmə mexanizmi tətbiq olunacaq

04-07-2025
İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

27-05-2025
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətləri artırılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətləri artırılıb

10-07-2023
İKTA 2023-cü il üzrə hesabatını açıqlayıb

İKTA 2023-cü il üzrə hesabatını açıqlayıb

09-04-2024
"Dövlət Xidmətlərinin Elektron Reyestri" haqqında Əsasnamə" təsdiqlənib

"Dövlət Xidmətlərinin Elektron Reyestri" haqqında Əsasnamə" təsdiqlənib

06-05-2026
İKTA 2025-ci il üçün hesabatını açıqlayıb

İKTA 2025-ci il üçün hesabatını açıqlayıb

17-02-2026
Milli Məlumat Mübadiləsinə 70 qurumun 100-dən çox informasiya sistemi inteqrasiya edilib

Milli Məlumat Mübadiləsinə 70 qurumun 100-dən çox informasiya sistemi inteqrasiya edilib

17-09-2024
İKT sektorunun tənzimləyici qurumu   yeni şikayət sistemi yaradıb

İKT sektorunun tənzimləyici qurumu yeni şikayət sistemi yaradıb

15-11-2023
İKTA 2024-cü il üçün hesabatını açıqlayıb

İKTA 2024-cü il üçün hesabatını açıqlayıb

03-03-2025
Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqlənib

Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqlənib

18-08-2025
Prezident İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev fərman imzaladı

13-09-2018
İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

22-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə