Previous Next
Bağla

Elektron Təhlükəsizlik Xidməti növbəti dəfə “fişinq” hücumları barədə xəbərdarlıq edib

20-04-2021 10:45
Elektron Təhlükəsizlik Xidməti növbəti dəfə “fişinq” hücumları barədə xəbərdarlıq edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları son günlərdə bankları hədəf alan “fişinq” hücumları barədə xəbərdar edir.

Xeberler.az bildirir ki, Kiberdələduzlar “Kapital Bank”, “Unibank” və digər bankların texniki dəstək xidmətinin adından sui-istifadə edərək vətəndaşların bank məlumatlarını və digər fərdi məlumatlarını ələ keçirməyə çalışırlar. Belə ki, həyata keçirilən kiberhücumlarda bank əməkdaşlarının adından vətəndaşların mobil nömrələrinə zənglər edilərək, onların adına hər hansı köçürmənin həyata keçirildiyi bildirilir və təsdiqləmə üçün kart hesab nömrəsi, şifri, təsdiqləmə kodu və sair fərdi məlumatların təqdim edilməsi tələb olunur.

Digər bir kiberhücumda bank əməkdaşlarının adından saxta sosial şəbəkə hesabları yaradılaraq müəyyən bank əməliyyatlarının həyata keçirilməsi üçün kart hesab məlumatlarının, təsdiqləmə kodlarının təqdim edilməsi tələb edilir.

Məqsəd sosial mühəndislik texnikalarından istifadə edərək istifadəçiləri “tələyə salmaqla” asan yolla maddi vəsait əldə etməkdir.

Qeyd edək ki, geniş yayılmış bu növ kiberhücumlarda kiberdələduzlar öz kimliklərini gizlətmək üçün müxtəlif proqramlardan istifadə edərək qarşı tərəfə telefon nömrələrini istədikləri şəkildə göstərə bilir. Yəni zəng gələn ekranda bankın və ya başqa şəxsin nömrəsi əks oluna bilər. Əslində isə zəng tam fərqli nömrədən həyata keçirilir.

Bu səbəbdən vətəndaşlardan xahiş olunur ki, bu kimi zənglərə qarşı maksimum diqqətli olsunlar, ekranda hansı nömrənin əks olunmasından asılı olmayaraq heç bir halda qarşı tərəfə bank məlumatlarını və digər fərdi məlumatlarını təqdim etməsinlər. Bu kimi zənglər və ya mesajlar aldıqda, ilk öncə başqa vasitələrlə həmin bank və ya müəssisə ilə əlaqə saxlayaraq məlumatın düzgünlüyünü yoxlasınlar.

Xüsusilə, bank kartlarının şəklini çəkməklə qarşı tərəfə ötürmək, telefona gələn təsdiqləmə kodlarını (OTP) digər şəxslərlə paylaşmaq sizə maddi zərər dəyməsi ilə nəticələnə bilər. Kart hesab nömrəsi, etibarlılıq müddəti, CVV kodu (kartın arxa hissəsindəki üçrəqəmli kod), həmçinin təsdiqləmə kodlarını əldə edən şəxs asanlıqla hesabınızdan vəsait çıxara bilər.

Unutmayın ki, heç bir bank müştərisindən telefon vasitəsilə şifr, təsdiqləmə kodu kimi məlumatları təqdim etməsini tələb etmir. Bu məlumatlar məxfi saxlanılmalı və heç bir halda digər şəxslərlə paylaşılmamalıdır.

Həmçinin vətəndaşlar şübhəli hallarla üzləşdikdə və ya metodiki dəstəyə ehtiyacları olduqda, www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib

22-06-2023

Elektron Təhlükəsizlik Xidməti: ABB adından “fişinq” hücumlar edilir

14-03-2022

Kiberdələduzlar koronavirus mövzusundan sui-istifadə etməyə davam edir

24-11-2020

ETX kiberdələduzluq halları ilə bağlı əhaliyə xəbərdarlıq edir

04-11-2025

ETX: “Youtube”da fişinq hücumlarının sayı artır

17-01-2025

ETX: "WhatsApp" hesablarına icazəsiz giriş cəhdləri artıb

29-10-2025

NRYTN: “WhatsApp” istifadəçilərinə qarşı “fişinq” hücumlar həyata keçirilir

16-11-2020

Kiberdələduzlar “Azərpoçt” MMC-nin rəsmi saytına oxşar saxta saytlar yaradır

19-01-2021

DİN: Bayram günlərində kiberdələduzluq halları artıb

02-01-2026

DİN-dən çağırış: Pulunuz oğurlana bilər

28-02-2026

ETX: "Azərpoçt" adından dələduzluqlar edilir

12-02-2025

ETX: Heydər Əliyev Aeroportunun adından saxta kampaniyalar keçirilir

14-01-2025

“Azərpoçt” adından əhaliyə saxta məktublar göndərilir

17-02-2022

ETX: "Telegram" üzərindən yeni dələduzluq halları müşahidə olunur

03-09-2025

DİN: “Bank hesabınıza müdaxilə” zənglərinə aldanmayın

04-04-2025

.“Bravo” Marketlər şəbəkəsi adından saxta mesajlar göndərilir

22-04-2022

Kiberdələduzlar “Azərpoçt”un adına saxta saytlar yaradaraq insanları “tələ”yə salır

14-12-2020

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edir

05-07-2023

Kiberdələduzlar “Azərpoçt”un rəsmi saytına oxşar saxta səhifələr yaradır

28-04-2021

ETX saxta investisiya layihələri ilə bağlı vətəndaşları xəbərdar edir

29-07-2022

Kiberdələduzlar tərəfindən “milliodeme.net” saxta ödəniş portalı yaradılıb – Xəbərdarlıq

25-10-2023

Azərbaycan Hava Yolları adından fişinq kampaniyası həyata keçirilir

10-11-2024

Elektron Təhlükəsizlik Xidməti vətəndaşları saxta investisiya layihələri ilə bağlı xəbərdar edir

23-06-2022

“SOCAR”-ın adından istifadə edilərək vətəndaşlar aldadılır

08-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə